Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nakano
Nakano — Tokionun xüsusi rayonlarından biri.
Naqano
Naqano (yap. 長野市 Nagano-shi) — Yaponiyada şəhər.
Narino
Narino (isp. Nariño) — Kolumbiyanın departamentlərindən biri, ölkənin qərbində yerləşir. Sakit okenanın giriş-çıxış imkanlarına sahibdir. İnzibati mərkəzi Pasto şəhəridir. == İnzibati bölgüsü == Narino departamenti 5 region və 64 bələdiyyəyə bölünür.
Fuka Naqano
Fuka Naqano (d. 9 mart 1999) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Manami Nakano
Manami Nakano (d. 30 avqust 1986) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 2 qol vurub.
Manzo Naqano
Manzo Naqano (永野万蔵, Naqano Manzo, 26 noyabr 1853, Kuçinotsu[d], Naqasaki prefekturası – may 1924, Kuçinotsu[d], Naqasaki prefekturası) – rəsmi olaraq Kanadaya immiqrasiya etmiş ilk yapon şəxs. O, 1877-ci ilin martında Yaponiyanı tərk etmiş və may ayında Britaniya Kolumbiyasına çatmışdır. Naqano Viktoriyada məskunlaşaraq bizneslə məşğul olmağa başlamışdır. Səhhətindəki problemlərə görə 1923-cü ildə Yaponiyaya qayıtmış və növbəti il ölmüşdür. == Həyatı == Manzo Naqano 1853-cü ildə müasir Naqasaki prefekturasının ərazisində yerləşən Kuçinotsu balıqçı kəndində anadan olmuşdur. O, atası Kihey Naqanonun yeddi övladından dördüncüsü idi. Yaponiyada izolyasiya dövrünün başa çatması səbəbilə canlanan beynəlxalq dəniz ticarəti Naqanonun diqqətini cəlb etmiş, Britaniyaya məxsus ticarət gəmisi ilə Şanxaya və Kanadaya səyahət etmişdir. 1877-ci ildə daimi olaraq Kanadada məskunlaşmağa qərar vermişdir. O, əvvəlcə yerli xalqların arasında yaşamış, balıqçılıq və odunçuluq kimi işlərlə məşğul olmuşdur. O, Viktoriyadakı çinli immiqrat icmasına qarışmış, dəmiryol tikintisində də iştirak etmişdir.
Naqano prefekturası
Naqano prefekturası (yap. 長野県 Nagano ken) — Yaponiyanın Honşu adasında yerləşən Çubu regionunda prefektura.
Nazino faciəsi
Nazino faciəsi (rus. Назинская трагедия, translit. Nazinskaya Tragediya) - 1933-cü ilin may ayında Sovet İttifaqındakı Nazino adasına 6000 nəfərin kütləvi şəkildə deportasiyası idi. Deportasiya olunanlar, əsasən siyasi məhbuslar və kiçik cinayətkarlardan ibarət idi və onlar "xüsusi bir qəsəbə" tikmək üçün məcburi şəkildə kiçik, təcrid olunmuş, Tomskdan 540 kilometr (340 mil) şimal-qərbdə yerləşən, Qərbi Sibirdəki adaya göndərildi. Köçkünlərə yalnız yemək üçün un, az miqdarda alətlər, geyimlər və ya sığınacaq verilmişdi. Adanı tərk etməyə çalışanlar silahlı mühafizəçilər tərəfindən öldürülürdü. Adanın şəraiti geniş yayılan xəstəliklərə, hakimiyyətdən sui-istifadə, zorakılıq və kannibalizmə səbəb oldu. On üç həftə ərzində Nazino adası ilə əlaqəli deportasiyalarda 4000-dən çoxu insan öldü ya da itkin düşdü. Sağ qalanların əksəriyyətinin səhhətində problem yarandı. Nazino işi 1988-ci ilə qədər, Sovet İttifaqında qlasnost islahatları zamanı, Memorial cəmiyyəti tərəfindən araşdırma başlayanadək demək olar ki, bilinməz olaraq qalırdı.
Ryuen Nakano
Şizuki Tadao (志筑 忠雄, 1760, Naqasaki – 22 avqust 1806, Naqasaki) – Yaponiya astronomu və tərcüməçisi. Yaponiyanı Nyutonun klassik mexanika konsepsiyaları ilə tanış etməsinə görə tanınır. Müasir astronomiyaya və fizikaya həsr olunmuş ilk yaponca kitabın müəllifidir. == İlk illəri və karyerası == Şizuki Tadao 1760-cı ildə Yaponiyanın Naqasaki şəhərində yaşayan Nakano ailəsində doğulmuşdur. Lakin daha sonra Şizuki ailəsinə səkkizinci nəslin oğlu kimi qəbul edilmişdir. Bu ailə holland və yapon dili mənbələri ilə məşğul olan peşəkar tərcüməçilərdən idi. Şizuki 1776-cı ildə tərcüməçi kimi işləməyə başlamışdır. Lakin 1777-ci ildə səhhətindəki problemlərə görə rəsmi vəzifəsini tərk etmiş və öz tərcümələri üzərində işləməyə başlamışdır. Nakano soyadını bərpa edərək Ryuen Nakano təxəllüsü ilə yazmağa qərar vermişdir. Daha sonra Nikolay Kopernikin heliosentrik sisteminin izahlarını və digər astronomiya əsərlərini tərcümə edən Motoki Ryoeyin tələbəsi olmuşdur.
Bandai Namco Entertainment
Bandai Namco Entertainment Inc. (BNEI) yapon videooyun qurucusu və yayımlayan şirkətdir. Şirkət həmçinin videolar, musiqi və digər əyləncə məhsulları istehsal etmişdir. Şirkətin qərargahı Tokionun Minato rayonunda yerləşir. Beynəlxalq filialları müvafiq olaraq Kaliforniya ştatının Santa-Klara şəhərində və Fransanın Lion şəhərində yerləşir.
FK Kauno Žalgiris
Kauno Jalqiris FK (Litva dilində-Futbolo klubas "Kauno Žalgiris") - Litvanın futbol klubu. Kaunas şəhərində yerləşir. == Tarixi == 2004-cü ildə yaranan komanda. == Uğurları == Litvanin çempionatı: Çempion (0) - 2 Gümüş medal (1) - 2022 3 Bürünc medal (2) - 2020, 2021.
Kauno Jalqiris FK
Kauno Jalqiris FK (Litva dilində-Futbolo klubas "Kauno Žalgiris") - Litvanın futbol klubu. Kaunas şəhərində yerləşir. == Tarixi == 2004-cü ildə yaranan komanda. == Uğurları == Litvanin çempionatı: Çempion (0) - 2 Gümüş medal (1) - 2022 3 Bürünc medal (2) - 2020, 2021.
Nano morfostrukturlar
Nanomorfostrukturlar (rus. наноморфоструктуры, ing. nanomorphostructure) — geoloji strukturların ən xırda elementlərinə uyğun gələn relyef formalarıdır. Palçıq vulkanı sopkaları, salzaları, qrifonları nümunələrdən bəziləridir.
Naço (futbolçu)
Naço — müdafiəçi mövqeyində çıxış edən ispaniyalı futbolçu. La Liqa komandalarından Real Madriddə oynayır. == Klub karyerası == === Real Madrid B === Naço peşəkar karyerasına 2009-cu ildə Real Madrid (B) kulubunda başlayıb. Bu klubun heyətində 4 mövsümdə 111 oyun keçirib. Bu oyunlarda 4 qol vurub. === Real Madrid === 2013-cü ildən "Real Madrid"in əsas klubunda çıxış edir. == Milli komanda == İspaniya milli futbol komandasının heyətində çıxış edir.
Tata Nano
Tata Nano — Hindistanın Tata Motors şirkətinin istehsal etdiyi avtomobil markası == İdeya == Velosiped və ya motosikletə dörd nəfərin mindiyi Hindistan şəhərlərini avtomobillə doldurmaq və insanların təhlükəsizliyini təmin etmək üçün iş adamı Ratan Tata yığcam və ucuz maşın hazırlamaq qərarına gəlir. Tezliklə "Chrysler CCV" və 1984-dən bəri Hindistanda yığılan "Maruti 800"-ün bazasında yeni model hazırlanır. Bu avtomobil də "Chrysler" kimi kompozit materialdan hazırlanmışdı. Avtomobilin mühərriki "Bosch" firması ilə birgə hazırlanır. Sadə quruluşlu mühərrik az yer tutması üçün arxada, oturacaqların altında yerləşdirilir. Avtomobil 2008-ci il yanarında Dehli avtosalonunda təqdim edilir və bundan sonra seriya istehsal başlayır. 2009-cu ildə isə avtomobilin Avropa bazarına çıxarılacağı barədə xəbərlərə isə Avropa mediası kinayə qarışıq rişxəndlə yanaşır. == Parametrlər == Bu avtomobil standartlara uyğunluq baxımından avropalıları, təchizat etibarilə isə Azərbaycan alıcısını razı sala bilməz. Avtomobildə heç bir elektrik avadanlığı, o cümlədən salon qızdırıcısı və ventilyator yoxdur. Sükan gücləndiricisi olmayan avtomobildə cəmi bir şüşəsilən və 1 güzgü var.
Nuno Mendes
Nuno Mendes (19 iyun 2002, Sintra[d], Lissabon dairəsi[d]) — Fransa Liqa 1-də çıxış edən Paris Sen-Jermenin portuqaliyalı müdafiəçisi.
Nano (mətn redaktoru)
GNU nano - *nix əməliyyatlar sistemində mətn redaktorudur. 1999-cu ildə Kris Alleqretta tərəfindən yaradılmışdır.
Nuno Qomeş Nabiam
Nuno Qomeş Nabiam (port. Nuno Gomes Nabiam; 17 noyabr 1966, Bisau) — 28 fevral 2020-ci ildən etibarən Qvineya-Bisau Baş naziri olan siyasətçi. == Həyatı == Qomeş Nabiam Kvame Nkruma Milli Liseyini bitirib. Ukraynanın Kiyev şəhərində Ali Mülki Aviasiya Mühəndisliyi İnstitutunda təhsilini başa vurub və 1986-cı ildə mülki aviasiya təqaüdünə layiq görülüb. Qomeş Nabiam daha sonra ABŞ-da təhsil aldı və buradan biznesin idarə edilməsi üzrə magistr dərəcəsi qazandı. == Siyasi fəaliyyəti == Qomeş Nabiam 1978-ci ildə Afrika Gəncliyi Amilkar Kabralında fəal oldu. 1980-ci ildə QKVMAAP partiyasına qatıldı. 2012-ci ildə Qvineya-Bisau hökuməti tərəfindən Qvineya-Bisau Mülki Aviasiya Agentliyinin idarə heyətinin sədri təyin edildi. 28 fevral 2020-ci ildə Qomeş Nabiam Qvineya-Bisau Baş naziri təyin edildi. Xalq Birliyi siyasi partiyası məclisinin üzvüdür.
4-Koma Nano Ace
4-Koma Nano Ace (4コマnanoエース) – Kadokawa Shoten tərəfindən nəşr olunmuş yonkoma seynen və şonen manqa jurnalı. 2011-ci ildən 2013-cü ilə kimi nəşr olunmuşdur. == Manqa == Aiura (Çama) Black Rock-chan (Rinqo) (aprel 2011 - mart 2012) Chotto Kawaii Iron Maiden (Makoto Fukami, Alpha Alf Layla) Eureka Seven nAnO (2012 – yanvar 2013) G's Under Ground (Purapa) G-Sen Rough Sketch (Sakyu Tottori) Lucky Star (Kaqami Yoşimizu) The Melancholy of Haruhi-chan Suzumiya (Puyo) (2007 - ) Magical Record Lyrical Nanoha Force Dimension Nichijō (Keyichi Aravi) Chima R-15 (Nenqa Ninomiya) Sora no Kyūsoku (Suka) Strike Witches Gekijōban: 501 Butai Hasshin Shimasu-! (Makoto Fucibayaşi) Upotte!!