Nardar Bayramov

Nardar Bayramov (azərb. Nardar Məmməd oğlu Bayramov‎; d. 21 aprel 1977, Saatlı) — Azərbaycanın əməkdar jurnalisti.[1]

Nardar Bayramov
Nardar Məmməd oğlu Bayramov
Doğum tarixi (46 yaş)
Doğum yeri Əliabad, Saatlı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan İctimai-Siyasi Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı

Həyatı[redaktə | mənbəni redaktə et]

Bayramov Nardar Məmməd oğlu 21 aprel 1977-ci ildə Saatlı rayonu Əliabad kəndində dünyaya gəlib.

Təhsili[redaktə | mənbəni redaktə et]

Orta məktəbi 1983-1994-cu illərdə Saatlı rayonu A.Bayramov adına Məmmədabad kənd orta məktəbində oxuyub. Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya ixtisası üzrə bitirib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Tələbə vaxtarından mətbuatda yazıları dərc olunub. İlk məqaləsi “Mədəniyyət” qəzetində çap olunub. 1998-ci ildən “Yeni Azərbaycan” qəzetində işləyir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

  • Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunub(22.04.2013).[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 ""Yeni Azərbaycan" qəzetinin əməkdaşlarına "Əməkdar Jurnalist" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (Azərbaycan dili). azertag.az. 19 noyabr 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]