Bu məqaləni vikiləşdirmək lazımdır. |
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür.
Metropoliten | |
---|---|
fr. métro | |
| |
İcadı | London, 1890, Birləşmiş Krallıq |
İstismarı | 1863–h.h. |
Sürəti | 120 km/saat |
Tətbiqi | Sərnişindaşınma |
İnfrastrukturu | Elektrik şəbəkəsi, rels yolu, tunel |
İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib.[1]
XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı.[2]
Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu.
25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı. Birinci sahədən sonra 2,3 km-lik ikinci sahə işə salındı. Sonra isə 6,4 km-lik üçüncü sahə istismara verildi ki, bu da iri "8-ci kilometr" yaşayış sahəsini və sənaye zonasını şəhərin mərkəzinə birləşdirdi. 9,1 km-lik ikinci növbə isə Bakı yaylasının şimal-qərb hissəsindən keçdi və həmin sahə beş stansiyanın inşası ilə birlikdə 1985-ci ildə başa çatdırıldı, buradakı stansiyalardan ikisi böyük dərinlikdə yerləşir. 28 May stansiyasına keçid kimi tikilmiş Cəfər Cabbarlı stansiyası 1993-cü ildə istismara verilmişdir.
Hazırda Bakı metropoliteni ümumi uzunluğu 34,6 km olan 3 xətdən, 26 işləyən və iki tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 23 vestibülü var. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur.
10 avqust 1903-ü ildə Paris metrosunda 84 nəfərin həyatına son qoyan yanğın baş verdi. Bu faciə həm də tarixə ilk metro qəzası kimi düşdü.[3]
Yanğın metronun istismara verilməsindən üç il sonra, yeni xəttin istismara verilməsi ərəfəsində baş verdi.
Arxadan gələn qatara mane olmamaq üçün maşinist vaqonu boş halda növbəti stansiyaya çəkir. Qısaqapanmadan əmələ gələn yanğın söndürülür. Arxadan gələn qatarın maşinisti yanğın xəbərdarlığı aldığı üçün sərnişinlərdən (təqribən 300 nəfər) vaqonu tərk etməyi tələb edir. Bu zaman sərnişinlərdən biri metro işçisi ilə mübahisə edərək gediş haqqının geri qaytarılmasını tələb edir. Digər sərnişinlər də ona qoşulur və bu zaman tuneldəki yanğından əmələ gələn tüstü qəflətən stansiyaya dolur. İnsanlar çaşqın halda çıxışa tərəf qaçmağa başlayır, lakin bədbəxtlikdən həmin istiqamətdə çıxış bağlı idi… Xilasedicilər stansiyadan 84 cəsəd çıxarırlar.
Bu qəzadan sonra metro vaqonlarının hazırlanması zamanı taxtadan istifadə minimuma endirildi.
28 oktyabr 1995-ci ildə isə Bakıda "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət almışdır. Bu qəza "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşmüşdür. Beləliklə ilk dəfə 1967-ci ildə "Ginnesin Rekordlar Kitabı"na Şərqdə ilk metro kimi düşən Bakı metropoliteni, bu dəfə faciənin böyüklüyünə görə tarixə düşdü. Birinci göstərici dəyişməyən rekordlar siyahısına daxildir. Üçüncü rekord da müstəqillik dövrünə təsadüf edir. Bakı Metrosu bu dəfə dünyada ən ucuz dəmiryol nəqliyyatı şəbəkəsi kimi böyük bir "uğura" imza atıb və təqribən 15 ilə yaxın müddətdə "Keçici bayrağı" heç kimə verməyib.
Dünyada ən ciddi təhlükəsizlik sistemi olan metrolar – SİYAHI
Nəqliyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |