Petro Kulikov (ukr. Куліков Петро Мусійович; d. 4 mart 1952, Talı, Ukrayna SSR, SSRİ) — iqtisad elmləri namizədi, professor, Ukraynanın əməkdar təhsil işçisi. Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru (26 sentyabr 2012-ci ildən)[1]; Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin birinci müavini (30 may 2011-ci ildən).
Petro Kulikov | |
---|---|
ukr. Куліков Петро Мусійович | |
Doğum tarixi | |
Doğum yeri |
SSRİ Ukrayna SSR, Talı |
Vətəndaşlığı | SSRİ→ Ukrayna |
Uşağı | 2 uşağı var. |
Milliyyəti | ukraynalı |
Təhsili | Ali: Kiyev Mühəndis-inşaat İnstitutu |
Fəaliyyəti | iqtisadçı |
Elmi dərəcəsi |
|
4 mart 1952-ci ildə o vaxt Ukrayna SSR-yə aid olan Talı kəndində anadan olmuşdur.[1]
1969-1971-ci illərdə Severodonetskdəki 53 nömrəli texniki-peşə məktəbində oxumuşdur.[1] 1974-cü ildə Kiyev Mühəndis-inşaat İnstitutuna qəbul olmuş və 1979-cu ildə bu ali məktəbi bitirmişdir.[1]
1971-1972-ci illərdə Severodonetsk Kimya Kombinatında çalışmış,[1] 1972-1974-cü illərdə isə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.[1]
1997-ci ildən Ukraynanın Təhsil və Elm Nazirliyində işləməyə başlamışdır.
14 yanvar 2009-cu ildən 30 may 2011-ci ilə qədər Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin müavini vəzifəsində işləmişdir. 30 may 2011-ci ildən isə həmin nazirlikdə birinci müavin vəzifəsində çalışır.
Ailəlidir.[1] İki övladı var.[1]
24 aprel 2009-cu ildən Odessa Milli Hüquq Akademiyasının fəxri doktorudur. Ukraynanın əməkdar təhsil işçisi və Elm və texnologiya sahəsində Dövlət mükafatı laureatıdır.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |