Riqoberta Mençu

Riqoberta Mençu Tum (isp. riɣoˈβeɾta menˈtʃu; 9 yanvar 1959[1][2][…])[3]Kiçeli yerli feminist[4]Qvatemalalı insan haqları müdafiəçisi.

Riqoberta Mençu
Doğum tarixi 9 yanvar 1959(1959-01-09)[1][2][…] (65 yaş)
Fəaliyyəti siyasətçi, yazıçı, avtobioqraf[d], insan hüquqları fəalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mençu, həyatını Qvatemala Vətəndaş müharibəsi (1960-1996) dövründə və sonrasında Qvatemala aborigen və yerliləri hüquqlarının beynəlxalq səviyyədə təbliğinə həsr edib.[5]

Bir çox nüfuzlu mükafatlarla yanaşı 1992-ci ildə Nobel sülh mükafatını və 1998-ci ildə Asturiya Şahzadəsi mükafatı laureatı olan Mençu Riqoberta Mençu (1983) avtobioqrafik əsərinin qəhərmanıdır və "Sərhədləri keçmək" (1998) avtobioqrafik əsərinin müəllifidir. Mençu UNESCO-nun xoşməramlı səfiridir. Ölkənin ilk yerli siyasi partiyası olan Vinaqı quraraq, 2007 və 2011-ci illərdə Qvatemala prezidentliyinə namizədliyini irəli sürmüşdür.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Riqoberta Mençu Qvatemalanın El Kiçe əyalətinin Laj Çimel kəndində Maya mənşəli yoxsul kəndli ailəsində anadan olmuşdur.[6] Ailəsi, İspaniyanın Qvatemalanı fəth etməsindən sonra qaldıqları kiçik torpaq sahələrində özlərini dolandıra bilməyən bir çox aborigen ailələrdən biri idi.[7] Mençunun anası on altı yaşında mamaça (akuşerka) olaraq karyerasına başladı və 43 yaşında öldürülənə qədər ənənəvi dərman bitkilərindən istifadə etməyə davam etdi. Atası, Qvatemalada yerli fermerlərin hüquqlarını müdafiə edən tanınmış fəal idi.[8] Valideynlərinin hər ikisi mütəmadi olaraq Katolik kilsəsinə gedirdilər və anası Maya mənəviyyatına çox bağlı idi. Mençu özünü hər iki valideyninin mükəmməl qarışığı hesab edir.[8] Katolik Kilsəsinin bir çox təlimlərinə inanır, ancaq anasının Maya mədəniyyətinə bağlılığı,inamı Mençuya təbiətlə harmoniya şəkildə yaşamağın və Maya mədəniyyətini qoruyub saxlamağın vacibliyini öyrətdi.[8]

1979-80-ci illərdə qardaşı Patrosinio və anası Uana Tam Kotoya, Qvatemala ordusu tərəfindən qaçırıldı, vəhşicəsinə işgəncəyə məruz qalaraq,öldürüldü.[5] Atası Visente Mençu Perez, 1980-ci ildə, şəhər partizanlarının girov götürdükdən və hökumət təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldıqdan sonra,İspaniya səfirliyinin yandırılması nəticəsində öldü.[9] 2015-ci ilin yanvarında, Qvatemala ordusunun keçmiş polis komandiri Pedro Qarsiya Arredondo, səfirliyə hücumdakı roluna görə qətl cəhdində və insanlığa qarşı cinayətlərdə günahlandırıldı.[9][10]

1984-cü ildə Mençunun digər qardaşı Victor, Qvatemala ordusuna təslim olduqdan sonra vurularaq öldürüldü,əsgərlər tərəfindən qorxuduldu və qaçmağa çalışdı.[11]

1995-ci ildə Mençu, Maya mərasimində Qvatemalalı Anhel Kenl ilə evləndi. 1998-ci ilin yanvarında Katolik kilsəsində də evləndilər;o dövrdə dekabr ayında vaxtından əvvəl dünyaya gələn oğlu Tzununu (mayya dilində "kalibri") dəfn etdilər.[12] Maş Nahualya ("Suyun ruhu") adlı oğlan övladlığa götürdülər.[13][14]

Qvatemalalı aktivist

[redaktə | mənbəni redaktə et]

Gənc yaşlarından, Mençu, Kəndlilər Birliyi komitəsi vasitəsi ilə yerli fermerlərin hüquqlarını müdafiə edərək atası ilə birlikdə fəaliyyət göstərirdi.[8][15] Mençu, kişi ailə üzvlərinin ədalət uğrunda mübarizəyə qoşulmaq istəyini bildirdiyi üçün, ayrı-seçkiliklə qarşılaşırdı, ancaq anasından ilham alaraq mübarizəsini davam etdirdi.[16] Qvatemaladakı yerli zülmün köklərinin istismar və müstəmləkə torpaq mülkiyyəti məsələlərindən qaynaqlandığına inanır.[15] Onun erkən aktivist mübarizəsi xalqını müstəmləkə istismarından qorumağa yönəlmişdi.[15]

Məktəbdən çıxdıqdan sonra Mençu, Qvatemala silahlı qüvvələri tərəfindən 1960-1996-cı illərdə davam edən vətəndaş müharibəsi zamanı Qvatemala silahlı qüvvələri tərəfindən insan hüquqları pozuntularına qarşı mübarizə aparan bir fəal olaraq çalışdı.[11] Müharibə zamanı baş verən bir çox insan haqları pozuntusu yerli xalqları hədəf aldı.[17] Qadınlar ordunun fiziki və cinsi zorakılıq hədəfləri idi.[18]

1981-ci ildə Mençu sürgün edildi və Meksikaya qaçdı, burada Çiapasdakı katolik yepiskopunun evində sığındı. Mençu, Qvatemalada zülmə qarşı müqavimət təşkil etməyə davam etdi və Birləşmiş Qvatemala Müxalifət Respublikasını quraraq yerli hüquqlar uğrunda mübarizəni təşkil etməyə davam etdi.[19] Əsasən Maya hinduları olan on minlərlə insan, 1982-1984-cü illərdə Qvatemalada 36 illik vətəndaş müharibəsinin qızğın vaxtında Meksikaya qaçdı.[20] Tens of thousands of people, mostly Mayan Indians, fled to Mexico from 1982 to 1984 at the height of Guatemala's 36-year civil war.[20]

Bir il sonra, 1982-ci ildə, Venesuelalı müəllif və antropoloq Elizabet Burqos, onun həyatından bəhs edən Me llamo Rigoberta Menchú y así me nació la conciencia (Adım Riqoberta Mençu və bu mənim idrakım belə doğuldu) adlı bir kitabı qələmə aldı və kitab ingilis və fransız dilləri də daxil olmaqla başqa beş dilə tərcümə edilmişdir.[6] Mençu kitabı ispan dilində nəql etdi, baxmayaraq ki, bu dildə danışmağı yalnız üç il əvvəl öyrənmişdi.[15] İspan dili müstəmləkəçilər tərəfindən yerli xalqlara məcbur edilmiş bir dildir, lakin Mençu bu dili öyrənməyi və bu dildə zalımlara qarşı mübarizəsini aparmaq istədi.[15] Kitab onu Qvatemalada davam edən qarşıdurma zamanı beynəlxalq simvola çevirdi və yerli xalqların zülmkar bir hökumət rejimi altında çəkdiyi əziyyətlərə diqqət çəkdi.[6][21]

Mençu, 1996-cı ildə Qvatemalada Sülh sazişləri üçün Prezidentin Xoşməramlı səfiri vəzifəsini icra etdi.[22] Elə həmin il Bostonda Barış Abbey vicdan və cəsarəti mükafatı aldı.[23]

Qvatemala Vətəndaş müharibəsi bitdikdən sonra, Mençu, Qvatemalanın siyasi və hərbi quruluş üzvlərinin İspaniya məhkəmələrində mühakimə olunması üçün mübarizəyə başladı.[24] 1999-cu ildə, Qvatemalada vətəndaş müharibəsi dövründəki cinayətlərə qarşı mühakimə etmə praktiki olaraq qeyri-mümkün olduğu üçün İspaniyada məhkəməyə şikayət etdi.[24] İspaniya məhkəmələri iddiaçıların Qvatemala hüquq sistemi vasitəsilə ədalət axtarmağın bütün imkanlarının hələ də tükənmədiklərini təyin etdikləri üçün bu cəhdlər dayandırıldı.[24] 23 dekabr 2006-cı ildə İspaniya, Qvatemala hökumətinin Xose Efrain Rios Mont və Oskar Umberto Mexia Viktores də daxil olmaqla yeddi keçmiş üzvünün soyqırım və işgəncə ittihamı ilə ekstradisiyasına çağırdı.[25] İspaniyanın ən yüksək məhkəməsi, xaricdə gerçekləşdirilən soyqırımı işlərinin, İspan vətəndaşları olmasa da, İspaniyada mühakimə edilməsinə qərar verdi.[25] İspaniya vətəndaşlarının ölümünə əlavə olaraq, ən ciddi ittihamlar arasında Qvatemalanın Maya xalqına qarşı soyqırımın olması idi.[25]

Mençu,Yerli xalqların kimlik və hüquqlarına dair müqavilə yürüşündə,2009-cu il

12 fevral 2007-ci ildə Mençu, Qvatemala Enkuentro por adlı yerli siyasi partiya quracağını və 2007-ci prezident seçkilərində iştirak edəcəyini bildirdi.[26] O, indiyədək Qvatemala seçkilərində iştirak edən ilk aborigen Mayalı idi.[27] Seçilsə idi, Meksikalı Benito Xuares, Perudan Alexandro Toledo və Boliviyadan Evo Moralesdən sonra Latın Amerikasının dördüncü aborigen prezidenti olacaqdı.[28] 2007-ci il seçkilərində Mençu seçicilərinin az səs faizi ilə ilk turdaca məğlub oldu.[29]

2009-cu ildə Mencu yeni qurulan Vinaq partiyasında iştirak etdi.[26] Mençu 2011-ci il prezident seçkilərində yenidən namizəd oldu, ancaq ilk turda yenə aşağı səs faizi ilə məğlub oldu.[30] Mençunun seçilməməsinə baxmayaraq, Vinaq Qvatemalanın ilk aborigen siyasi partiyası olmağı bacardı.

Beynəlxalq aktivist

[redaktə | mənbəni redaktə et]

1996-cı ildə Mençu, aborigen insanların hüquqları uğrunda fəallığını nəzərə alaraq UNESCO-nun xoşməramlı səfiri vəzifəsinə təyin edildi.[31] Bu vəzifəsində, Dünya aborigen xalqlarının ilk beynəlxalq onilliyinin (1995-2004) sözçüsü kimi çıxış etdi, burada yerli xalqlar üçün ətraf mühit, təhsil, səhiyyə və insan hüquqları kimi məsələlərdə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün çalışdı.[32][33] 2015-ci ildə Mençu, Qvatemala ilə təşkilat arasındakı münasibətləri möhkəmləndirmək üçün UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşdü.[34]

2003-cü ildən etibarən Mençu "Salud para Todos" ("Hamı üçün Sağlamlıq") və "Farmacias Similares" şirkətlərinin prezidenti olaraq yerli əczaçılıq sənayesinə daxil olaraq, ucuz maliyyəli ümumi dərmanların istehsalını təklif edir.[22][35] Bu təşkilatın prezidenti olaraq, Mençu, AİDS və xərçəng dərmanlarının mövcudluğunu və əlçatanlığını artırmaq üçün patent müddətini qısaltmaq istəyi səbəbiylə böyük əczaçılıq şirkətlərindən geri çağırış aldı.[35]

2006-cı ildə Mençu qadın Nobel sülh mükafatı laureatları Codi Vilyams, Şirin Ebadi, Vanqari Maatai, Betti VilyamsMeyrid Korriqan ilə birlikdə Nobel Qadın Təşəbbüsünün qurucularından biri idi.[36] Şimali Amerika, Cənubi Amerika, Avropa, Orta ŞərqAfrikanı təmsil edən bu altı qadın, təcrübələrini sülh, ədalət və bərabərlik uğrunda bir araya gətirmək qərarına gəldilər.[36] Nobel Qadın Təşəbbüsünün məqsədi dünyada qadın hüquqlarının gücləndirilməsinə kömək etməkdir.[36]

Mençu, Nobel sülh mükafatlarını gənclər üçün mentor və model olaraq istifadə etmək və bu mükafatın aureatlarının biliklərini, bacarıqlarını və təcrübələrini bölüşmək üçün yaradılan PeaceJam təşkilatının üzvüdür.[37][38] PeaceJam konfranslar vasitəsilə gənclərlə treninqlər apararaq dünyanı gəzir. O,həmçinin 2008-ci ildə Fransanın keçmiş prezidenti Jak Şirak tərəfindən dünyada barışı yaymağı etmək üçün yaradılan Jak Şirak şərəf komitəsinin üzvüdür.[39]

Prensa Latina-ya görə Mençu, son illərdə aktivliyini siyasi və iqtisadi bərabərsizlik və iqlim dəyişikliyi daxil olmaqla bir çox istiqamətlərdə davam etdirir.[40] Venesuelada baş verən mövcud qanun pozuntuları da daxil olmaqla insan haqları sözçüsü kimi fəaliyyəti davam edir.[41]

Mexiko şəhərindəki Templo Mayor məbəd muzeyində saxlanılan Riqoberta Mençuya verilən Nobel sülh mükafatı.
  • Latın Amerikasının yerli xalqları üçün təbliğatına və sosial ədalət işinə görə 1992-ci ildə Nobel sülh mükafatı[42]
  • 1992-ci ildə YUNESKO-nun Qvatemaladakı yerli xalqları müdafiə etməsinə görə xoşməramlı səfiri vəzifəsi[43]
  • Mençu, o dövrdə Nobel sülh mükafatına layiq görülən ən gənc və ilk aborigen mükafatçı oldu.[44]
  • 1996-cı ildə Qvatemalanın yerli xalqlarını müdafiəsinə görə Sülh Abbey Vicdan və Cəsarət mükafatı[45]
  • 1998-ci ildə qadınların və xidmət etdikləri icmaların vəziyyətini yaxşılaşdırdığına görə Asturiya Şahzadəsi mükafatı. (6 digər qadınla birlikdə.)[46]
  • 1999-cu ildə asteroid 9481 Menşu onun şərəfinə adlandırıldı (Kiçik Planet Mərkəzi 34354)
  • 2010-cu ildə Meksika üçün göstərdiyi xidmətlərinə görə Aztek Qartalı ordeni[47]
  • Azlıq qruplara vəkillik etdiyi üçün 2018-ci ildə Spendlove mükafatı[48]
  • Mən,Riqoberta Mençu (1983)[49]
    • Mənim adım Riqoberta Mençudur və vicdanım necə doğuldu, başlıqlı bu kitab, Mençu tərəfindən diktə edilmiş və Elizabet Burqos tərəfindən köçürülmüşdür.[50]
  • Sərhədləri keçərək (1998)[51]
  • Maya qızı (1999)[52]
  • Dante Liano ilə birgə yazılan,Domi tərəfindən illustrasiyaları verilmiş Çimelli qız (2005)[53]
  • Dante Liano ilə birgə yazılan,Domi tərəfindən illustrasiyaları verilmişBal bankası (2006)[54]
  • Dante Liano ilə birgə yazılan,Domi tərəfindən illustrasiyaları verilmiş Gizli Miras (2008) [55]
  • K'aslemalil-Vivir. El caminar de Rigoberta Menchú Tum en el Tiempo (2012)[56][57]

Şahid ifadəsi ilə bağlı mübahisələr

[redaktə | mənbəni redaktə et]

Antropoloq Devid Stoll Riqoberta Mençu kitabını araşdıraraq Mençunun partizan hərəkatının təbliğat ehtiyaclarını ödəmək üçün həyatı, ailəsi və özü ilə əlaqədar bəzi elementləri dəyişdirdiyini iddia etdi.[58] Stollun kitabından qaynaqlanan mübahisələr o zamanın ABŞ mətbuatında geniş yayılmışdı.[59] New York Times, kitabda biri-birinə zidd olan bəzi iddiaları vurğuladı:[60]

Xanım Mençu aclıqdan öldüyünü söylədiyi kiçik qardaşı,digər tərəfdən də,o və valideynləri,qardaşının ordu qoşunları tərəfindən diri-diri yandırılaraq izləməyə məcbur olunduqlarını deyir. Xanım Mençunun kitabının ilk səhifəsində heç məktəbə getmədiyi və Riqoberta Mençunun mətni diktə etməsindən bir qədər əvvəl ispan dilində oxuya,yaza,danışa bilməsinin əksinə, əslində Roma Katolik rahibələri tərəfindən idarə olunan iki prestijli özəl internat məktəbində orta məktəb təhsili almışdı.

Bir çox müəllif Mençunu müdafiə etdi və mübahisələri testimonio janrının fərqli şərhləri ilə əlaqələndirdi.[61][62][63][64] Menchú herself states, "I'd like to stress that it's not only my life, it's also the testimony of my people."[15] Mençu özü bildirir ki, "Bunun yalnız mənim həyatım olmadığını vurğulamaq istərdim, bu həm də bu xalqımın şahid ifadəsidir." Faktiki və tarixi uyğunsuzluqlar ittihamlarına baxmayaraq, Mençunun ifadəsi, yerli Qvatemalanın vətəndaş müharibəsi dövründəki həyatını təsvir etmə üsulları üçün aktual olaraq qalır.[63]

Nobel Komitəsi, Stoll tərəfindən saxtakarlıq iddialarını rədd edərək Mençunun Nobel mükafatını ləğv etmək çağırışlarını rədd etdi.[65] Komitənin katibi Qeyr Landestad, Mençunun mükafatını ifadəsinə görə deyil, vəkillik və sosial ədalət işinə görə verdiyini söylədi.[6][42]

Mark Horovitz, Uilyam Yavorski və Kenneta Kikhama görə, Stollun Mençu haqqında yazdığı mübahisələr, Marqaret Midin "Samoada yaş" və "Napoleon Şanon" un həqiqəti ilə əlaqədar mübahisələrin yanında, son Amerika antropologiya tarixindəki ən çox bölücü epizodlardan biridir.[66]

  1. 1 2 Rigoberta Menchú // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Rigoberta Menchú // Babelio (fr.). 2007.
  3. "UPI Almanac for Thursday, Jan. 9, 2020". United Press International. 9 January 2020. 15 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2020. … Guatemalan activist/Nobel Peace Prize laureate Rigoberta Menchu in 1959 (age 61)
  4. Dulfano, Isabel. Indigenous Feminist Narratives. 2015. doi:10.1057/9781137531315. ISBN 978-1-349-50686-6.
  5. 1 2 "Rigoberta Menchú." Encyclopedia of World Biography Online, Gale, 1998. Gale in Context: Biography, https://link.gale.com/apps/doc/K1631004473/BIC?u=unlv_main&sid=BIC&xid=13ab26e5. Accessed 27 Sept. 2019.
  6. 1 2 3 4 "Rigoberta Menchú Tum - Biographical". Nobelprize.org. 2013. 29 August 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 September 2013.
  7. "Rigoberta Menchu | Kanopy". ualberta.kanopy.com. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  8. 1 2 3 4 "University of Alberta Libraries". ezpa.library.ualberta.ca. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
  9. 1 2 Grandin, Greg. "Rigoberta Menchú Vindicated". The Nation. 9 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 November 2017.
  10. "Pedro García Arredondo". TRIAL International (ingilis). 2019-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  11. 1 2 "#IWD2019 - Rigoberta Menchú Tum". Multimedia Centre (ingilis). 2019-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  12. "A day of joy, grief for Nobel winner". Fort Worth Star-Telegram. Associated Press. 1998-01-18. səh. A17. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-27 – Newspapers.com vasitəsilə.
  13. Irwin Abrams, The Nobel Peace Prize and the Laureates: An Illustrated Biographical History, Watson Publishing International, 2001, p. 296.
  14. "Trouble for Rigoberta". Newsweek. 1999-06-20. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-27.
  15. 1 2 3 4 5 6 Menchu, Rigoberta. "I, Rigoberta Menchu Excerpts" (PDF). 1984. 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-31.
  16. "Rigoberta Menchú". Teaching Tolerance (ingilis). 2017-08-09. 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
  17. ABC Australia. "Mayan Indians". ezpa.library.ualberta.ca. 2014. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
  18. Destrooper, Tine. "Come Hell or High Water: Feminism and the Legacy of Armed Conflict in Central America". ezpa.library.ualberta.ca. 2014. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
  19. "Rigoberta Menchú Tum January 9, 1959". Rachel Shoey (ingilis). 2017-06-07. 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  20. 1 2 "Menchú Tum, Rigoberta". UNHCR. United Nations High Commissioner for Refugees. 4 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 May 2016.
  21. Hartviksen, Julia. "Book Review: Towards a Feminist Subaltern Understanding of I, Rigoberta Menchu" (ingilis).
  22. 1 2 GUATEMALA: RIGOBERTA MENCHU STEPS BEYOND TRADITION TO MOVE INDIGENOUS AGENDA Arxivləşdirilib 2020-01-14 at the Wayback Machine, thefreelibrary.com. Retrieved 27 November 2017.
  23. "Recipients of the Courage of Conscience Award". peaceabbey.org. 7 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2017.
  24. 1 2 3 "Activist Asks Spain to Pursue Guatemala Case". Los Angeles Times. Reuters. 1999-12-03. ISSN 0458-3035. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-04.
  25. 1 2 3 "Spain seeks Guatemalan ex-rulers". BBC News. 23 December 2006. 14 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2017.
  26. 1 2 Zuckerman, Adam. "The Presidential Candidacy of Rigoberta Menchú: Facing Guatemala's Bitter Past". The Council on Hemispheric Affairs. 2007.
  27. Lakhani, Nina. "Thelma Cabrera: indigenous, female and shaking up Guatemala's election". The Guardian (ingilis). 2019-06-15. ISSN 0261-3077. 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  28. "Guatemala's impossible candidate" (ingilis). 2019-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  29. "Nobel winner seeks presidency". Tvnz.co.nz. 10 February 2007. 8 February 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 April 2009.
  30. "Menchú, Rigoberta | The Columbia Encyclopedia - Credo Reference". search.credoreference.com. 2018-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-02.
  31. "Rigoberta Menchu Túm | United Nations Educational, Scientific and Cultural Organization". www.unesco.org. 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
  32. "Resources ::: Women, Power & Peace". www.feminist.com. 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
  33. "OHCHR | International Decades of the World´s Indigenous People". www.ohchr.org. 2019-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
  34. "Directora Unesco llega a Guatemala en visita oficial para reforzar relaciones". EFE News Service. 2015.
  35. 1 2 "Guatemalan Peace Prize Winner Opens Discount Drug Stores". Houston Chronicle. 2003.
  36. 1 2 3 Nobel Women's Initiative Arxivləşdirilib 16 may 2008 at the Wayback Machine
  37. Profile Arxivləşdirilib 2018-07-16 at the Wayback Machine, BusinessWire.com, 20 April 2015. Retrieved 27 November 2017.
  38. PeaceJam Mission Statement
  39. "Honor Committee". Fondation Chirac. 7 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2017.
  40. "Rigoberta Menchú habla en ONU sobre obstáculos para la cultura de paz". Prensa Latina. 2018.
  41. Comercio, Redacción El. "Rigoberta Menchú sobre Venezuela: "Pienso que la ONU debe ser más equitativa y seria"". El Comercio (ispan). 2019-09-11. 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  42. 1 2 "The Nobel Peace Prize 1992" Arxivləşdirilib 2018-03-05 at the Wayback Machine, Nobelprize.org. Retrieved 27 November 2017.
  43. "Nobel Peace Laureate Rigoberta Menchu to give UNESCO Human Rights Lecture". US Fed News Service. 2012.
  44. "The Nobel Peace Prize 1992". NobelPrize.org (ingilis). 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
  45. admin. "Recipients of the Courage of Conscience Award | The Peace Abbey FoundationThe Peace Abbey Foundation". 2019-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.
  46. "Premio Príncipe de Asturias de Cooperación Internacional 1998" Arxivləşdirilib 2019-01-16 at the Wayback Machine, Fundación Princesa de Asturias website]. Retrieved 27 November 2017.
  47. "What is the Order of the Aztec Eagle?!". México News Network. 2015-07-06. 2019-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-30.
  48. "Guatemalan Nobelist Announced as this Year's Spendlove Prize Recipient". Targeted News Service. 2018.
  49. Menchú, Rigoberta. "I, Rigoberta Menchú an Indian Woman in Guatemala". The Literature of Propaganda. 2013 – Credoreference vasitəsilə.
  50. Burgos, Elizabeth. Me llamo Rigoberta Menchú y así me nació la consciencia. Siglo veintiuno editores. 2005. ISBN 9682313155. OCLC 775861208.
  51. Menchú, Rigoberta. Crossing borders. Wright, Ann, 1943-. London: Verso. 1998. ISBN 1859848931. OCLC 39458909.
  52. Menchú, Rigoberta. Enkelin der Maya : Autobiografie. Lamuv. 1999. ISBN 3889775551. OCLC 175122620.
  53. Menchú, Rigoberta. The girl from Chimel. Groundwood Books. 2005. ISBN 0888996667. OCLC 57697284.
  54. Menchú, Rigoberta. The honey jar. Liano, Dante., Unger, David., Domi. Toronto: Groundwood Books. 2006. ISBN 9780888996701. OCLC 61427375.
  55. Menchú, Rigoberta. The Secret Legacy. Toronto: Groundwood Books. 2008. ISBN 9780888998965. OCLC 209585664. İstifadə tarixi: 13 December 2019.
  56. Menchú, Rigoberta. K'aslemalil, vivir : el caminar de Rigoberta Menchú Tum en el tiempo. 2015. ISBN 9786070271700. OCLC 955326314.
  57. "Guatemalteca Rigoberta Menchú celebra 56 años con libro autobiográfico". Notimex. 2015.
  58. "Rigoberta Menchú and the Story of All Poor Guatemalans". archive.nytimes.com. 2018-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  59. Rohter, Larry, "TARNISHED LAUREATE: A special report; Nobel Winner Finds Her Story Challenged", The New York Times, 15 December 1998, 14 January 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: 27 November 2017
  60. "Arxivlənmiş surət". 2010-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  61. Beverley, John. "The Margin at the Center: on "Testimonio" (Testimonial Narrative)". Modern Fiction Studies. 35. 1989: 11–28. doi:10.1353/mfs.0.0923.
  62. Sanford, Victoria PhD. "The Silencing of Maya Women From Mama Maquin to Rigoberta Menchu", pp. 135–43; see p. 142 for critique on Stoll's informant, Alfonso Riviera.
  63. 1 2 Feffer, John. "Not-So-Magical Realism". Foreign Policy in Focus. 2010.
  64. Johnson, David. "The limits of community: How "we" read me llamo rigoberta menchu". Discourse. 23. 2001: 154.
  65. "The Nobel Peace Prize 1992". NobelPrize.org (ingilis). 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  66. Horowitz, Mark; Yaworsky, William; Kickham, Kenneth. "Anthropology's Science Wars". Current Anthropology. 60 (5). 2019: 674–698. doi:10.1086/705409. 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-03.
  • Ament, Gail. "Recent Maya Incursions into Guatemalan Literary Historiography". Literary Cultures of Latin America: A Comparative History. Eds. Mario J. Valdés & Djelal Kadir. 3 Vols. Vol 1: Configurations of Literary Culture. Oxford: Oxford University Press, 2004: I: 216–215.
  • Arias, Arturo. "After the Rigoberta Menchú Controversy: Lessons Learned About the Nature of Subalternity and the Specifics of the Indigenous Subject" Modern Language Notes 117.2 (2002): 481–505.
  • Beverley, John. "The Real Thing (Our Rigoberta)" Modern Language Quarterly 57:2 (June 1996): 129–235.
  • Brittin, Alice A. "Close Encounters of the Third World Kind: Rigoberta Menchu and Elisabeth Burgos's Me llamo Rigoberta Menchu". Latin American Perspectives, Vol. 22, No. 4, Redefining Democracy: Cuba and Chiapas (Autumn, 1995), pp. 100–114.
  • De Valdés, María Elena. "The Discourse of the Other: Testimonio and the Fiction of the Maya." Bulletin of Hispanic Studies (Liverpool), LXXIII (1996): 79–90.
  • Feal, Rosemary Geisdorfer. "Women Writers into the Mainstream: Contemporary Latin American Narrative". Philosophy and Literature in Latin America. Eds. Jorge J.E. Gracia and Mireya Camurati. New York: State University of New York, 1989. An overview of women in contemporary Latin American letters.
  • Tim Golden (journalist). "Guatemalan Indian Wins the Nobel Peace Prize": New York Times (17 October 1992):p.A1,A5.
  • Golden, Tim. "Guatemalan to Fight on With Nobel as Trumpet": New York Times (19 October 1992):p.A5.
  • Gossen, Gary H. "Rigoberta Menchu and Her Epic Narrative". Latin American Perspectives, Vol. 26, No. 6, If Truth Be Told: A Forum on David Stoll's "Rigoberta Menchu and the Story of All Poor Guatemalans" (Nov., 1999), pp. 64–69.
  • Gray Díaz, Nancy. "Indian Women Writers of Spanish America". Spanish American Women Writers: A Bio-Bibliographical Source Book. Ed. Diane E. Marting. New York: Greenwood Press, 1988
  • Millay, Amy Nauss. Voices from the Fuente Viva: The Effect of Orality in Twentieth-Century Spanish American Narrative. Lewisburg: Bucknell University Press, 2005.
  • Logan, Kathleen. "Personal Testimony: Latin American Women Telling Their Lives". Latin American Research Review 32.1 (1997): 199–211. Review Essay.
  • Nelan, Bruce W. "Striking Against Racism". Time 140:61 (26 October 1992): p. 61.
  • Stanford, Victoria. "Between Rigoberta Menchu and La Violencia: Deconstructing David Stoll's History of Guatemala" Latin American Perspectives 26.6, If Truth Be Told: A Forum on David Stoll's "Rigoberta Menchu and the Story of All Poor Guatemalans" (Nov., 1999), pp. 38–46.
  • ---. "From I, Rigoberta to the Commissioning of Truth Maya Women and the Reshaping of Guatemalan History". Cultural Critique 47 (2001) 16–53.
  • Sommer, Doris. "Rigoberta's Secrets" Latin American Perspectives, Vol. 18, No. 3, Voices of the Voiceless in Testimonial Literature, Part I. (Summer, 1991), pp. 32–50.
  • Stoll, David "Rigoberta Menchu and the Story of All Poor Guatemalans" (Westview Press, 1999)
  • ---. "Slaps and Embraces: A Rhetoric of Particularism". The Latin American Subaltern Studies Reader. Ed. Iliana Rodríguez. Durham: Duke University Press, 2001.
  • Wise, R. Todd. "Native American Testimonio: The Shared Vision of Black Elk and Rigoberta Menchú". In Christianity and Literature, Volume 45, Issue No.1 (Autumn 1995).
  • Zimmerman, Marc. "Rigoberta Menchú After the Nobel: From Militant Narrative to Postmodern Politics". The Latin American Subaltern Studies Reader. Durham: Duke University Press, 200

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]