Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərvəst
Mərvəst-İranın Yəzd ostanının Xatəm şəhristanının Mərvəst bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,585 nəfər və 1,966 ailədən ibarət idi.
Ernest
Ernest — ad. Ernest Heminquey — amerikalı yazıçı Ernest Şeklton - Ernest Rezerford — Yeni Zelandiyalı fizik Ernest-Anri Bayon — Fransa botaniki.
Ernst
Ernst — ad. Ernst Ştayniq — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı.
Avstraliya merinosu
Avstraliya merinosu — zərifyunlu qoyun cinsi. == Tarixi == Avstraliya merinosu XIX əsrin birinci yarısında Avstraliyada İngiltərə, İspaniya və Almaniyadan gətirilən merinoslardan yetişdirilmişdir. 1929-cu ildə SSRİ-yə gətirilmiş və Qroznı qoyun cinsinin yetişdirilməsində istifadə edilmişdir. == Xarakteristikası == Avstraliya merinosu eksteryerinə və yun keyfiyyətinə görə fayn, medium və stronq tipləri var. Qoçların diri çəkisi 80–95 kq, doğar (anac) qoyunlarınkı 42–48 kq; qoçlar 9–10 (ən çox 20 kq-a qədər), doğar qoyunlar 4–5 kq (ən çox 10 kq-a qədər) yun verir. Təmiz yun çıxması 48–55%-dir. Əsasən, uzun, kambol növlü, sıx, zərif, çox elastik və parlaqdır. Avstraliyada bütün qoyunların 80%-i merinoslardır. == İstinadlar == == Əlavə ədəbiyyat == Иванов М. Ф. Полное собрание сочинений, том 4, Москва, 1964, с. 244—246.
Merinos qoyunu
Merinos qoyunu — nazik və incə yununa görə yetişdirilən qoyun növü. Tükünün qalınlığı 15-25 mkm.-dir. Əsasən Avstraliya-da yetişdirilir. == Tarixi == Merinos qoyun dünyada ən qədim qoyun cinslərindən biri sayılır. Bu cinsin İran, Mesopotamiya və Balkan yarımadasında yayılmasının tarixi eramızdan əvvəlki dövrə aid edilir. == Merinos qoyunu Azərbaycanda == XIX əsrin 40-cı illərində Azərbaycana gətirilən və yüksək keyfiyyətə malik olan merinos qoyunu burada sonrakı əsrdə özünün daha geniş inkişafına başlamışdır. 1840-cı ildə Tavrida quberniyasından Azərbaycana köçürülən ruslar özlərilə bərabər merinos qoyunu gətirmiş və Azərbaycanın müəyyən ərazisində saxlamışlar. Rusiyanın Tavrida, Xerson və Yekaterinoslav quberniyalarından Azərbaycana gələn rus duxoborları da merinos qoyununu bu ərazidə inkişaf etdirmişdir. Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın Kiçik Qafqaz hissəsində, xüsusilə Gədəbəy və Şəmkirdə 90 min baş merinos qoyunun olduğu göstərilir. Merinos qoyununun Azərbaycanda nisbətən geniş istifadə edilməsi təkcə ətlik deyil, həm də yüksək keyfiyyətli çox və zərif yununun olması ilə əlaqədardır.
Ernest Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Ernest Buş
Ernest Vilhelm Bernard Buş (alm. Ernst Wilhelm Bernhard Busch‎; 6 iyul 1885, Essen, Prussiya – 17 iyul 1945, Olderşot[d], Hempşir qraflığı[d]) — alman hərb xadimi, Vermaxtın general-feldmarşalı (1943).
Ernest Heminquey
Ernest Miller Heminquey (ing. Ernest Miller Hemingway; 21 iyul 1899[…], Ouk-Park[d], İllinoys – 2 iyul 1961[…], Ketçum[d], Aydaho) — amerikalı yazıçı və jurnalist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954), Pulitser mükafatı laureatı. == Həyatı == Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu. Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıxan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəxsən görüb müşahidə etmişdi.
Ernest Heminqvey
Ernest Miller Heminquey (ing. Ernest Miller Hemingway; 21 iyul 1899[…], Ouk-Park[d], İllinoys – 2 iyul 1961[…], Ketçum[d], Aydaho) — amerikalı yazıçı və jurnalist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954), Pulitser mükafatı laureatı. == Həyatı == Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu. Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıxan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəxsən görüb müşahidə etmişdi.
Ernest Qyoka
Ernest Qyoka (alb. Ernest Gjoka) — Albaniyanın "Kukesi" futbol klubunun baş məşqçisi (2016-cı ildən).
Ernest Renan
Yozef Ernest Renan (fr. Joseph Ernest Renan; 28 fevral 1823[…] – 2 oktyabr 1892[…], V arondisman (Paris)) — fransız yazıçısı, tarixçi və filoloqu. == Həyatı == Jozef Ernest Renan 1823-cü il fevral ayının 28-də Fransada Bretani şəhərciyində anadan olmuşdur. Atası dənizçi idi və Ernest Renanın 5 yaşı olanda dünyasını dəyişib. Renana böyük bacısı Genrietta daha çox təsir göstərmişdir. O, ölümünə qədər bacısı ilə həm də dost olmuşdur. Onun həyatını kilsəyə həsr etməsini istəyən anası 1838-ci ildə Ernesti ruhani seminariyaya qoymuşdur. O, yerli ruhani seminariyadan daha sonra təhsilini Müqəddəs Nikolay adına Paris Seminarında davam etdirir. Məhz həmin seminariyada dünyəvi ədəbiyyatla tanış olmuşdur. Mişle, Viktor Hüqo, Lamartinin əsərləri onda dərin iz qoymuşdur.
Ernest Rezerford
Ernest Rezerford (ing. Ernest Rutherford; 30 avqust 1871[…] – 19 oktyabr 1937[…], Kembric]) — Yeni Zelandiyalı fizik, atomun planetar modelinin müəllifi. 1908-ci il kimya üzrə Nobel mükafatı laureatı. Nüvə fizikasının "atası" hesab olunur. == Həyatı == Ernest Rezerford Şotlandiyadan Yeni Zelandiyaya köçüb gəlmiş fermer Ceyms Rezerfordun ailəsində, Yeni Zelandiyanın Nelson şəhəri yaxınlığındakı Sprinq-Qruv (hal-hazırda Braytvoter) adlanan yerdə dünyaya gəlmişdir. Anası Marta Tomson İngiltərənin Esseks əyalətindən idi. İlk ibtidai təhsilini əvvəlcə Havlok məktəbində, daha sonra Nelson kollecində almışdır. İbtidai təhsilini uğurla tamamalyan Ernest təhsilini Yeni Zelandiya Universitetinin Kanteberi kollecində davam etdirmık hüququ əldə edir. Universitet illərdinə o yerli tələbə debat cəmiyyətinin sədri olur. 1895-ci ildə bakalavr və magistr dərəcələrini alan Ernest daha iki il elektrik texnologiyaları sahəsində tədqiqatlarla məşğul olduqdan sonra doktorluq dərəcəsi almaq məqsədilə İngiltərəyə yollanır.
Ernest Telman
Ernest Telman (alm. Ernst Thälmann‎; 16 aprel 1886[…], Hamburq – 18 avqust 1944[…], Buhenvald həbs düşərgəsi, Türingiya[d]) — Almaniya komunistlərinin lideri. == Həyatı == Errnst Telman 1886-cı il aprel ayının on altısında Hamburqda İohann Telmanın ailəsində anadan olmuşdur. Ernst gənc yaşlarından işləməyə başlamışdır. O əvvəlcə günəmuzd fəhlə, sonra mebel daşıyan, yük daşıyan arabaçı, liman fəhləsi, dənizçi işləmişdir. Proletar şüuru getdikcə artan Ernst 1902-ci ildə Almaniya Sosial-demokrat Partiyasının (ASDP) sıralarına, iki ildən sonra isə Hamburq nəqliyyat işçiləri həmkarlar ittifaqına daxil oldu. Hamburqun fəhlə kütlələrinin kapitalist zülmkarlara qarşı apardıqları amansız mübarizə ona daim inqilabiləşdirici təsir göstərirdi. Axı Avqust Bebelin reyxstaqda Hamburqun nümayəndəsi olması nahaq deyildi. Telman nəqliyyatçı fəhlələri müdafiə etmək üçün tez-tez həmkarlar ittifaqlarının yığıncaqlarında çıxış edir, həmkarlar ittifaqlarındakı bürokratlara kəskin hücum edirdi. Bürokratlar hələ o zaman Telmana barışmaz üsyançı və inqilabçı kimi baxırdılar.
Ernest Şeklton
Ernest Şelkton, (ing. Ernest Shackleton; 15 fevral 1874[…] – 5 yanvar 1922[…], Qryotviken, Cənubi Georgiya) İyirminci yüzilliyin əvvəlləridə həyata keçirtdiyi Antarktidanın kəşfi ilə tanınan irlandiyalı,ingilis səyyah. == Gənclik illəri == Səkkizi qız və ikisi oğlan olmağla on uşaqlı bir ailənin ikinci övladı olaraq dünyaya gələn Şelkton 17 yaşında ticarət gəmisində işə başladı. Üç dirəkli yelkənli gəmi ilə bir çox səfərə çıxdı. 24 yaşında leytenant rütbəsi aldı. == Kəşflər == 1901-ci ildə səyyah Robert Skott və həkim Eduard Vilson ilə ilk kəşf səfərinə çıxdı. noyabr 1902-ci ildə o günə qədər gediləsi mümkün olan ən cənubdakı nöqtə rekordunu (82°16') qırdılar. Askorbik (C vitamini çatışmazlığı) xəstəliyinə tutulan Skott onu Londona geri göndərdi. Bu səfərində şöhrət qazanan Şelkton, bir sonrakı kəşfinə 7 avqust 1907-ci ildə çıxdı, 1908-ci ildə Antarktidaya ikinci dəfə ayaq basdı. Bir çox sınağdan sonra səyyah 88°23' paralelinə çataraq daha bir cənuba enmə rekordu qırdı, amma Cənub Qütbünə 180 km qalmış geri dönmək məcburiyyətində qaldılar.
Ernest Şelkton
Ernest Şelkton, (ing. Ernest Shackleton; 15 fevral 1874[…] – 5 yanvar 1922[…], Qryotviken, Cənubi Georgiya) İyirminci yüzilliyin əvvəlləridə həyata keçirtdiyi Antarktidanın kəşfi ilə tanınan irlandiyalı,ingilis səyyah. == Gənclik illəri == Səkkizi qız və ikisi oğlan olmağla on uşaqlı bir ailənin ikinci övladı olaraq dünyaya gələn Şelkton 17 yaşında ticarət gəmisində işə başladı. Üç dirəkli yelkənli gəmi ilə bir çox səfərə çıxdı. 24 yaşında leytenant rütbəsi aldı. == Kəşflər == 1901-ci ildə səyyah Robert Skott və həkim Eduard Vilson ilə ilk kəşf səfərinə çıxdı. noyabr 1902-ci ildə o günə qədər gediləsi mümkün olan ən cənubdakı nöqtə rekordunu (82°16') qırdılar. Askorbik (C vitamini çatışmazlığı) xəstəliyinə tutulan Skott onu Londona geri göndərdi. Bu səfərində şöhrət qazanan Şelkton, bir sonrakı kəşfinə 7 avqust 1907-ci ildə çıxdı, 1908-ci ildə Antarktidaya ikinci dəfə ayaq basdı. Bir çox sınağdan sonra səyyah 88°23' paralelinə çataraq daha bir cənuba enmə rekordu qırdı, amma Cənub Qütbünə 180 km qalmış geri dönmək məcburiyyətində qaldılar.
Gernot Rampler
Gernot Rampler (21 fevral 1994) — Avstriyalı atıcı. Gernot Rampler Avstriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Gernot Rampler birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.4 xal toplayaraq 32-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Valter Nernst
Valter Nernst(alm. Walther Hermann Nernst‎, 25 iyun 1864, Brizen — 18 noyabr 1941, Ober-Sibelle) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1920). == Həyatı == Brizendə (indiki Bomcezno, Polşa) (1864–1941) anadan olmuş, Alman fiziki və fiziki- kimyaçısı, Nernst Valter Fridrix 1883–1887-ci illərdə Sürix, Qrats, Berlin və Vürsburq Universitetlərində oxumuşdur. 1890–1905-ci illərdə Gettingen Universitetində işləmiş, 1891-ci ildə professor elmi adı almışdır. Termokimya sahəsində həyata keçirdiyimühüm tədqiqat işlərinə görə 1920-ci ildə alim Nobel mükafatına layiq görülmüşdür. Valter Nernst 18 noyabr 1941-ci ildə vəfat edib.
Arnoşt Bart
Arnoşt Bart (y.sorb Arnošt Bart, Brězynčanski; 29 avqust 1870, Litten[d] – 15 fevral 1956, Brizinq[d]) — Sorbialı siyasətçi və ictimai xadim. Sorbia mədəni-ictimai "Domovina" cəmiyyətinin yaradıcılarından biri və onun ilk sədri (1912-1927). == Bioqrafiya == 29 avqust 1870-ci ildə Kubşuts kommunasının Letonun kəndində serb kəndli ailəsində anadan olub. 1885-1888-ci illərdə Bautzendəki peşə məktəbində təhsil alıb. Təhsildən sonra o, tək Avropanı yox həmdə Fransa, Rusiya və Avstriya-Macarıstanı səyahət edir. 1890-cı ildə vətənə qayıdır və həmin il Sorb təhsil təşkilatı "Matitsa Serbian"a qoşulur. Sorb kəndliləri arasında mədəni və ictimai tədbirlərdə iştirak etmişdir. Eyni zamanda o, sakson mühafizəkarlarının fikirlərini dəstəkləyərək siyasi fəaliyyətlərdə iştirak edirdi. 1912-ci ildə "Domovina" sorb ictimai təşkilatının yaradıcılarından biri idi. 1918-ci ildə Saksoniyada baş verən Noyabr inqilabı zamanı o, Milli Sorb Komitəsinin qurucusu olur.
Arnoşt Muka
Arnoşt Muka (a.sorb Arnošt Muka; 10 mart 1854 – 10 oktyabr 1932, Bautzen) — Sorb pedaqoqu və ictimai xadim. Sorb muzeyinin və Bautzendəki Sorb Evinin yaradıcısı. == Bioqrafiya == Arnoşt Muka 19-20-ci əsrlərin ən görkəmli sorb humanistlərindən biri hesab olunur və Sorb milli şüurunun inkişafına əhəmiyyətli töhfələr verir. 1874-1879-cu illərdə Leypsiq Universitetində oxuyub, burada klassik filologiya və slavyanşünaslıq üzrə təhsil alıb. 1875-ci ildə Sorb gimnaziyasının şagirdləri üçün "Schadźowanka" adlı ilk gənclərin yay düşərgəsi-festivalını təşkil edib. 1879-cu ildən Zittauda, daha sonra Bautzendə gimnaziyada müəllim olub. Gənc yaşlarından Lusatian mədəni və elmi hərəkatında iştirak etməyə başladı. 1882-86-cı illərdə " Łužica " jurnalının redaktoru, 1884-1932-ci illərdə isə " Časopis Maćicy Serbskeje " jurnalının redaktoru olub. 1884-1886-cı illərdə bu jurnalın səhifələrində o, sorblərinin sayı, məskunlaşması, sosial quruluşu və təhsil səviyyəsi haqqında statistik məlumatları təqdim edən "Statistika Łužiskich Serbow" demoqrafik tədqiqatını dərc edib. Onun qətiyyəti və təşkilatçılıq istedadı sayəsində 1904-cü ildə Bautzendə Sorb evi açıldı.
Ernest Gellner
Ernest Andre Gellner (ing. Ernest André Gellner; 9 dekabr 1925[…], Paris və ya Monruj – 5 noyabr 1995[…], Praqa) — Britaniya və Çexiya filosofu, sosial antropoloqu. "The Daily Telegraph" tərəfindən dünyasını dəyişdiyi zaman dünyanın ən güclü ziyalılarından biri, "The Independent" tərəfindən isə "tənqidi rasionalizm üçün birnəfərlik səlibçi" adlandırılmışdır. Onun ilk kitabı olan "Sözlər və şeylər" (1959) "The Times"da onun dil fəlsəfəsinə hücumu ilə əlaqədar məktublar səhifəsində bir ay davam edən yazışmalara səbəb olmuşdur. 22 il London İqtisadiyyat Məktəbində fəlsəfə, məntiq və elmi metod professoru kimi, səkkiz il Kembric Universitetində Vilyam Vayz sosial antropologiya professoru və Praqada milliyətçiliyin tədqiqi üzrə yeni mərkəzin rəhbəri olmuşdur. Gellner bütün yazılarında, tədrisində və siyasi fəallığında qapalı düşüncə sistemləri kimi gördükləri şeylərə, xüsusən də kommunizmə, psixoanalizə, relyativizmə və azad bazar diktaturasına qarşı mübarizə aparmışdır. Sosial düşüncədəki digər məsələlərlə yanaşı, modernləşmə nəzəriyyəsi və milliyətçilik onun mərkəzi mövzularından ikisi idi. O, milliyətçilik məsələsi üzrə aparıcı nəzəriyyəçilərdən sayılır. == Seçilmiş əsərləri == Words and Things, A Critical Account of Linguistic Philosophy and a Study in Ideology, London: Gollancz; Boston: Beacon (1959). Thought and Change (1964) Populism: Its Meaning and Characteristics (1969).
Emilia Mernes
Emilia Mernes (isp. Emilia Mernes; 29 oktyabr 1996) — argentinalı müğənni, aktrisa, rəqqasə. == Həyatı == 29 oktyabr 1996-cı ildə anadan olub. Anasının adı Qabriela Rueda, atasının adı Pedro Mernesdir.
Ernest Şantr
Ernest Şantr (fr. Ernest Chantre; 14 yanvar 1843, Lion – 24 dekabr 1924, Ekülli[d]) — Fransa arxeoloqu və antropoloqu. 1878-ci ildən 1910-cu ilə qədər Lion Muzeyində geologiya və antropologiya dərslərinin təlimatçısı olmuş, eyni zamanda Lionda Elmlər Fakültəsində (1881–1908) antropologiya kurslarını tədris etmişdir. 1873–1888-ci illərdə "Matériaux pour l'Histoire primitive et naturelle de l'Homme" jurnalının redaktoru olmuşdur. 1873–1913-cü illərdə Kiçik Asiya, Şimali Afrika, Ermənistan və Qafqaz regionunda çoxsaylı elmi missiyalarda iştirak etmişdir. == Seçilmiş əsərləri == Études paléoethnologiques dans le bassin du Rhône. Âge du bronze; recherches sur l'origine de la métallurgie en France, 1875. Études paléontologiques dans le Bassin du Rhône, période quaternaire, 1880. Recherches paléoethnologiques dans la Russie méridionale et spécialement au Caucase et en Crimée, 1881. Recherches anthropologiques dans le Caucase (4 volumes) 1885–87.
Azərbaycan dağ merinosu
Azərbaycan dağ merinosu — 1940-cı illərin sonunda Azərbaycan SSR-də yetişdirilən incə yunlu dağ qoyun cinsi. Qafqaza köçürülmüş molokanların özləri ilə gətirdikləri Mazayev, yeni Qafqaz merinosları ilə qabayunlu bozax cinsi qoyunlarınını çarpazlaşdırılması nəticəsində alınmışdır. Vasili Georgieviç Smaraqdov, Mirzə Sadıxov, Firuz Məlikov, Süleyman Hüseynov, Qara Haqverdiyev, 1947-ci ildə Azərbaycan dağ merinosunun yetişdirilməsi işlərinə görə Stalin mükafatına layiq görülüblər. Cins 1948-ci ildə təsdiq edilmişdir.
Sinyaya veçnost (mahnı)
Sinyaya veçnost - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri və bəstəsi Müslüm Maqomayeva, aranjemanı isə Qara Dərvişə aiddir.
Ernst Hekkel
Ernst Hekkel (alm. Ernst Heinrich Philipp August Haeckel‎; 16 fevral 1834[…], Potsdam, Brendenburq əyaləti[d], Prussiya – 9 avqust 1919[…], Yena, Veymar Respublikası) — alman alim və filosof, "ekologiya" termininin müəllifi. == Həyatı == Ernst Hekkel 1834-cü ildə Almaniyanın Potsdam şəhərində anadan olmuşdu. Ernst Hekkel 1919-cu ildə Almaniyanın Yena şəhərində vəfat edib. == Fəaliyyəti == Ernst Hekkel 1868-ci ildə yazdığı "Təbii yaradılış tarixi" (Natürliche Schöpfungsgeschichte) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər demək olar ki, hamısı eyni canlı rüşeymlərindən ibarət idi. Hekkel bu rəsmlərə əsaslanaraq sözügedən canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi. Balıq, salamandr, tısbağa, toyuq, dovşan və insan rüşeymlərini yan-yana göstərən sxemlər hazırlamışdı. Fərqli canlıların rüşeymlərinin əvvəlcə bir-birlərinə çox bənzəmələri, inkişaf prosesi əsnasında yavaş-yavaş bir-birindən fərqlənmələri idi. Xüsusilə, insan rüşeyminin balıq rüşeyminə olan bənzərliyi çox diqqətçəkən idi.