Metr sistemi

Parisdə saxlanılan 1 kq etalonu.

Metr sistemi — metrkiloqramdan istifadəyə əsaslanan beynəlxalq onluq sisteminin ümumi adı. Axırıncı iki əsrdə vahidləri fərqlənən bir neçə metr sistemindən istifadə edilirdi. Müasir dövrdə beynəlxalq aləmdə sistemi qəbul edilib. Müəyyən ölklərdə sistem kiçik fərqlərlə tətbiq edilir.

Zaman ölçülərinin də metr sistemi əsasında qəbul edilməsi üçün cəhdlər edilib (sutkanın millisutkaya, dərəcənin mllidövrə bülünməsi yolu ilə), ancaq təklif səmərəli hesab edilməyib. Sİ sisteminə gərə dərəcələr millidərəcəyə bölünür. Ancaq saniyə onluq metrik sistem ilə bölünən yeganə zaman ölçüsüdür (mllisaniyə və s.).

Müasir dövrdə dünyada ABŞ, LiberiyaMyanmadan başqa bütün ölkələrdə rəsmi surətdə metr sistemi qəbul edilib. Axırıncı dəfə bu sistemə 2005-ci ildə İrlandiya keçib. Böyük BritaniyaSent-Lyusiyada keçid hələ tam başa çatmayıb. AntiquadaQayanada keçid hələ standartdan çox uzaqdır. Çində metr sistemi qəbul edilsə də, adlar kimi Çinin qədim olçü vahidləri adları istifadə edilir. ABŞ-də elm və elmi cihazların hazırlanmasında metr sitemindən istifadə edilsə də, qalan hallarda qədim Britaniya ölçü sistemi tətbiq edilir.