Nadejda Konstantinovna Krupskaya (rus. Надежда Константиновна Крупская; 14 (26) fevral 1869[1][2], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[3] – 27 fevral 1939[3][4][…], Moskva, RSFSR, SSRİ[3]) — Rusiya inqilabçısı, sovet dövlət, ictimai və mədəni xadimi, pedaqoji elmlər doktoru, Leninin həyat yoldaşı.
Nadejda Krupskaya | |
---|---|
rus. Надежда Крупская | |
Doğum tarixi | 14 (26) fevral 1869[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 fevral 1939[3][4][…] (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Fəaliyyəti | kitabxanaçı, yazıçı, müəllimə, siyasətçi |
Elmi dərəcəsi | |
Partiyası | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Krupskaya yoxsulluğa düçar olmuş aristokrat ailəsində anadan olmuşdur. O, yoxsulların həyatını yaxşılaşdırmaq haqqında güclü fikirlər formalaşdırmışdır. Krupskaya marksizmi mənimsəmiş və 1894-cü ildə marksist müzakirə qrupunda Leninlə tanış olmuşdur. Hər ikisi 1896-cı ildə inqilabi fəaliyyətə görə həbs edilmiş və Sibirə sürgün edilmişdir. Onlar 1898-ci ildə evlənmişdilər. İkisi sürgündən sonra Münxendə, sonra isə Londonda məskunlaşmışdılar. 1905-ci il inqilabında iştirak etmək üçün Rusiyaya qayıtmışdılar.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |