Rafael Nadal Parera (isp. Rafael Nadal Parera) (3 iyun 1986, Manakor, Mallorka, İspaniya) — ispan tennisçi, hal-hazırda dünyanın 2 nömrəli tennisçisidir. Tutqun bir Real Madrid tərəfdarıdır.
Rafael Nadal | |
---|---|
kat. Rafael Nadal i Parera[1] | |
Vətəndaşlığı | İspan |
Yaşadığı yer | Mallorka, İspaniya |
Doğum tarixi | |
Doğum yeri | Mallorka, İspaniya |
Boyu | 1.85 m |
Çəkisi | 85 kq |
Karyeranın başlanğıcı | 2001 |
Karyeranın sonu | 2024, 20 noyabr 2024 |
İşlək əli | Sol |
Sağdan zərbə | iki əl ilə |
Soldan zərbə | tək əl ilə |
Məşqçisi | Toni Nadal |
Mükafat pulları | 50,025,798 $ |
Fərdi nəticələri | |
Fərdi titulları | 50 |
Ən yüksək fərdi mövqeyi | N. 1 (18 avqust 2008) |
Hal-hazırkı mövqeyi | N. 3 (9 iyul 2012) |
Avstraliya üzrə nəticə | çempion (2009) |
Fransa üzrə nəticə | çempion (2005, 2006, 2007, 2008, 2010, 2011, 2012) |
Uimbldon üzrə nəticə | çempion (2008, 2010) |
ABŞ üzrə nəticə | çempion (2010) |
Cütlərdə nəticələri | 97–59 |
Cütlərdə titulları | 8 |
Cütlərdə ən yüksək mövqeyi | N. 26 (8 avqust 2005) |
Sayt | rafaelnadal.com |
Sonuncu dəfə yenilənib | 9 iyul 2012 |
Vikianbarda əlaqəli mediafayllar |
Dörd yaşında hələ də məşqçiliyini edən əmisi Toninin səyləriylə tennisə başladı. Əslində solaxay olmayıb. Əmisi tərəfindən sonra solaxay edilmiş, iki əlini də istifadə edə bilmə qabiliyyətinə malikdir. Rafael Nadal, peşəkar tennis dünyasında ilk dəfə 17 yaşında oynadığı 2003 Monte Karlo Master Series turniriylə diqqət çəkdi. Karol Kusera və Albert Kostanı məğlub etdikdən sonra Guillermo Koriaya məğlub oldu. ATP səviyyəsində oynadığı üçüncü turnirdə Karlos Moyanı məğlub edib hər kəsi çaşdırdı. Oynadığı ilk Böyük Dəbilqə serialı tennis turniri olan 2003-ci il Uimbldonda 3-cü tura yüksəldi.
2004-cü ildən etibarən reytinqdə sürətlə yüksəldi. 2004-cü ildə Sopot turnirini qazanan Nadal, bir il sonra aralarında Roland Garros və dörd Master Ardıcıllığı (Roma, Monte Carlo, Madrid, Montreal) turnirinin də olduğu cəmi 11 çempionluq əldə etdi.
Nadal 2005-ci ili Roger Federerin ardından ikinci sırada bitirdi.
Nadal, 2006-cı ildə Dubay Açıq finalında Federeri məğlub edərək onun sərt zəmindəki 56 matçlıq qalibiyyət ardıcıllığını sona çatdırdı. İkinci Böyük Dəbilqə serialı tennis turnirini yenə Fransa Açıqda (Roland Garros) qazandı. Dünyanın bir nömrəsi Roger Federerə qarşı üst üstə beşinci qalibiyyətini alarkən, torpaq kortdakı məğlubiyyətsizlik ardıcıllığını 60 matça çıxardı. Bu sahədə köhnə rekord, 53 qalibiyyətlə 1977-ci ildə Argentinalı Quillermo Vilas tərəfindən əldə edilmişdi. Nadalın torpaq kortdakı 81 matçlıq məğlubiyyətsizlik ardıcıllığı, 2007-ci ildə Hamburq finalında Roger Federer tərəfindən sonlandırıldı.
Torpağın kralı ("The king of clay") olaraq bilinən Rafael Nadal 2008-ci ildə Monte Karlo, Barselona, Hamburq turnirlərini qazandıqdan sonra Fransa Açıqda (Roland Garros) Roger Federeri tarixi bir matçda (6-1,6-3,6-0) məğlub edərək üst üstə 4-cü çempionluğunu, Bjorn Borqun bu turnirdə üst-üstə çempion olma rekorduna ortaq oldu. Nadal eyni zamanda, bu çempionluqla birlikdə Roland Garrosda məğlubiyyətsizlik ardıcıllığını 28 matça çıxardı. Nadalın bu turnirdəki müvəffəqiyyəti onu digər üzvləri Roger Federer, Bjorn Borq və Pit Sampras olan "hər hansı bir Grand Slam turnirində üst-üstə ən az 4 çempionluq yaşayan tennisçilər" siyahısına daxil etdi.
Nadal, 2008-ci ildə eyni zamanda Uimbledon tennis turnirini də qazanaraq Fransa açıq tennis turniri xaricindəki ilk Böyük Dəbilqə turniri çempionluğunu əldə etdi. Bu turnirin finalında, Roger Federer ilə, yağışın 2 dəfə dayandırdığı və cəmi oyun müddəti 4 saat 48 dəqiqə olaraq yazılan unudulmaz bir matça imza atan Nadal, rəqibini 5 set sonunda (6-4, 6-4, 6-7, 6-7, 9-7) məğlub etməyi bacardı. Nadal 2008-ci ildə ard-arda qatıldığı Hamburg (gil kort), Roland Garros (gil kort), Queens (ot kort), Uimbledon (ot kort), Toronto Master (sərt kort) turnirlərini qazanaraq üç müxtəlif örtülü kortlarda qalibiyyət ardıcıllığı etdi.
Nadal, 2009-cu ilin ilk Böyük Dəbilqə serialı tennis turniri olan Avstraliya Açıq yarım finalında 5 saat 14 dəqiqə ilə turnirin ən uzun matçı rekordunu qırdıqları matçda İspan Fernando Verdaskonu 6-7, 6-4, 7-6, 6-7, 6-4 ilə məğlub etməklə karyerasındə ilk dəfə bu turnirin finalına çıxmağı bacardı. Finalda Roger Federeri 7-5, 3-6, 7-6, 3-6, 6-2 məğlub edərək ilk Avstraliya Açıq çempionluğunu qazandı. Nadal, 2008 Roland Garros, 2008 Uimbledon, 2009 Avstraliya Açıq çempionluqları ilə bir il içində torpaq, ot və sərt zəmində Böyük Dəbilqə qazanan ilk kişi tennisçi olmağı bacardı.
2010-ci ildə torpaq zəmin mövsümündə 3 ATP Masters ardıcıllığını və Roland Garrosu qazanaraq bunu bacaran ilk tennisçi olmuşdur. Nadal, son olaraq 2010 Uimbledon finalında Tomas Berdiçi (6-3), (7-5), (6-4) ilə 3-0 keçib çempion olmuşdur. Ən son qatıldığı US Open 2010 turnirində finalda Serb rəqibi Novak Cokoviç (6-4),(5-7),(6-4),(6-2)lik setlər nəticəsində 3-1 məğlub edərək karyera Böyük Dəbilqə də reallaşdırmışdır. Ayrıca Nadal bu turnirdə oynadığı 6 matçın hamısını set vermədən qazanmış yalnız final qarşılaşmasında Cokoviçə qarşı tək set itirmişdir. Ayrıca Open Era tarixində karyera Böyük Dəbilqəsini tamamlayan ən gənc tennisçi olmuşdur. Eyni zamanda, 1969-cu ildə bütün Böyük Dəbilqələri qazanan Rod Laverdən sonra bir mövsüm içində ard arda 3 Böyük Dəbilqə qazanan ilk tennisçi olaraq idman tarixinə keçmişdir. Rafael Nadal, US Openi qazanan üçüncü ispan oldu (1965-Manual Santana və 1975-Manuel Orantes). Nadal ayrıca Mats Vilanderin ardından üç fərqli zəmində ən az 2 dəfə Böyük Dəbilqə qazanan ikinci oyunçu oldu.
2024-cü ilin əvvəlində Rafael Nadal kortdan bir neçə ay uzaqlaşdıqdan sonra çoxdan gözlənilən məşqlərə qayıtdı. O, pərəstişkarlarını və medianı arxayınlıqla əmin etdi ki, o, ciddi omba zədəsindən və onu uzun müddət kənarlaşdıran sonrakı əməliyyatdan demək olar ki, tam sağalıb. Onun qayıdışı Brisbane turnirində iştirakla əlamətdar oldu, burada o, həm Dominic Thiem, həm də Jason Kubleri məğlub edərək keçmiş parlaqlığını nümayiş etdirdi. Bununla belə, Jordan Thompsona qarşı çətin 1/4 final matçında o, qalibiyyəti təmin edə bilmədi, bu da onun davam edən omba problemləri ilə bağlı narahatlıq doğurdu. Bundan sonra Nadal yenidən ağrılar yaşadığını bildirdi və təəssüf ki, prestijli Avstraliya Açıq çempionatından imtina etməli oldu[2].
Tək Kişilər
İkili