Ajdaak (Qızıl Dağ)[2] (erm. Աժդահակ) — Ermənistan ərazisində sönmüş vulkan. Geqam silsiləsinin ən yüksək nöqtəsi. Dəniz səviyyəsindən 3597,3 metr yüksəklikdədir. Ermənistanın ərazisində və sərhədlərində yerləşən Alagöz, Qapıcıq və Ağdaban dağlarından sonra dördüncü ən yüksək dağ.
Ajdaak | |
---|---|
erm. Աժդահակ | |
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Gegam silsiləsi[1] |
Əmələgəlmə dövrü | e.ə 1900-cu il |
Mütləq hündürlüyü | 3597 m |
Yerləşməsi | |
40°13′32″ şm. e. 44°56′50″ ş. u. | |
Ölkə | Ermənistan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dağın başında, kraterdə adsız göl yerləşir. Vulkanın yuxarı hissəsindən Ararat, Hatis, Ara dağlarına, Sevan gölünə, həmçinin Qeqam silsiləsini və Kotyak Geqama silsiləsi yamaclarını və Kotayk bölgəsini görmək olar. vadisini görmək olar. Qeqam silsiləsində, vulkanın yaxınlığında Akna gölü (erm. Ակնալիճ) var. Erməni dilindən tərcümədə "göz" deməkdir.
Qeqam silsiləsinin cənub-şərq yamacları məşhur Xosrov Dövlət Təbiət qoruğu ilə kəsişir.
Ajdaak vulkanının konusu mürəkkəb olub diametri 1600 metr, hündürlüyü isə 370 metrdir.[3] Vulkan ərazisinin sahəsi lava örtükləri ilə birlikdə 8 km²-dir. Konus püskürmə məhsulları ilə örtülüdür. Ərazidə daha çox kül, lapil, qum və vulkan bombalar geniş yayılıb.
Geqma silsiləsinin faunası 250-yə yaxın quş növünü əhatə edir ki, bu da Ermənistanın bütün ornitofaunasının 70%-ni təşkil edir. Qayalı yamaclar yırtıcı quşlar üçün əvəzolunmaz yaşayış yeridir. Qarla örtülmüş yamaclarda qonur ayının izlərinə təsadüf olunur.
Ajdaak vulkanının yaxınlığında çoxlu petroqliflər aşkar edilmişdir. Qayalarda insanlar ov və yarış səhnələri, eləcə də astronomik cisimlər və hadisələrdə təsvir olunub: Günəş, Ay, ulduz bürcləri, alov topları, kometlər və ildırım.
Fars dilindən tərcümədə "Ajdaak" "nəhəng", "qüdrətli", "böyük" deməkdir.
Geqam dağlarında yezidlər maldarlıqla məşğul olurlar. Onlar Ermənistanında yaşaya milli azlıqdır. Yay aylarında ailələr dağ ətəklərində çadırlarda yaşayırlar.
AJdaak turistlər üçün maraqlı məkandır. Ancaq turist marşrutu yetərincə çətindir. Bu relyefin təcrid olunması, oriyentasiyada çətinliklər, hava şəraitinin ağırlaşdıran amillər, məsələn: ildırım və şimşək çaxması, dolu və qar və s. olması ilə bağlıdır.