Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nadejda
Nadejda — Rusiyada qadın adı. Nadejda Aliluyeva — İosif Stalinin həyat yoldaşı. Nadejda İsmayılova — Ssenari müəllifi və kino redaktoru. Nadejda Savçenko — Ukrayna silahlı qüvvələrinin baş leytenantı, Nadejda Yermakova — Belarus Mərkəzi Bankının rəhbəri Nadejda Vendelin — Aktrisa. Nadejda Krupskaya — Leninin arvadı. Nadejda Dırenkova — rus sovet türkoloqu. Nadejda Udaltsova — rus avanqard rəssam Nadejda Rumyanseva — Rusiya aktrisası Nadejda Mandelştam — Rusiya yazıçısı.
Novelda
Novelda (isp. Novelda) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 75,7 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 27104 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 24 km uzaqlıqda yerləşir.
Nevada
Nevada (ing. State of Nevada) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Karson şəhəridir.
Amfitrita (nereida)
Amfitrita (yun. Ἀμφιτρίτη) — yunan mifologiyasında personaj, Psevdo-Apollodora görə okeanida, Okean və Tefidanın qızı. Hesioda görə nereida, Poseydonun arvadı, Triton, Rodos və Bentesikimin anası. Əfsanəyə görə Poseydonun onu özünə arvad etmək arzusunu eşidərək dərhal Atlantın yanına qaçır, lakin sonradan Poseydonun göndərmiş olduğu delfinin təkidi ilə geri qayıtmağa məcbur olmuşdur. İncəsənət əsərlərində okeanida Amfitrita bir ilahə və okeanın çariçası kimi, dəniz atları və tritonlar qoşulmuş arabada, dəniz tanrısı Poseydonun yanında təsvir edilir. Teseyə qızıl çələngi məhz Amfitrita bağışlamşdır.
Aqava (nereida)
Aqava — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Dinamena (nereida)
Dinamena (yun. Δυναμένη) — yunan mifologiyasında Nerey və Doridanın qızı.
Evdora (nereida)
Evdora — yunan mifologiyasında nereida, Nerey və Doridanınnın.
Evnika (nereida)
Evnika (yun. Εὐνείκη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
FK Nevejis
Nevėžio futbolo klubas – Litvanın Kėdainiai şəhərini təmsil edən futbol klubu. Litvanın "A liqası"nda çıxış edir.
Fetida (nereida)
Fetida (yun. Θέτις, lat. Thetis) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı, Fassaliy əfsanəsinə görə kentavr Xironun qızı. Bədəninin aşağı hissəsi balıq kimi pulla örtülmüşdür.
Nadejda Aliluyeva
Nadejda Sergeyevna Aliluyeva (rus. Надежда Сергеевна Аллилуева; 22 sentyabr 1901, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 9 noyabr 1932, Moskva, RSFSR, SSRİ) — İosif Stalinin həyat yoldaşı. == Həyatı == Nadejda Aliluyeva 1901-ci il sentyabrın 22-də Bakıda anadan olmuşdur. 1917-ci ildə Stalin Sibirdən Petroqrada qayıtdıqdan sonra Nadejda Aliluyeva ilə sevgi münasibətləri olmuşdur. 1918-ci ildə Nadejda Aliluyeva İosif Stalinlə ailə həyatı qurmuşdur. 1921-ci ildə oğlu Vasili, 1926-cı ildə qızı Svetlana anadan olmuşdur. 1926–1929 illərdə Moskva Sənaye Akademiyasında təhsil almışdı. "Революция и культура" jurnalı və "Правда" qəzeti redaksiyaları ilə əməkdaşlıq etmişdir. Nadejda Aliluyeva xəstə idi, güclü baş ağrılarından əziyyət çəkirdi. 1932-ci il noyabrın 9-da tapançadan ürəyinə atəş açaraq intihar etmişdir.
Nadejda Dırenkova
Nadejda Petrovna Dırenkova (31 may 1899 – 28 oktyabr 1941) — rus sovet türkoloqu. == Həyatı == Nadejda Petrovna Dırenkova 1899-cu ildə anadan olmuşdur. Dana çox etnoqrafiya sahəsi ilə çalışmağına baxmayaraq türk dialektlərini tədqiq etmişdir. Türkologiya sahəsində "Grammatika ojrotskogo jazyka" (1940), "Grammatika sorskogo jazyka" (1941), "Grammatika hakasskogo jazyka" (1948) adlı qrammatika kitablarının müəllifi olaraq şöhrət qazanmışdır. "Tofalarskij jazyk" adlı məqaləsi 1963-cü ildə nəşr olunmuşdur. "Sorskij folklor" adlı əsəri dəyərli bir tədqiqatdır (1940). Nadejda Dırenkova 1941-ci ildə Leninqradda vəfat etmişdir.
Nadejda Karpova
Nadejda Karpova (rus.: Наде́жда Алексе́евна Ка́рпова , 9 mart 1995, Yaroslavl) — Rusiyalı qadın futbolçu. Mövqeyi hücumçudur. İspaniyanın "Espanyol" klubunun və Rusiya Milli komandasının şərəfini qoruyur. == Karyerası == Nadejda Karpova futbol ilə məşğul olmağa doğulduğu Yaroslavl şəhərində başlayıb. Futbolun sirrlərini öyrənməyə başladığı ilk klub, Yaroslavl şəhər 13 nömrəli "Uşaq Gənclər İdman Məktəbi" olub. Futbolçunun ilk məşqçisi Nikolay Vladimiroviç Fadyenko olub. 2010-cu ilin iyununda, Rusiya birinci liqada yarışan "Rosiyanka" klubuna məxsus olan "Zveniqorod Olimpiya Ehtiyatları Məktəbi"ndən dəvət təklifi alır. 2013-cü ildə "Zorkaya" klubuna keçir. 2014-cü ilin may ayında bu klub ilə ilk peşəkar müqaviləsini imzalayır. Rusiya çempionatında "Zorki"nin heyətində debütu, 11 may 2014-cü il tarixində "Mordovoçki" ilə oyunda baş tutur.
Nadejda Krupskaya
Nadejda Konstantinovna Krupskaya (rus. Надежда Константиновна Крупская; 14 (26) fevral 1869, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 27 fevral 1939[…], Moskva, RSFSR, SSRİ) — rus inqilabçısı, sovet dövlət, ictimai və mədəni xadimi, pedaqoji elmlər doktoru, Leninin həyat yoldaşı.
Nadejda Kuçer
Nadejda Kuçer (rus. Надежда Анатольевна Кучер; 18.5.1983, SSRİ, Minsk) — Müğənni (lirik soprano).
Nadejda Mandelştam
Nadejda Mandelştam (rus. Наде́жда Я́ковлевна Мандельшта́м; d. 1899 – ö. 29 dekabr 1980) — Rusiya yazıçısı. Osip Mandelştamın həyat yoldaşı. 26 may 1934-cü ildə Nadejda Mandelştam da istintaqa çağırılır, ona ərini müşayiət etmək təklif olunur. “Qara günün” dostu demək olar ki, son günlərə qədər ərinin yanında olur. Brodskiyə görə, o, sadəcə öz “dahi ərinin kölgəsi”, bir başqası üçün “qara günün dostu” idi. Erenburq isə Nadejdanın əri üçün elədiklərinin qiymətini belə verir - onu “Böyük Dul Qadın” adlandırır. Brodski yazırdı: "Bu qadın onilliklər boyu “qaçaq həyatı” yaşamışdı, həyatını ərinə həsr edib onun kölgəsinə çevrilmişdi.
Nadejda Çernova
Nadejda Çernova (rus. Надежда Михайловна Чернова; 15 yanvar 1947 və ya 1947, Bayanaul[d], Qazaxıstan SSR, SSRİ) — rus əsilli qazax şairəsi, tərcüməçi və jurnalist, publisist, ədəbiyyatşünas. Qazaxıstan Yazıçılar Birliyinin üzvü. Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Prostor jurnalının şeir şöbəsinin müdiridir. == Bioqrafiyası == Ədəbiyyata gedən yol Aleksandr Puşkinin əsərlərini oxumağı sevən atası Mixail Timofeeviç Çernovun göstərişi ilə başlayır. Uşaqlığını Semipalatinskdə keçirmişdir. Nadejda Çernova 10 yaşında şeirlər yazmağa başlamış və 15 yaşında "Günəş" şeiri "Leninski Smena" və "Kazakhstanskaya Pravda" qəzetlərində dərc edilmişdir. Məktəbi bitirdikdən sonra Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olur. Sonra iyirmi beş il Prostorda çalışdı, burada ədəbiyyat sahəsində məşhur şəxsiyyətlərlə tanış oldu: Moris Simaşko, Viktor Vasiliev, Anatoli Kim, İlyas Yesenberlin, Mixail Pak və başqaları.
Nadejda İsmayılova
Nadejda İsmayılova (14 yanvar 1938, Aşqabad) — ssenari müəllifi və kino redaktoru, Azərbaycan SSR əməkdar jurnalisti (1990). == Həyatı == Nadejda Vasilyevna İsmayılova 14 yanvar 1938-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1962-ci ildə ADU-nun filoloqiya fakültəsini, 1968-ci ildə isə Ümumittifaq Kinematoqrafiya İnstitutunun (Moskva) ssenari və kinoşunas fakültəsini bitirib. 1959-cu ildən etibarən Azərbaycan Televiziyasında əmək fəaliyyətinə başlayıb. 1975-ci ildən 1984-cü ilə qədər "Azərbaycanfilm" kinostudiyasında Baş redaktor müavini vəzifəsində çalışıb. 1985–1987-ci illərdə AzTV nin "Azərtelefilm" YB-də işləyib. "Dalğa", "Həftə plyus" "TV Kuryer" televiziya publistik proqramların müəllifi və aparıcısı olub. == Mükafatları == Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı (1988) "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı (1990) == Filmoqrafiya == Abşeronun istirahət ocaqları (film, 1975) (qısametrajlı sənədli film) (Aztv) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-redaktor Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) Arzu yolu ilə (film, 1964) Asif, Vasif, Ağasif (film, 1983) Azərbaycan xörəkləri (film, 1967) Bağlı qapı (film, 1981) Bakı beş dəniz limanıdır (film, 1967) Bakı eliksiri (film, 1967) Bakı. Müharibə illəri (film, 1985) Bakının mənzərələri (film, 1966) Bakıya xoş gəlmisiniz (film, 1965) Bayquş gələndə...
Nevejis FK
Nevėžio futbolo klubas – Litvanın Kėdainiai şəhərini təmsil edən futbol klubu. Litvanın "A liqası"nda çıxış edir.
Nevejis çayı
Nevejis çayı (lit. Nevėžis, rus. Невяжа, pol. Niewiaża) — Litva ərazisində formalaşan və onun ərazisindən axaraq Neman çayına tökülən çay. Neman çayının sağ qolunu təşkil edir. Litvanın Şiauliai, Kaunas, Panevej qəzaları ərazisindən axır. == Hidroqrafiya == Çayın uzunluğu 210 km, hövzəsinin sahəsi 6140 km², su sərfiyyatı 33,2 m³/s təşkil edir. Çay Orta Litva düzənliyindən axır. Noyabr ayından yanvara kimi tədricən donur. Fevraldan aprel ayına kimi isə tam donmuş vəziyyətdə olur.
Nevenka Petriç
Nevenka Petriç (serb. Nevenka Petrić, d. 11 mart 1927, Maslovare, Yuqoslaviya Krallığı — ö. 27 dekabr 2015, Belqrad, Serbiya) — Serbiya yazıçısı, şairi və pedaqoqu. Partizanlara 14 yaşındaykən qatılmışdır. Yuqoslaviya yerli rəhbərliyində gənclər rəhbəri və daha sonra Sağlamlıq və Sosial Siyasət başçısı olmuşdur. Yuqoslaviya Qadın Məclisinin üzvü, Yuqoslaviya Qadınların Sosial Karyera Konfransı katibi (1961-1969) və Yuqoslaviya Ailə Planlaması Şurası (1968-1976) başçısı olmuşdur. Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyası Mərkəzi Şurasında Avropanı təmsil etmiş və o orqana aid olan Avropa Təhsil Komissiyası-nın prezidenti olmuşdur. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu-nun araşdırma layihələrinə kömək etmişdir. == Həyatı == Nevenka Petriç, 1927-ci ildin Mart ayının 11-də Maslovaredə (İndiki Bosniya və Herseqovina, Serb Respublikası) anadan olmuşdur.
Pronoya (nereida)
Pronoya (yun. Προνόη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Psamafaya (nereida)
Psamafaya — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Qalateya (nereida)
Qalateya (yun. Γαλατεία süd kimi ağ) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Qalena (nereida)
Qalena (yun. γαλήνη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.