Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Metro
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). == Metronun tarixi == İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır.
Austin Metro
Austin Metro — British Leyland şirkətinin Austin Rover Group bölməsi tərəfindən istehsal edilən avtomobil modeli. 1980-ci ildə Austin miniMetro adı ilə istifadəyə verilmişdir. Mini üçün tamamlayıcı bir nəqliyyat vasitəsi olması məqsədləri üçün hazırlanmışdır. Onun kod adı LC8-dir. 1980–1997-ci illər arasında 2.078.218 ədəd istehsal edilib. İstehsal edildiyi 18 il ərzində avtomobil bir çox fərqli adlar altında satılıb: Austin Metro, MG Metro və Rover Metro. 1995-ci ilin yanvarında o, Rover 100 seriyası adlandırılmışdır. Avtomobilin panel furqon versiyaları da Morris Metro və Metrovan adları altında istehsal edilmişdir.
Metro-2
"Metro-2" (rus. Метро-2) — Moskvada yerləşən ictimai metro ilə paralel yerləşən məxfi yeraltı tuneldir. Belə bir tunelin fəaliyyət göstərməsi indiyədək nə təkzib, nə də təsdiq edilməmişdir. Stalinin dövründə KGB tərəfindən D-6 (rus. Д-6) kodlaşması altında tikilib. Yeraltı ərazidən hazırda Rusiya Müdafiə Nazirliyi istifadə edir. Qeyri-rəsmi məlumatlara görə, "Metro-2" Kremli Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərargahı ilə birləşdirir. == İstinadlar == == Xarici keçidlər == A thorough site on the subject (rus.) Detailed analysis of the system Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine (rus.) GlobalSecurity.org article (ing.) BBC News article (ing.) Detailed map of the famous part of the system (D6 system, OAO "TransInzhStroy" system, and not very famous "SovMin system") by NIO "Azimut" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine A supposed map of the system (rus.) Moscow's "Metro-2": The Ultimate "Secret Subway", The World’s Ultimate Secret Subway Network! Moscow Metro-2!! Detailed Line Descriptions!!!, Moscow's Metro-2: Fact or Fantasy?
Metro 2034
Metro 2034 — rus yazıçısı Dmitri Qluxovski tərəfindən 2009-cu ildə yazılan fantastik roman. "Metro 2034" "Metro 2033" romanının davamıdır və bu romandan sonra da "Metro 2035" romanı gəlməkdədir. Metro romanları bağlı hazırlanan "Metro 2033" video oyununda bu romandakı hekayə də yer alsa da, davam oyunu "Last Light"da çox az oxşarlığa yer verilmişdir. == Hekayə == 2034-cü ildir. Artyom və dostlarının VDNX stansiyasını qaralardan xilas etməsindən 1 il ötür. Bu zaman digər stansiyada — Sevastopolskayada sirli hadisələr baş verir. Mutantların tez-tez hücumlarına məruz qalan stansiya onları silahla təmin edəcək karvanın gəlməməsi ilə çıxılmaz vəziyyətə düşür. Üstəlik digər stansiyalarla olan əlaqəsi sirli şəkildə kəsilmişdir. Son karvana nə olmuş və əlaqə niyə kəsilmişdir suala ortaya çıxır. Bu sirri açmaq üçün 3 nəfərdən ibarət qrup stansiyaya yollanır: Gənc Əhməd, xəyalpərəst Homer və qorxusuz stalker anter.
Metro 2033
Metro 2033 bu mənalara gələ bilər:
Metro (dəqiqləşdirmə)
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi.
Retro
Retro ( lat. Retro «geriyə», «geriyə yönəlmiş») — mədəni və maddi dəyər kəsb edən, gündəlik həyatda az rast gəlinən, köhnə əşyaları və ya halları xarakreiska etmək üçün abstrakt bədii-tarixi termin. == Mənbə == «Стиль ретро» в Интерактивной Энциклопедии современного языка Жаргон.
Metr
Metr ( q.yun. μέτρον — ölçü; işarəsi: m) — BS-də uzunluq vahidi. 1 metr işığın vakuumda 1 299 792 458 {\displaystyle {\frac {1}{299\,792\,458}}} 1 saniyə müddətində qət etdiyi yolun uzunluğudur. 1m = 1000000mkm = 1000mm = 100 sm = 10 dm =39,37in (39,37007874015748dyüm) = 3,28in(3,280839895013123) Metrdən ilk dəfə XVIII əsrdə Fransada istifadə olunmağa başlamışdır.
Metro-Goldwyn-Mayer
Metro-Goldwyn-Mayer (Qısaldılmış forması: MGM, tələffüz edilir: Em-Ci-Em) – ABŞ mediya şirkətidir. Hollivud şəhərindəki bir sıra studiyalara rəhbərlik edir. Təxminən, bu şirkətin çəkdiyi filmlər 205 Oskar mükafatına layiq görülmüşdür. 15 film isə "Ən yaxşı film" mükafatına layiq görülmüşdür. == Tarixi == Metro-Goldwyn-Mayer mediya şirkətinin əsası 1924-cü ildə ABŞ-də Markus Lou tərəfindən qoyulmuşdur. Mediya şirkəti "Metro Pictures", "Goldwyn Pictures" və "Louis B. Mayer Pictures" şirkətlərinin birləşməsindən yaranmışdır. Metro-Goldwyn-Mayer şirkəti Ceyms Bond haqqında filmlər çəkmişdir. Metro-Goldwyn-Mayer mediya şirkətinin rəhbərlik etdiyi "MGM Cartoon Department" şirkəti animasiya filmləri istehsal edir.
Metro 2033 (roman)
Metro 2033 (rus. Метро 2033) — Rusiya yazıçısı Dmitri Qluxovski tərəfindən 2005-ci ildə yazılmış fantastik roman. Roman 2005-ci ildə Rusiyada, 18 mart 2010-cu ildə isə ABŞ-də nəşr olunmuşdur. Roman əsasında videooyun hazırlanmışdır. Dmitri Qluxovski daha sonra romanın davamı olan "Metro 2034" kitabını yazmışdır. == Hekayə == Hadisələr 2033-cü ildə baş verir. Nüvə müharibələrindən sonra dünya radiasiya ilə örtülüb, şəhərlər mutasiyaya uğramış heyvan sürüləri ilə doludur. İnsanlar dünyanın ən böyük metrosu — Moskva metrosunda sağ qalmağa çalışırlar. Romanın baş qəhrəmanı Artyomun stansiyası olan VDNÇ digər mutantların əksinə ağıllı olan, insanların zehinlərini oxuya bilən və onları toxunmadan öldürə bilən qəribə mutantların — Qaradərililərin təhlükəsi altındadır. Artyomun ögey atası Suxoyun keçmiş dostu cəsur Hanter Qaradərililərin sirrini açmaq üçün hər kəsin getməyə qorxduğu VDNÇ stansiyasının şimalındakı tunelləri öyrənməyə gedir.
Metro 2034 (roman)
Metro 2034 — rus yazıçısı Dmitri Qluxovski tərəfindən 2009-cu ildə yazılan fantastik roman. "Metro 2034" "Metro 2033" romanının davamıdır və bu romandan sonra da "Metro 2035" romanı gəlməkdədir. Metro romanları bağlı hazırlanan "Metro 2033" video oyununda bu romandakı hekayə də yer alsa da, davam oyunu "Last Light"da çox az oxşarlığa yer verilmişdir. == Hekayə == 2034-cü ildir. Artyom və dostlarının VDNX stansiyasını qaralardan xilas etməsindən 1 il ötür. Bu zaman digər stansiyada — Sevastopolskayada sirli hadisələr baş verir. Mutantların tez-tez hücumlarına məruz qalan stansiya onları silahla təmin edəcək karvanın gəlməməsi ilə çıxılmaz vəziyyətə düşür. Üstəlik digər stansiyalarla olan əlaqəsi sirli şəkildə kəsilmişdir. Son karvana nə olmuş və əlaqə niyə kəsilmişdir suala ortaya çıxır. Bu sirri açmaq üçün 3 nəfərdən ibarət qrup stansiyaya yollanır: Gənc Əhməd, xəyalpərəst Homer və qorxusuz stalker anter.
Salam, Metro! (1988)
== Məzmun == Film-reportaj Bakı metrosu xidmətinin gecə necə işləməsi barədədir. Kinolendə gənclərin fəhlə peşələrinə meyl göstərməsi probleminə toxunulmuşdur.
Şalvarsız metro gəzintisi
Şalvarsız metro gəzintisi (ing. No Pants Subway Ride) — Hər ilin yanvar ayında dünyanın bir sıra ölkələrində keçirilən fleşmob. == Tarixi == İlk dəfə olaraq 2002-ci ildə ABŞ-da keçirilmişdir. 2015-ci ilin yanvar ayının 11-də bu fleşmob 14-cü dəfə qeyd olunub. Təkcə Nyu-Yorkda keçirilən aksiyada 4 mindən çox insan iştirak edib. Bu aksiyaya London, Berlin, Riqa, Pekin, Madrid, Sidney və digər meqapolis sakinləri də qoşulub. == Qaydaları == Fləşmob üzvləri yeraltı nəqliyyata – metroya şalvar və ətəksiz düşməlidir. Bununla yanaşı, iştirakçılar məsələn, kitab oxumaqla özlərini təbii aparmalıdırlar.
Metro 2033 (videooyun)
Metro 2033 — Rus yazıçısı Dmitri Qluxovskinin Metro 2033 adlı romanından götürülmüş birinci şəxs atıcı tipində həyatda qalma-qorxu videooyunu. Oyun 4A Games tərəfindan Ukraynada təkmilləşdirilib 2010-cu il mart ayında Microsoft Windows və Xbox 360 platformaları üçün satışa çıxarılıb. 2006-cı il mart ayında 4A Games oyun üçün Qlukovski ilə tərəfdaşlıq edildiyi bəyan edildi. Oyun 2009-cu ildə Leipzigdə reallaşan Games Convention adlı videooyun təşkilatında rəsmi tanıtım filmi ilə birlikdə təqdim edildi. Oyunun ardıcılı olaraq Metro: Last Light 17 may 2013-cü ildə satışa çıxarıldı.. "OyunTərcümə" qrupunun təşəbbüsü ilə oyun Azərbaycan dilində tam tərcümə edilib == Süjet == Oyunun əsas qəhrəmanı Artyom adlı obrazdır. Hadisələri çoxsu qiyamət sonrası Moskvadakı metro sistemində cərəyan edir. Lakin bəzi tapşırıqlar obrazı yer üzünə də çıxarır. Birinci şəxs atıcı oyunu olaraq Metro 2033-də oyunçuya döyüşlərdə istifadə etmək üçün kimi həm xəyali həm də həqiqi silah növləri təqdim edilir . Döyüşlərdə ya mutantlara ya da düşmən insanlara qarşı döyüşmək lazımdır.
Kiyev Metro körpüsü
Metro körpüsü (ukr. Міст Метро) — Ukraynanın paytaxtı Kiyevdə Dnepr çayı üzərindən keçən Brovarski prospektinin ilk metro körpüsüdür. Layihəsi, Q. B. Fuks və Y. İnosov tərəfindən hazırlanmış və 1965-ci ildə Kiyev metro sisteminin genişləndirilməsi məqsədilə inşa edilmişdir. Körpü həm metronun Svyatoşinsko-Brovarska xətti, həm də avtomobillərin hərəkəti üçün istifadə olunur. Körpü Dnepr çayının sağ sahilində Kiyev metrosunun Dnepr stansiyasında bitir. 2008-ci ildən körpü "yeni müəyyən edilmiş mədəni irs obyekti", memarlıq və şəhərsalma, elm və texnologiya abidəsi statusuna malikdir (mühafizə nömrəsi 529/2-Kv). == Ümumi məlumat == Körpü, Venetsian adasını, eləcə də sol və sağ sahilləri birləşdirdiyi üçün iki keçiddən ibarətdir. Daha böyük arakəsmə isə yüksək mərkəzi metro zolağından və ayrı-ayrı, aşağı estakadlarda yan avtomobil arakəsmələrindən ibarətdir. Körpünün həm metro, həm də avtomobil yolları fərqli tağlı konturlara malikdir. Bunun səbəbi, metro xəttinin Dnepr stansiyası ilə sağ sahilin sonuna qədər davam etməsidir.
Petro-Canada
Petro-Canada — Şimali Amerikanın ən böyük neft şirkətlərindəndir. Baş qərargahı Kanadanın Kalqari şəhərində (Alberta əyaləti) yerləşir. Petro-Canada 1975-ci ildə Crown Corporation tərəfindən qurulmuşdur. Şirkət həmçinin avtomobil və sənaye yağları istehsalı ilə şöhrət qazanmışdır. Şirkətin Azərbaycanda rəsmi nümayəndəliyi də fəaliyyət göstərir.
Petro Kulikov
Petro Kulikov (ukr. Куліков Петро Мусійович; d. 4 mart 1952, Talı, Ukrayna SSR, SSRİ) — iqtisad elmləri namizədi, professor, Ukraynanın əməkdar təhsil işçisi. Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru (26 sentyabr 2012-ci ildən); Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin birinci müavini (30 may 2011-ci ildən). == Həyatı == 4 mart 1952-ci ildə o vaxt Ukrayna SSR-yə aid olan Talı kəndində anadan olmuşdur. == Təhsili == 1969-1971-ci illərdə Severodonetskdəki 53 nömrəli texniki-peşə məktəbində oxumuşdur. 1974-cü ildə Kiyev Mühəndis-inşaat İnstitutuna qəbul olmuş və 1979-cu ildə bu ali məktəbi bitirmişdir. == Əmək fəaliyyəti == 1971-1972-ci illərdə Severodonetsk Kimya Kombinatında çalışmış, 1972-1974-cü illərdə isə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1997-ci ildən Ukraynanın Təhsil və Elm Nazirliyində işləməyə başlamışdır. 14 yanvar 2009-cu ildən 30 may 2011-ci ilə qədər Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin müavini vəzifəsində işləmişdir.
Petro Paxnyuk
Petro Paxnyuk (26 noyabr 1991, Kiyev) — Azərbaycanı və Ukraynaı təmsil edən idman gimnastı, Avropa Çempionatının qalibi. == Karyerası == Petro Paxnyuk 2013-cü ildə Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarında 2 gümüş medala sahib oldu. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Petro Paxnyuk Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ildə Petro Paxnyuk Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Petro Vladimiroviç Paxnyuk "Tərəqqi" medalı ilə təltif edildi. 2014–2015-ci illərdə bir sıra beynəlxalq turnirlərdə, həmçinin Azərbaycan Çempionatlarında medallara sahib olan Petro Paxnyuk Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ümumi nəticədə Petro Paxnyuk təsnifat mərhələsini 84.215 balla 34-cü pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi. Olimpiadadan sonra, 2017-ci ildə Petro Paxnyuk Azərbaycan yığmasından imtina elədi və yenidən Ukrayna yığmasının heyətində beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı. Həmin ilin avqustunda Petro Paxnyuk Tayvanda baş tutan Universiada Oyunlarını 2 gümüş medalla başa vurdu. Petro Paxnyuk 2019-cu ildə Polşada baş tutan Avropa Çempionatında gümüş və Belarusda baş tutan Avropa Oyunlarında bürünc medallara sahib oldu.
Petro Poroşenko
Petro Oleksiyovıç Poroşenko (ukr. Петро Олексійович Порошенко; 26 sentyabr 1965[…], Bolqrad[d], Odessa vilayəti) — Ukrayna Respublikasının 5-ci Prezidenti (2014–2019). Eyni zamanda biznesmen, milyarderi və siyasətçi.. Forbes jurnalının (2013, fevral) rəyinə görə öz varidatına görə Ukrayna varlıları arasında 5-ci yer tutur (varidatı — $1,8 milyard). Ukrayna xalq deputatı, "Ukrprominvest" konserninin təsisçisi və fəxri prezidenti. 1998–2005-ci və 2006–2007-ci illərdə Ukrayna Ali Radasının xalq deputatı, Ukrayna Respublikası Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (fevral-sentyabr 2005-ci il), Ukrayna Respublikasının Milli Bank Şurası rəhbəri (2007–2012-ci illər), Ukrayna Respublikasının xarici işlər naziri (2009–2010-cu illər), Ukrayna Respublikasının iqtisadi inkişaf və ticarət naziri (mart-noyabr 2012-ci il). Poroşenko məşhur "Roshen" qənnadı və "Bogdan" avtomobil korporasiyalarının da sahibidir. == Həyatı == 26 sentyabr 1965-ci ildə Bolqradda anadan olub. Ruminiya kralliği, Bessarabiya (indiki Odissey əyalətinin İsmayıl rayonu) əsilli atası Aleksey İvanoviç Poroşenko(d.t. 1936) 1959-cu ildən Bolqradda işləməyə başlayıb.
Retro Gamer
"Retro Gamer" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. "Future plc" tərəfindən nəşr olunur. Fərdi kompüterlər, "ZX Spectrum", "NES", "PlayStation" və başqaları kimi oyun konsolları üçün retrogeyminq və klassik oyunlar üzrə ixtisaslaşmışdır. == Tarixi == "Retro Gamer" 2003-cü ilin dekabrından nəşr edilir. Jurnalın əsas mövzusu, əsasən, 1980–1990-cı illərdə buraxılmış köhnə oyunlardır. İlk illərdə jurnalın nömrələrində əlavə materiallardan ibarət CD də verilirdi, lakin sonradan bu, ləğv edilmiş, əvəzinə jurnalın vebsaytı fəaliyyətə başlamışdır. Jurnal öz dizaynında köhnə kompüter qrafikasının stilizasiyasından istifadə edir. "Retro Gamer"in ilk naşiri "Live Publishing" idi, lakin nəşriyyat 2005-ci ilin avqustunda müflis olmuş və jurnalın naşiri "Imagine Publishing" olmuşdur. 2016-cı ildən jurnal "Imagine Publishing" nəşriyyatını öz üzərinə götürmüş "Future plc" tərəfindən nəşr olunur. == Mükafatlar == "Retro Gamer" 2010-cu ildə "İlin ən yaxşı jurnalı" kateqoriyasında "Games Media Awards" mükafatını qazanmışdır.
Petro Kapşuçenko
Petro Kapşuçenko (ukr. Петро́ Капшуче́нко; 27 sentyabr 1915, Dnepr – 17 noyabr 2006, Nyu Cersi), digər adları ilə Peter Kapşuçenko və ya Pedro Enko – Ukrayna–ABŞ avanqard rəssamı və heykəltaraşı. Əsas əsərləri Müqəddəs Endryu Memorial Kilsəsinin (Nyu-Cersi) ərazisində yerləşən Vasil Lipkivskinin (1983) və Müqəddəs Kiyevli Olqanın (1987) tunc abidələridir. == Bioqrafiyası == Kapşuçenko Ukraynanın Dnepropetrovsk İncəsənət İnstitutunda heykəltaraşlıq təhsili almışdır. 1941-ci ildə Ukrayna Reyxkomissarlığı dövründə Almaniyada yerləşən məcburi əmək düşərgəsinə aparılmışdır. Müharibədən sonra 1949-cu ilə qədər Almaniyanın Regensburq şəhərindəki köçürülmüş əsirlər düşərgəsində yaşamışdır, daha sonra Argentinada məskunlaşmışdır. Argentinada Pedro Enko kimi tanınan Kapşuçenko heykəltaraşlıq fəaliyyətinə davam etmiş və Argentina mədəniyyətinə verdiyi töhfələrə görə Buenos-Ayres Humanitar Elmlər Universitetinin fəxri üzvü seçilmişdir. 1963-cü ildə həyat yoldaşı Zoya və qızı Lyudmila ilə birlikdə Filadelfiyaya köçmüşdür. Filadelfiyadakı Ukrayna İncəsənət Studiyasında dərs deməyə başlamışdır. 1990-cı illərdə bir çox heykəli Şimali Amerikada baş tutmuş sərgilərdə nümayiş etdirildikdən sonra məşhurluğu artmışdır.
Qoh Mehro
Kuh lahru - İranın Herzgan əyalətində yerləşən kənddir. == Əhalisi == 1995- ilin statistik məlumatlarına əsasən kəndin əhalisi 121 nəfər (31 ev) təşkil etmişdir.
Kub metr
Kub metr (simvolu: m3) — SI-dən törənən həcm vahididir. Bir kub metr kənar uzunluğu bir metrə bərabər olan kubun həcmidir. Digər adı, az istifadə edilən kilolitrdir. == Çevirmələr == 1 kubmetr bərabərdir: 1000 litr (tam olaraq); ~35,3 kub-funt (təxmini) 1 cu ft kf = 0,028316846592 m3 ~1.31 kubyard (təxmini) 1 cu yd = 0,764554857984 m3 ~6,29 barrel (bbl) (təxmini) 1 oil bbl = 0,158987294928 m3 Maksimum (3,98 °C) və standart atmosfer təzyiqindəki (101,325 kPa) istilikdə bir kub metr saf su, 1000 kq-lıq kütləyə malikdir və ya bir tondur. Suyun donma nöqtəsi olan 0 °C-də daha həsasdır və 999,972 kiloqram olur.
Kvadrat metr
Kvadrat metr (m²) — üzrə sahənin ölçü vahidi. 1 m² bir tərəfi 1 metrə bərabər olan kvadratın sahəsinə bərabərdir.
Metr sistemi
Metr sistemi — metr və kiloqramdan istifadəyə əsaslanan beynəlxalq onluq sisteminin ümumi adı. Axırıncı iki əsrdə vahidləri fərqlənən bir neçə metr sistemindən istifadə edilirdi. Müasir dövrdə beynəlxalq aləmdə Sİ sistemi qəbul edilib. Müəyyən ölklərdə sistem kiçik fərqlərlə tətbiq edilir. Zaman ölçülərinin də metr sistemi əsasında qəbul edilməsi üçün cəhdlər edilib (sutkanın millisutkaya, dərəcənin mllidövrə bülünməsi yolu ilə), ancaq təklif səmərəli hesab edilməyib. Sİ sisteminə gərə dərəcələr millidərəcəyə bölünür. Ancaq saniyə onluq metrik sistem ilə bölünən yeganə zaman ölçüsüdür (mllisaniyə və s.). Müasir dövrdə dünyada ABŞ, Liberiya və Myanmadan başqa bütün ölkələrdə rəsmi surətdə metr sistemi qəbul edilib. Axırıncı dəfə bu sistemə 2005-ci ildə İrlandiya keçib. Böyük Britaniya və Sent-Lyusiyada keçid hələ tam başa çatmayıb.