Nadejda Sergeyevna Aliluyeva (rus. Надежда Сергеевна Аллилуева; 22 sentyabr 1901[1][2], Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 9 noyabr 1932[1][2], Moskva, RSFSR, SSRİ) — İosif Stalinin həyat yoldaşı.
Nadejda Aliluyeva | |
---|---|
rus. Надежда Аллилуева | |
Doğum tarixi | 22 sentyabr 1901[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 1932[1][2] (31 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Təhsili |
|
Fəaliyyəti | katib[d] |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Nadejda Aliluyeva 1901-ci il sentyabrın 22-də Bakıda anadan olmuşdur. 1917-ci ildə Stalin Sibirdən Petroqrada qayıtdıqdan sonra Nadejda Aliluyeva ilə sevgi münasibətləri olmuşdur. 1918-ci ildə Nadejda Aliluyeva İosif Stalinlə ailə həyatı qurmuşdur. 1921-ci ildə oğlu Vasili, 1926-cı ildə qızı Svetlana anadan olmuşdur. 1926–1929 illərdə Moskva Sənaye Akademiyasında təhsil almışdı.
"Революция и культура" jurnalı və "Правда" qəzeti redaksiyaları ilə əməkdaşlıq etmişdir. Nadejda Aliluyeva xəstə idi, güclü baş ağrılarından əziyyət çəkirdi. 1932-ci il noyabrın 9-da tapançadan ürəyinə atəş açaraq intihar etmişdir.
2006-cı ildə Nadejda Aliluyeva haqqında "Stalinin arvadı" filmi çəkilmişdir.