Manzo Naqano

Manzo Naqano (永野万蔵, Naqano Manzo?, 26 noyabr 1853, Kuçinotsu[d], Naqasaki prefekturasımay 1924, Kuçinotsu[d], Naqasaki prefekturası) – rəsmi olaraq Kanadaya immiqrasiya etmiş ilk yapon şəxs. O, 1877-ci ilin martında Yaponiyanı tərk etmiş və may ayında Britaniya Kolumbiyasına çatmışdır.[1]

Manzo Naqano
1910-cu ildə çəkilmiş şəkli.
1910-cu ildə çəkilmiş şəkli.
Doğum tarixi 26 noyabr 1853(1853-11-26)
Doğum yeri
Vəfat tarixi may 1924 (70 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Fəaliyyəti iş adamı

Naqano Viktoriyada məskunlaşaraq bizneslə məşğul olmağa başlamışdır. Səhhətindəki problemlərə görə 1923-cü ildə Yaponiyaya qayıtmış və növbəti il ölmüşdür.

Manzo Naqano 1853-cü ildə müasir Naqasaki prefekturasının ərazisində yerləşən Kuçinotsu balıqçı kəndində anadan olmuşdur.[1] O, atası Kihey Naqanonun yeddi övladından dördüncüsü idi.[1]

Yaponiyada izolyasiya dövrünün başa çatması səbəbilə canlanan beynəlxalq dəniz ticarəti Naqanonun diqqətini cəlb etmiş, Britaniyaya məxsus ticarət gəmisi ilə ŞanxayaKanadaya səyahət etmişdir.[1] 1877-ci ildə daimi olaraq Kanadada məskunlaşmağa qərar vermişdir.[1] O, əvvəlcə yerli xalqların arasında yaşamış, balıqçılıq və odunçuluq kimi işlərlə məşğul olmuşdur.[1] O, Viktoriyadakı çinli immiqrat icmasına qarışmış, dəmiryol tikintisində də iştirak etmişdir.[1]

1886-cı ildə evlənmək məqsədilə Yaponiyaya getsə də, həyat yoldaşının ölümündən sonra 1896-cı ildə Naqano oğlu və yeni həyat yoldaşı Tayoko ilə Kanadaya qayıtmışdır.[1] O, 1897-ci ildə Klondayk qızıl hərisliyində iştirak edən şəxslər üçün ləvazimatlar satan mağaza açmışdır.[1] Bundan əlavə, hotelçilik və Yaponiyaya salmon balığı ixracatı ilə də məşğul olmuşdur.[1] O, biri ABŞ-də, biri Yokohamada olmaqla, "Ricksha" adlı iki restoran açsa da, uğur qazana bilməmişdir.[1]

Birinci dünya müharibəsi zamanı Naqano İskvaymoltda lövbər atmış Yaponiya donanması üzvlərinə ev sahibliyi etmişdir.[1] Müharibədən sonra vərəm olmuş və 1923-cü ildə həyat yoldaşı ilə Kuçinotsuya qayıtmağa qərar vermişdir.[1] 1924-cü ilin mayında burada ölmüşdür.[1]

Naqano 1886-cı ildə Yaponiyada 17 yaşlı Tsuya İçi ilə evlənmişdir.[1] 9 dekabr 1893-cü ildə doğulmuş birinci oğlu Corc Tatsuoya Britaniya monarxının adını vermişdir.[1] Bir müddət sonra həyat yoldaşı ölmüş və Tayoko adlı qadınla evlənmişdir.[1] 3 oktyabr 1898-ci ildə Manzo və Tayokonun Frenk Terumaro adlı oğlu olmuşdur.[1]

Corc Tatsuo 1917-ci ildə həyat yoldaşı ilə birlikdə ABŞ-yə immiqrasiya etmişdir.[1] Frenk Terumaro isə Kanadada qalmışdır.[1] Onlar böyük beysbol fanatları olmuşdurlar.[1] Frenk Kanada yaponları tərəfindən yaradılmış "Vankuver Asahi" beysbol klubunda çıxış etmiş, Corc isə birinci oğluna ABŞ beysbolçusu Tay Kobbun adını vermişdir.[1]

1977-ci ildə Naqanonun Kanadaya gəlişinin 100 illiyi münasibətilə Britaniya Kolumbiyasında yerləşən Sahil sıradağlarının bir zirvəsinə onun adı verilmişdir.[1] Naqanonun həyatı Toyo Takata və ulu nəvəsi Pol Naqano tərəfindən araşdırılmışdır.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 De Bruin, Tabitha. "Manzo Nagano". The Canadian Encyclopedia (ingiliscə). 14 iyun 2017. 14 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2022.