Ernest Telman

Ernest Telman (alm. Ernst Thälmann‎; 16 aprel 1886[1][2][…], Hamburq[3]18 avqust 1944[3][1][…], Buhenvald həbs düşərgəsi, Türingiya[d][4]) — Almaniya komunistlərinin lideri.

Ernest Telman
alm. Ernst Thälmann
Doğum tarixi 16 aprel 1886(1886-04-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 avqust 1944(1944-08-18)[3][1][…] (58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d], edam[d]
Dəfn yeri
  • Fridrixsfelde mərkəzi qəbiristanlığı[d]
Həyat yoldaşı
Uşağı
  • İrma Talman[d]
Fəaliyyəti siyasətçi, inqilabçı, sindikatçı[d]
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Errnst Telman 1886-cı il aprel ayının on altısında Hamburqda İohann Telmanın ailəsində anadan olmuşdur. Ernst gənc yaşlarından işləməyə başlamışdır. O əvvəlcə günəmuzd fəhlə, sonra mebel daşıyan, yük daşıyan arabaçı, liman fəhləsi, dənizçi işləmişdir. Proletar şüuru getdikcə artan Ernst 1902-ci ildə Almaniya Sosial-demokrat Partiyasının (ASDP) sıralarına, iki ildən sonra isə Hamburq nəqliyyat işçiləri həmkarlar ittifaqına daxil oldu. Hamburqun fəhlə kütlələrinin kapitalist zülmkarlara qarşı apardıqları amansız mübarizə ona daim inqilabiləşdirici təsir göstərirdi. Axı Avqust Bebelin reyxstaqda Hamburqun nümayəndəsi olması nahaq deyildi.

Telman nəqliyyatçı fəhlələri müdafiə etmək üçün tez-tez həmkarlar ittifaqlarının yığıncaqlarında çıxış edir, həmkarlar ittifaqlarındakı bürokratlara kəskin hücum edirdi. Bürokratlar hələ o zaman Telmana barışmaz üsyançı və inqilabçı kimi baxırdılar. Partiya və həmkarlar ittifaqında olan dostları fəal mübarizi layiqincə qiymətləndirdilər. Ernst dəfələrlə nəqliyyat fəhlələrinin konfrans və qurultaylarına nümayəndə seçildi. Telman partiya fəalı oldu.

22 yaşında Telman orduya çağırıldı. Orada təcrübədə burjua dövlətinin militarist siyasəti ilə tanış oldu. Telman, militarizmin və yeni müharibələrin hazırlanmasının son dərəcə təhlükəli olduğunu dərk edərək, ordudan Hamburqa qayıdandan sonra müharibəyə qarşı hərəkatda fəal iştirak etməyə başladı, Birinci dünya müharibəsi başlandıqda isə Ernst Telman Almaniya proletariatının ən yaxşı nümayəndələri ilə birlikdə parlamentdə hərbi kreditlərə səsverən və burjua "vətənini" müdafiə etməyə çağıran Almaniya sosial-demokratiyası liderlərinin şovinist siyasəti əleyhinə kəskin çıxış etdi. Telman ASDP-nin hərbi siyasəti barəsində dedi: "Proletar sinfi mübarizəsinin Qırmızı bayrağına xəyanət edilmiş və o, ayaqlar altında tapdalanmışdır". Müharibə başlanandan dərhal sonra Telman vaxtından əvvəl səfərbərliyə alındı və cəbhəyə göndərildi. Lakin o, cəbhədə də inqilabi təbliğatçılıq fəadiyyətini dayandırmadı və bunun üstündə dəfələrlə sərt inzibati cəza aldı.

1917-ci ilin yayında Telman cəbhədən evə, mə'zuniyyətə qayıtdı. Bu zaman Rusiyada inqilabi hadisələrin sədası Almaniyaya gəlib çatdı. Rusiyada Fevral inqilabının tə'siri altında alman inqilabçıları Müstəqil Sosial-demokrat Partiyası (AMSDP) yaratdılar. Telman dərhal yeni partiyaya keçdi; Telman və onun Hamburqdakı yoldaşları bu partiyanın sol cinahını təşkil etdilər.

Telman Böyük Oktyabr sosialist inqilabını ruh yüksəkliyi ilə alqışladı. Rusiyadakı proletar inqilabı Almaniyada şovinist əhvali-ruhiyyələrə sarsıdıcı zərbə vurd.u. Sağ sosial-demokrat liderlərinin müqavimətinə baxmayaraq, fəhlə kütlələri hərəkətə gəldilər. 1918-ci il noyabrın 3-də hərbi gəmilərdə qırmızı bayraq qaldırmış Kil dənizçilərinin üsyanı Almaniyada inqilabın başlanğıcını qoydu. Telman bu inqilabda çox fəal iştirak etdi. Sosial-demokrat və həmkarlar ittifaqı rəhbərliyinin qadağan etməsinə baxmayaraq, o, Hamburqun inqilabçı fəhlələrinin silahlanmasını təşkil elədi və onlara başçılıq etdi. Ernst Telman ASDP-nin sağ liderlərinə qarşı, xüsusən fəhlələrə zidd siyasət yeridən AMSDP-nin rəhbərliyinə qarşı amansız mübarizədə Hamburq proletariatının rəhbərinə çevrildi. 1919-cu ilin axırında o, AMSDP Hamburq təşkilatının sədri oldu.

1920-ci ildə Telman AMSDP-nin inqilabi cinahının 1918-ci il dekabrın 30-da Karl LibknextinRoza Lüksemburqun təşəbbüsü ilə Spartak İttifaqı əsasında yaradılmış Almaniya Kommunist Partiyası ilə birləşməsinin təşəbbüskarlarından biri oldu. Telman və onun yoldaşları kommunist partiyasına AMSDP-nin təqribən 200 min üzvünü cəlb etdilər. Telman özü Kommunist Partiyasının Mərkəzi Şurasının hey'ətinə daxil oldu. 1921-ci ilin yayında Telman Kominternin III konqresinin işində iştirak etdi. Məhz bu zaman o ilk dəfə V. İ. Leninlə görüşdü. Almaniyada Telmanın bilavasitə iştirak etdiyi 1921-ci ilin mart hadisələri zamanı AKP fəaliyyətinin Lenin tərəfindən amansız, işgüzarcasına düzgün tənqid edilməsi ona dərin təsir biğışladı. Telman Komintern konqresinin qərarlarından, V. İ. Leninin "Hamburq nümayəndəsinin" çıxışına verdiyi yüksək qiymətdən, sovet paytaxtında gördüklərindən ruhlanaraq vətənə qayıtdı. Leninin koiqresdə irəli sürdüyü "kütlələrin daha içərilərinə" şüarı bütün inqilabi fəaliyyətində Telman üçün həlledici şüar oldu. O, Leninin dəlilləri ilə silahlanaraq, AKP rəhbərliyində özlərinə yuva salmış opportunistlərə qarşı mübarizəni daha da kəskinləşdirdi.

1921-ci ilin avqustunda İyendə Almaniya Kommunist Partiyasının növbəti qurultayı oldu. Qurultayda 1921-ci ilin mart döyüşlərinin ibrət dərsi ilə əlaqədar olaraq AKP-nin vəzifələri müzakirə olundu. Telman qurultayda kommunist partiyasının səhvləri haqqında özünə məxsus sadəlik, açıqlıq və inandırıcılıqla danışdı. Artıq bu qurultayda Telman Leninin qiymətli göstərişlərini mənimsəyərək, sosial-demokrat fəhlələrin kommunist partiyası tərəfinə cəlb edilməsi və vahid cəbhə yaradılması haqqında məsələ qoydu. Qurultay Telmanı yenidən AKP mərkəzi rəhbərliyinin üzvü secdi.

Telmanın inqilabi fəaliyyəti irticanın amansız nifrətinə səbəb oldu. 1922-ci il iyunun 17-də gizli "Konsul" təşkilatından olan Hamburq faşistləri Telmana qəsd edərək, onun mənzilində partlayış törətdilər. Xoşbəxtlikdən, partlayış baş verəndə Telman evdə deyildi. Almaniyada inqilabi vəziyyət gündən-günə kəskinləşirdi. Almaniya tərəfindən təzminat verilmədiyinə görə Fransa qoşunları Rur vilayətini işğal etdikdən sonra sinfi ziddiyyətlər xüsusilə kəskinləşdi. Ölkədə sənaye istehsalı azaldı, işsizlik artdı, marka qiymətdən düşdü, tə'til mübarizəsi qüvvətləndi.

1923-cü il yanvarın axırında–fevralın əvvəlində Leypsiqdə AKP-nin növbəti qurultayı oldu. Qurultayda AKP-nin sol cinahını təşkil edən E. Telman, V. Pik, K. Setkin, V. Ulbrixt və başqaları vahid cəbhə taktikası və fəhlə hökumətinin yaradılması məsələlərində Brandlerin və Talheymerin başçılıq etdiyi sağ opportunistləri dəf etdilər. Brandler və Talheymer aşağıdan fəhlə sinfinin vahid cəbhəsinin yaradılmasına qarşı, parlamentdə ASDP liderləri ilə prinsipsiz sazişə girmək uğrunda mübarizə aparırdılar. Telman, Brandler siyasətinin alman fəhlə hərəkatı üçün təhlükəli olduğunu başa düşərək, bildirdi ki, parlament danışıqları və sazişləri yolu burjuaziyanın məğlubiyyətinə və fəhlələrin qələbəsinə gətirib çıxarmaz. Yalnız proletariatın ardıcıl inqilabi mübarizəsi ilə qələbə qazanmaq olar.

Bu zaman Almaniyada hadisələr ildırım sürəti ilə inkişaf edirdi. 1923-cü il yayın axırında ölkə qaynar qazana çevrildi. Oktyabrın ortalarında Saksoniyada və Türingiyada kütlələrin təzyiqi altında "sol" sosial-demokratlardan, kommunistlərdən və bitərəf fəhlələrdən ibarət fəhlə hökumətləri yaradıldı. Lakin yaranmış vəziyyətdən inqilabın inkişafı mənafeyi üçün istifadə olunmadı. Bunun təqsiri vahid proletar cəbhəsinin yaranmasına mane olan sosial-demokrat və Həmkarlar ittifaqı liderlərində idi. Almaniyada proletar inqilabı işini həmçinin AKP-yə rəhbərlik edən Brandlerin və Talheymerin cinayətkar siyasəti məhv etdi. Onlar proletariatı silahlı mübarizəyə hazırlamaq əvəzinə kütlələrin, inqilabi çıxışlarının zəifləməsinə yönəldilən siyasət yeridirdilər. Brandlerçilərin opportunist siyasəti aşağı partiya təşkilatlarında getdikcə daha çox pislənirdi. Telmanın rəhbərlik etdiyi Dənizkənarı mahal partiya təşkilatı Brandlerin xəttinə qarşı xüsusilə fəal çıxış edirdi. Bu rayonun kommunistləri dərhal siyasi hakimiyyət uğrunda silahlı mübarizəyə başlamağı tələb edirdilər. Burjuaziya Telmanın silahlı mübarizəyə çağırışlarını çox təhlükəli hesab edir və buna görə də ona yenidən divan tutmağa çalışırdı. 1923-cü ilin yazında Hamburq faşistləri yenidən Ernst Telmana sui-qəsd hazırlamağa başladılar. Bundan xəbər tutan Hamburq kommunistləri Telmanın mühafizəsini təşkil etdilər, buna görə də faşistlər Hamburq proletarlarının rəhbərinə divan tutmağa cəsarət etmədilər. Hamburq fəhlələri TüringiyadaSaksoniyada proletariatın məğlubiyyəti ilə barışa bilmirdilər. Reyxsverin bu rayonlara daxil olmasına fəhlələr fabrik və zavodlarda, limanda, gəmilərdə tə'tillərlə cavab verdilər. Hamburq partiya təşkilatı qırmızı üsyan bayrağını qaldırdı. 1923-cü il oktyabrın 22-dən 23-nə keçən gecə Hamburq kommunistləri silahlı üsyana çağıran müraciətnaməni yaydılar, oktyabrın 23-də gündüz isə Hamburqun bütün proletarları–yaşlı fəhlələr, gənclər, qadınlar və uşaqlar–barrikadalara çıxdılar. Altı min polis nəfəri və reyxsver əsgəri Hamburq proletarlarının barrikadalarına üç gün, üç gecə həmlə etdilər. Hamburq burjuaziyası üç gün, üç gecə qorxudan lərzəyə gəldi. Hamburqda ən çox tanınmış adam olan nəqliyyat fəhləsi Ernst Telman üsyan etmiş proletariatın canı idi. Ən mühüm əməliyyatlara, silah və ərzaq gətirilməsinə o özü rəhbərlik edirdi. Lakin ASDP liderlərinin satqınlığı və AKP-nin silahlı üsyan haqqında əvvəllər qəbul edilmiş qərardan imtina edən Brandler rəhbərliyinin təslimçi siyasəti mübarizənin gedişinə tə'sir göstərdi. Üsyan etmiş proletariat üçün son dərəcə əlverişsiz şərait yarandı. Oktyabrın 25-də aydın oldu ki, Almaniyanın qalan rayonlarından təcrid edilmiş Hamburq fəhlələri mübarizəni müvəffəqiyyətlə davam etdirə bilməzlər. Telman başda olmaqla Hamburq partiya təşkilatı döyüşləri dayandırmağı qərara aldı. Üsyan edənlər intizamlı surətdə geri çəkilərək, inqilabçı fəhlələrin əsas özəyini mühafizə etdilər. Sonralar Almaniya Vahid Sosialist Partiyası MK Siyasi Bürosunun üzvü German Matern yazırdı: "Nəqliyyat fəhləsi Ernst Telman alman xalqı üçün bu tarixi günlərdə sübut etdi ki, o, alman fəhlə sinfinin böyük rahbərinə çevrilmişdir". Telman Hamburq üsyanından ciddi nəticələr çıxartdı. Bu nəticələrdən ən mühümü ondan ibarət idi ki, fəhlə sinfinin qələbəsi üçün "mətin, tamamilə əlbir, sıx birləşmiş və hökmən intizamlı partiya" yaratmaq lazımdır. Telmaı özünün bütün yaradıcı qüvvəsini, bütün enerjisini və zəkasını bu problemin, həllinə sərf etdi. 1924-cü ilin aprelində Frankfurt-Maynda gizli çağırılan partiya qurultayı AKP-nin əsil yeni tipli marksist-leninçi partiyaya çevrilməsində böyük rol oynadı. Qurultayda Telman Brandler-Talheymer opportunist qrupuna qarşı müxalifətə başçılıq edirdi. Opportunistlər darmadağın edildi və partiyaya yeni adamlar, o cümlədən Mərkəzi Komitənin və Siyasi Büronun tərkibinə seçilmiş Ernst Telman rəhbərlik etməyə başladı. 1924-cü ilin yayında Kominternin Moskvada keçirilən V konqresi Telmanın xəttini yekdilliklə müdafiə etdi və Brandler-Talheymer opportunizmini qətiyyətlə pislədi. Kominternin köməyi ilə Almaniya kommunistləri və onların marksist-leninçi özəyi Rut Fişer, Maslov və Urbansın başçılıq etdiyi "ifrat sol" təriqətçilərin partiyanın yeni siyasətinə müqavimətini qırdılar. "İfrat sollar" kommunist partiyasını fəhlə kütlələrindən təcrid etməyə çalışır, həmkarlar ittifaqlarında onun geniş iş aparmasına əngəl törədirdilər. Kominternin köməyi ilə 1925-ci ilin oktyabrında partiyanın sədri seçilən Ernst Telman, Piklə, Ulbrixtlə, Hekkertlə və başqa yoldaşlarla birlikdə partiya rəhbərliyinin leninçi hissəsini təmsil edərək, "ifrat sollar" güruhuna qarşı kəskin mübarizə aparırdı. 1927-ci ildə AKP-nin XI qurultayında "ifrat sollar" qəti surətdə darmadağın edildilər. Almaniya kommunistlərinə başçılıq edən Telman diqqətini partiyanın təşkilatca və ideyaca möhkəmlənməsinə yönəltdi. O tədricən alman proletariatı avanqardının monolit birliyinə nail olurdu. Telman Marksın, Engelsin, Leninin nəzəri əsərlərini, bolşevik partiyasının çox zəngin təcrübəsini, Sovet İttifaqında sosializm quruculuğu təcrübəsini alman inqilabçılarının və Almaniyanın bütün fəhlə sinfinin tərbiyəsi üçün əsas götürdü. Telmanın təklifi ilə AKP-nin XI qurultayı V. İ. Leninin əsərlərinin alman dilində nəşr olunması haqqında qərar qəbul etdi. Telman alman inqilabçılarının möhkəm birləşmiş dəstəsini sinfi düşmənlərə qarşı nifrət ruhunda, ideya prinsipiallığı, proletariatın işinə sədaqət ruhunda tərbiyə edirdi. Telman yazırdı: "İnqilab əsgəri olmaq–işə sarsılmaz sədaqəti qoruyub saxlamaq deməkdir. Bu sədaqəti həyat və ölümlə sınaqdan çıxarırlar. Biz ancaq mətinliklə, qələbəyə inamla öz müqəddəratımızı ələ ala bilər, üzərimizə düşən böyük tarixi vəzifədə öz inqilabi borcumuzu ödəyər və əsil sosializmin tam qələbəsinə nail ola bilərik". Telman inqilab əsgərini tərbiyə etməklə bərabər, eyni zamanda partiyanı yenidən quraraq, onun təşkilati quruluşunu alman kommunistləri qarşısında duran siyasi vəzifələrə uyğunlaşdırırdı. Telmanın rəhbərliyi altında AKP MK partiyanın təşkilati quruluşunun ərazi prinsipini istehsalat prinsipi ilə əvəz etdi. Həm də Telman partiyanın rolunu lazımınca qiymətləndirməyən, kortəbiiliyin əhəmiyyətini şişirdən və fəhlə sinfinin müttəfiqləri məsələsini düzgün qoymayan lüksemburqçuluğun qalıqlarından partiyanı təmizləmək uğrunda əzmlə mübarizə aparırdı. Kommunist partiyası yenidən qurulandan sonra fəhlələrlə daha sıx bağlandı, özünün sinfi əsasını möhkəmləndirdi. Bu yenidənqurma AKP-nin kütləvi proletar partiyasına çevrilməsində böyük rol oynadı. 1951-ci ildə Almaniya Vahid Sosialist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Valter Ulbrixt yazırdı: "Ernst Telmanın tarixi xidməti bundan ibarətdir ki, o, Karl Libknextin və Roza Lüksemburqun rəhbərliyi altında yaradılmış Almaniya Kommunist Partiyasını kütləvi inqilabi partiyaya çevirmişdir…" Telman başda olmaqla AKP rəhbərliyi fəhlə sinfinin müxtəlif dəstələrinin təşkili üçün yeni formalar axtarıb taparaq, irticaçı siniflərnn, sosial-demokrat partiyasının və Almaniya həmkarlar ittifaqlarının Ümumi islahatçı birliyinin tə'siri altında olan zəhmətkeşləri kommunistlərin tərəfinə çəkməyə çalışırdı. Telman özü həmkarlar ittifaqlarının işində fəal iştirak edir və bunu hər bir kommunistdən tələb edirdi. Onun təklifi ilə İnqilabi həmkarlar ittifaqı müxalifəti yenidən quruldu. Müxalifətin fəaliyyətinə kommunist partiyası rəhbərlik edirdi. Yenidənqurma həmkarlar ittifaqı hərəkatı birliyinin möhkəmlənməsinə səbəb oldu ki, bu da xüsusən 1928-ci və 1929-cu illərdə müvəffəqiyyətlə keçirilən bir sıra tə'tillərdə özünü göstərdi. Həmkarlar ittifaqlarında kommunist partiyası tə'sirinin getdikcə artmasına irtica fitnəkarlıqlarla, kommunistlərə qarşı cəza tədbirləri ilə və onları həmkarlar ittifaqlarından qovmaqla cavab verdi. 1931-ci ildə irtica həmkarlar ittifaqlarının islahatçı rəhbərliyinin Telmanı nəqliyyat fəhlələrinin həmkarlar ittifaqından çıxarmasına nail oldu. Bunu bəhanə gətirdilər ki, Telman AKP-nin sədri idi və İnqilabi həmkarlar ittifaqı müxalifətini müdafiə edirdi. Halbuki yalnız iki il əvvəl Hamburq nəqliyyat fəhlələrinin həmkarlar ittifaqı "təşkilata xidmət üçün can-başla, ürəkdən və sədaqətlə işlədiyinə görə" Telmana fərman vermişdi. 20-ci illərdə Almaniya fəhlə sinfinin ən geniş yayılmış kütləvi təşkilatlarından biri olan Qızıl cəbhəçilər ittifaqı vahid fəhlə cəbhəsinin yaradılmasında mühüm rol oynadı. Qızıl cəbhəçilər ittifaqı 1924-cü ildə meydana gəldi. İttifaqın təşkilatçısı və onun qərargahının daimi sədri Ernst Telman idi. "Rot Front" sözləri və milyonlarla proletarın irticaya və faşizmə qarşı, kapitalist istismarıpa və imperialist müharibəsinə qarşı barışmaz mübarizəsini təcəssüm etdirən sıxılmış yumruq proletar döyüşçülərinin bu şanlı mübariz təşkilatının rəmzi idi. Qızıl cəbhəçilər ittifaqı tezliklə fəhlə sinfinin qüdrətli qvardiyasına çevrildi. 1927-ci ildə həmin qvardiyanın sıralarında 100 min nəfər var idi. Bundan başqa, həmçinin sıralarında 100 min nəfər olan Kommunist gənclər ittifaqı, qırmızı qadınlar ittifaqı, İnqilabçılara beynəlxalq yardım təşkilatının alman bölməsi kommunist partiyasının mübariz dayağı və e'tibarlı ehtiyat qüvvəsi idi. Bu təşkilatlar kommunist olmayan, lakin irticanın özbaşınalığına qarşı, sülh və demokratiya uğrunda mübarizəyə can atanların hamısını cəlb edirdi.

  • Mübarizəyə həsr edilmiş ömür. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı–1967, səh.9–13.
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Ernst Thalmann // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Тельман Эрнст // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.