Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Najak
Najak (fr. və oks. Najac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12167. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 752 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Najak (kanton)
Najak (fr. Najac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Vilfranş-de-Ruerq dairəsinə daxildir. Kantonun INSEE kodu — 1220. Najak kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası Najak kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 4 083 nəfər təşkil edirdi.
Sent-Andre-de-Najak
Sent-Andre-de-Najak (fr. Saint-André-de-Najac, oks. Sent Andrieu de Najac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12210. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 418 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 226 nəfər arasında (15-64 yaş arasında) 154 nəfər iqtisadi cəhətdən fəal, 72 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,1%, 1999-cu ildə 61.3%).
NASDAQ
NASDAQ (National Association of Securities Dealers Automated Quotations) — rəsmi bir redaksiyası olmayan dəzgah üstü birjalarda (OTC) əməliyyat görən qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır. 8 fevral 1971-ci ildə NASDAQ fond birjasının əsası qoyulmuşdur. Dünyanın texnoloji birjası olaraq qəbul edilir. == NASDAQ indeksləri == NASDAQ birjasında təkcə yüksək texnologiyalı şirkətlərin səhmləri siyahıya alınmır və buna görə də hər biri iqtisadiyyatın müvafiq sektorundakı vəziyyəti əks etdirən indekslərin bütöv bir sistem yaranıb. Hazırda NASDAQ birjasının elektron sistemində ticarət edilən qiymətli kağızların cari qiymətləri (kotirovkalara) əsasında on üç indeks mövcuddur. === Nasdaq Kompozit (ümumi fond indeksi) === Nasdaq Kompozit indeksi NASDAQ birjasında bütün siyahıya alınmış şirkətlərin səhmləri daxildir (ümumi sayı 5000-dən çox). Bazar dəyərin hesablama üsulu: şirkətin səhmlərinin ümumi sayı bir səhmin cari bazar dəyərinə vurulur. === Nasdaq-100 (fond indeksi) === Nasdaq-100 fond indeksi kapitallaşma üzrə və səhmləri NASDAQ birjasında satılan 100 ən böyük şirkəti əhatə edir. İndeksə maliyyə sektorundakı şirkətlər daxil deyil. 2021-ci ilə olan məlumata görə, Nasdaq-100 fond indeksin ümumi siyahısının 57%-i texnologiya şirkətləridir.
Naadam
Naadam (monq. Наадам) — Monqolustanda ənənəvi festival. Bu festival yerli səviyyədə "Kişilərin üç oyunu" adlanır. Oyun əsasən Monqol güləşi, at yarışları və komanda oxatmaları üzrə yay aylarında keçirilir. 2010-cu ildə Naadam festivalı UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdi. == Festival haqqında == Ən böyük festival (Milli Naadam) 11-13 iyul arası Monqolustanın paytaxtı Ulan-Batordakı Milli İdman Stadionunda keçirilir. Festival rəqqasələrin, idmançıların, atçıların və musiqiçilərin ətraf tanışlığı ilə başlayır. Açılış mərasimi bitdikdən sonra yarışlar başlayır. Yarışlar əsasən at yarışlarıdır. Naadam monqolların ən qədim tamaşa festivalı olmaqla əsrlər boyu yaşadığı hesab edilir.
Vardak
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər, inzibati mərkəzi Meydanşəhr şəhəridir. == Əhalisi == Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.) təşkil edir. Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb. Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir. Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar. Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar. Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan köçürülmüşlər. Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar.
Baydak
Bəydağ, Bəydaş və ya Xordzor (erm. Խորձոր) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 5 km şərqdə, Oxçu çayının sol sahilində yerləşirdi. Toponim Azərbaycan dilində «hündür, böyük» mənasında işlənən bəy (<bək) sözü ilə dağ sözünün birləşməsindən əmələ gəlib, «hündür, böyük dağ yaxınlığında kənd» mənasını ifadə edir. Onu da əlavə edək ki, bəy sözü qədim türk dilində bək formasında «təpə» mənasında işlənmişdir. Bəy sözü toponimlərin əvvəlində işlənərkən «hündür, böyük», «təpə», sonunda işlənərkən «ağa», «varlı adam» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 13 nəfər, 1873 - cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 nəfər, 1904-cü ildə 193 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
Nadar
Nadar (fr. Nadar, əsl adı Qaspar Feliks Turnaşon, fr. Gaspard-Félix Tournachon; 6 aprel 1820 – 21 mart 1910) — məşhur fransız fotoqrafı, karikaturaçısı və hava səyyahı.
Najar
Najar (rus. Начарово, başq. Нажар) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 268 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 26 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 93 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (99%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Raif Kadim oğlu Əmirov (rus. Амиров Раиф Кадимович, başq. Әмиров Рәиф Ҡәҙим улы, d.
Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Ajdaak vulkanı
Ajdaak (Qızıl Dağ) (erm. Աժդահակ) — Ermənistan ərazisində sönmüş vulkan. Geqam silsiləsinin ən yüksək nöqtəsi. Dəniz səviyyəsindən 3597,3 metr yüksəklikdədir. Ermənistanın ərazisində və sərhədlərində yerləşən Alagöz, Qapıcıq və Ağdaban dağlarından sonra dördüncü ən yüksək dağ. Dağın başında, kraterdə adsız göl yerləşir. Vulkanın yuxarı hissəsindən Ararat, Hatis, Ara dağlarına, Sevan gölünə, həmçinin Qeqam silsiləsini və Kotyak Geqama silsiləsi yamaclarını və Kotayk bölgəsini görmək olar. vadisini görmək olar. Qeqam silsiləsində, vulkanın yaxınlığında Akna gölü (erm. Ակնալիճ) var.
Donrovın Namdaq
Donrovın Namdaq (monq. Донровын Намдаг, rus. Донровын Намдаг; 16 dekabr 1911 -11 mart 1984) - Monqolustanlı dramaturq, rejissor, yazıçı və şair. Müasir Monqolustan dramının banilərindən biri. Monqolustanın əməkdar artisti. == Həyatı == O, 1911-ci il 16 dekabrda Monqolustanın Sayn-Noyon-Xanski aymagında anadan olmuşdur. Uşaq yaşlarından yazmağı öyrənən Donrovın, 1920-ci ildə orta məktəbə daxil oldu. 1925-ci ildə isə Ulan-Batora köçür. 1926-1927-ci illərdə Almaniyada alman dilində təhsil aldı. 1927-1929-cu illərdə Badarçem, Batsux, Qombo, Xaalay, Namxayserenom, Nasardorjem, Sədəd, Sərəxand, Paqmadulam və Şevenom ilə birlikdə Almaniyada Vixersdofda oxudu.
Kaydak körfəzi
Kaydak — Xəzər dənizinin Qazaxıstan sahillərində dayaz və ensiz körfəz. Myortvıy Kultuk körfəzinin davamını təşkil edir. Şərqdən Bozaşı yarımadası ilə əhatələnir. Yerindən asılı olaraq 4-5 metr təşkil edir. == Tarixi == XX əsrin 30-cu illərində Xəzərin səviyəsinin enməsi ilə körfəzin suyu qurumuş və ərzisi şoranlığa çevrilir. 80—90-cı illərdə isə suyun səviyyəsinin qalxması ilə şoranlıq yenidən körfəzə çevrilmişdir.
Nardar Bayramov
Nardar Bayramov (azərb. Nardar Məmməd oğlu Bayramov‎; d. 21 aprel 1977, Saatlı) — Azərbaycanın əməkdar jurnalisti. == Həyatı == Bayramov Nardar Məmməd oğlu 21 aprel 1977-ci ildə Saatlı rayonu Əliabad kəndində dünyaya gəlib. === Təhsili === Orta məktəbi 1983-1994-cu illərdə Saatlı rayonu A.Bayramov adına Məmmədabad kənd orta məktəbində oxuyub. Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya ixtisası üzrə bitirib. == Fəaliyyəti == Tələbə vaxtarından mətbuatda yazıları dərc olunub. İlk məqaləsi “Mədəniyyət” qəzetində çap olunub. 1998-ci ildən “Yeni Azərbaycan” qəzetində işləyir. == Təltifləri == Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunub(22.04.2013).
Qandak çayı
Qandak çayı (Нараяни; nep. कालीगण्डकी नदी, hind. कालीगण्डकी)- Nepal və Hindistan arasında çay. Nepalın ən iri dörd çayından biri. == Coğrafiyası == Yuxarı axarlarında çay Kali-Qandak adını daşıyır. Himalay dağlarından başlanğıc götürür. Belə ki, Kali-Qandak Muztanq-Kxola və Kyuqoma-Kxola ilə də birləşir. Çayın hövzəsi Nepalın mərkəzi hissəsini əhatə edir. Çayın mənbəyində Mustanq krallığı yerləşir ki, oda Tibetə daxildir. Çay Qanq çayına Patnı rayonu yaxınlığında tökülür.
Zandak dağı
Zandak - Baş Qafqaz silsiləsi ərazisində, Azərbaycannın Oğuz rayonunda yerləşir. Hündürlüyü 2930 metr təşkil edir. Dağ Gəldəkçay və Daşagilçay çaylarınn arasında yerləşir. Cənubunda Baş Daşağıl kəndi (Azərbaycan) və şimalında Qdım kəndləri (Dağıstan) yerləşir. Olduqca sərt yamaca malikdir.
Adak
Guru Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Medicago ladak
Nadav Qedj
Nadav Qedj (ivr. ‏נדב גדג'‏‎; 2 noyabr 1998, Paris) — İsrail müğənnisi. O, İsraili 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Nadav Qedj 2 noyabr 1998-ci ildə Fransanın paytaxtı Paris şəhərində yəhudi ailəsində anadan olmuşdur. O İsrailin Netanya şəhərində yaşayır. 2016-cı ildə İsraildə hərbi xidmətə yollanmışdır. == Musiqi karyerası == === 2015–2016: Avroviziya Mahnı Müsabiqəsi === 2015-ci ildə Nadav Qedj İsrailin IBA telekanalının Avroviziya üçün təşkil etdiyi HaKokhav HaBa 2017 adlı milli seçim turunda iştirak etmişdir. Uzun sürən seçim turlarında Nadav Rihanna, Stivi Uander, Beyonce, Castin Timberleyk və Bruno Marsdan mahnılar ifa etmişdir. Nəticədə yarışmada qalib gələrək, ifaçı İsraili Avstriyanın paytaxtı Vyanada keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır. Nadavın Avroviziya səhnəsində ifa edəcəyi mahnı olan "Golden Boy" ilk dəfə 12 mart tarixində dinləyicilərə təqdim olunmuşdur.
Nanak Dev
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Nanda (aktrisa)
Nanda (ing: Nanda, 8 yanvar 1939, Kolhapur, Britaniya Hindistanı – 25 mart 2014, Mumbay) – hindistanlı aktrisadır. Az qala 40 illik karyerası ərzində hindi və marathi dillərində 70-ə yaxın filmə çəkilib. Ən yaxşı ikinci plan aktrisası nominasiyasında “Filmfare” mükafatı laureatı olub. Nanda 8 yanvar 1939-cu ildə Kolhapur şəhərində marathi dilində danışan ailədə anadan olub. Atası tanınmış aktyor və rejissor Vinayak Damodar Karnataki (Master Vinayak) anası aktrisa Minaşki olub. Nanda səkkiz yaşında olanda atasını itirib. Ailənin dolanması üçün uşaq yaşlarından kinoya çəkilib. Karyerasının əvvəlində Bebi Nanda adı altında “Mandir” (1948) və “Jagriti” (1954) filmlərində rol alıb. İlk böyük rolunu 1956-cı ildə əmisinin “Toofan Aur Deeya” adlı filmində oynayıb. Daha çox “Toz içində çiçək” (1959) və “Qara bazar” filmlərində oynadığı ikinci plan rolları ilə yaddaşlarda qalıb.
Paul Nadar
Paul Nadar (fr. Paul Tournachon) - fransız fotoqraf. Dönəminin tanınmış fotoqraflarından olmuş Paul Nadar təkcə Avropa şəhərlərində yox eyni zamanda Bakı, Buxara və Səmərqənd kimi şərq şəhərində gündəlik həyatı əks etdirən fotolar çəkmişdir.
Rafael Nadal
Rafael Nadal Parera (isp. Rafael Nadal Parera) (3 iyun 1986, Manakor, Mallorka, İspaniya) — ispan tennisçi, hal-hazırda dünyanın 2 nömrəli tennisçisidir. Tutqun bir Real Madrid tərəfdarıdır. == Karyerası == Dörd yaşında hələ də məşqçiliyini edən əmisi Toninin səyləriylə tennisə başladı. Əslində solaxay olmayıb. Əmisi tərəfindən sonra solaxay edilmiş, iki əlini də istifadə edə bilmə qabiliyyətinə malikdir. Rafael Nadal, peşəkar tennis dünyasında ilk dəfə 17 yaşında oynadığı 2003 Monte Karlo Master Series turniriylə diqqət çəkdi. Karol Kusera və Albert Kostanı məğlub etdikdən sonra Guillermo Koriaya məğlub oldu. ATP səviyyəsində oynadığı üçüncü turnirdə Karlos Moyanı məğlub edib hər kəsi çaşdırdı. Oynadığı ilk Böyük Dəbilqə serialı tennis turniri olan 2003-ci il Uimbldonda 3-cü tura yüksəldi.
Skruc MakDak (personaj)
Skruc MakDak (ing. Scrooge McDuck) — Dekabr ayında 1947-ci ildə Karl Barks tərəfindən yaradılan cizgi filmi personajıdır. Cizgi filminə görə bu ördək Qlazqo əsilli insana bənzər ördək milyonçudur. Skruc MakDak personajı "Ördək nağılları" cizgi seriyasının baş qəhrəmanıdır. == Tarix == Dekabr ayında 1947-ci ildə Karl Barks tərəfindən ABŞ-də yaradılmışdır. Skruc MakDak adını görkəmli ingilis yazıçısı Çarlz Dikkensin 1843-cü ildə yazdığı "Bir Yeni il mahnısı" əsərindəki baş qəhrəman pinti olan Ebenezer Skrucdan alır. Bu personaj ilk dəfə 1947-ci ildə Dell Comics kompaniyası tərəfindən "Four Color Comics" komiksinin 178-ci nömrəsi olan "Christmas on Bear Mountain " nömrəsində dərc edilmişdir. Personajın soyadı aksentindən bilinir ki, Şotlandiyalıdır. Onun Şotlandiyanın şəhəri Qlazqodan olaraq ABŞ-də emiqrasiya etməsi haqqında ilk məlumatı 1996-cı ildə Don Ros tərəfindən "Skruc MakDakın həyatı və taixi" komiks kitabında dərc etmişdir.