Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Noviçok
Noviçok (rus. Новичо́к) — 1971–1993-cü illər arasında hazırlanmış SSRİ istehsalı sinir agenti seriyasıdır. Bu agentləri inkişaf etdirən rus alimləri, indiyə qədər ixtira edilən ən ölümcül sinir agenti olduqlarını iddia edirlər. Bəzi variantları var ki, VX-dən beş-səkkiz dəfə, digərləri isə zomandan on qat daha güclüdür.
Aleksandr Novikov
Aleksandr Aleksandroviç Novikov (rus. Алекса́ндр Алекса́ндрович Но́виков; 19 noyabr 1900, Blaznovsk volostu[d], Kostroma quberniyası – 3 dekabr 1976, Moskva) — SSRİ hərbi xadimi, İkinci Dünya müharibəsi zamanı baş aviasiya marşalı. == Həyatı == Aleksandr Aleksandroviç Novikov 19 noyabr 1900-cu il tarixində Rusiya imperiyasının Kostroma quberniyası tərkibindəki Nerext mahalının Blaznovsk volostunda anadan olmuşdur. O, 1919-cu ildən Sovet Ordusunda xidmətə başlamışdır. Novikov 1920-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, bir sıra hərbi kursları (1920, 1922), M. V. Frunze adına hərbi Akademiyanı (1930) bitirmişdir. Novikov Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. O, SSRİ–Finlandiya müharibəsində (1939–1940) və İkinci Dünya müharibəsinin əvvəlində bir sıra cəbhələrdə HHQ komandanı, 1942–1943-cü illərdə SSRİ müdafiə komissarının aviasiya üzrə müavini, 1934–1945-ci illərdə Sovet Ordusu HHQ-nin komandanı olmuşdur. Müharibədən sonra məsul hərbi vəzifələrdə, 1956-cı ildən ehtiyatda idi. 1958-ci ildə təqaüdə çıxmışdır.
Anatoli Novikov
Anatoli Qriqoryeviç Novikov (rus. Анато́лий Григо́рьевич Но́виков: 18 (30) oktyabr 1896 – 24 sentyabr 1984, Moskva) — SSRİ bəstəkarı. == Həyatı == Anatoli Novikov 30 oktyabr 1896-cı ildə Rusiya imperiyası tərkibində olan Ryazan quberniyasının Skopin kəndində anadan olmuşdur. O, 1920-ci illərdən özfəaliyyət xor kollektivlərinin, peşəkar mahnı və rəqs ansambllarının bədii rəhbəri olmuşdur. Novikov mahnı bəstəkarı kimi məşhurdur. Onun mahnılarının əksəriyyəti Rusiyada vətəndaş müharibəsi və İkinci Dünya müharibəsi mövzularına həsr olunmuşdur. Novikovun "Vasya-Vasilyok" (1941), "Beş güllə" (1942), "Qarabuğdayı qız" (1943), "Rusiya" (1946), "Yollar" (1946), "Dünya demokratik gənclərinin himni" (1947) mahnıları geniş yayılmışdır. O, musiqili komediyaların ("Xüsusi tapşırıq", 1965; "Vasili Tyorkin", 1971) və s. müəllifidir. Anatoli Novikov 24 sentyabr 1984-cü ildə, 87 yaşında SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.
Vladislav Novikov
Vladislav Novikov (10 noyabr 1993 Toksovo, Rusiya) — Rusiyalı dağ-xizək idmançısı. Vladislav Novikov Rusiyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Vladislav Novikov birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Novikov 2:52.65 saniyəlik nəticəsi ilə 109 atlet arasında 35-ci yeri tutdu.
İlya Novikov
İlya Novikov (rus. Илья Новиков) — rusiyalı hüquqşünas, "Nə? Harada? Nə zaman?" televiziya klubunun oyunçusu. == Peşəkar karyerası == İlya Novikov Rusiya Dövlət Ədliyyə Universitetini fərqlənmə ilə bitirib. 2005-ci ildən orada hüquq və hakimlərin ixtisasının artırılması fakültələrində dərs deyir. 2011-ci ilin avqustundan "Qonçarova, Novikov və tərəfdaşları" hüquq bürosunun baş tərəfdaşıdır. 2013-cü ilin yanvarından "Tenzor Consulting Group" konsaltinq şirkətinin tərəfdaşıdır. Hazırda vəkil statusuna malikdir. Novikovun müştəriləri arasında — rusiyalı jurnalistlərin ölümündə və Ukrayna-Rusiya sərhədinin qeyri-qanuni keçilməsində günahkar bilinən ukraynalı hərbçi Nadejda Savçenko və Moldovada, xüsusilə iri məbləğdə dələduzluqda və pulların yuyulmasında ittiham olunan biznesmen və siyasətçi Vyaçeslav Platon da olub.
Aleksandr Novikov (siyasətçi)
Aleksandr İvanoviç Novikov (rus. Алекса́ндр Ива́нович Новико́в, 22 aprel 1861, Novikovo[d], Tambov quberniyası – 23 yanvar 1913, Sankt-Peterburq) — Rus zemstvo xadimi, yerli ibtidai xalq təhsilinin ideoloqu və təşkilatçısı, xeyriyyəçi, publisist, fantastika yazıçısı. Ömrünün son illərində Sosialist İnqilabçılar Partiyasının üzvü, 1905–1906-cı illər inqilabi hərəkatının iştirakçısı olmuşdur. 1902–1904-cü illərdə Bakı Şəhər Dumasının sədri idi. == Bioqrafiya == 22 aprel 1861-ci ildə İvan Petroviç Novikov və Olqa Alekseyevna Novikovun ailəsində, Moskva yaxınlığındakı Nova Aleksandrovka kəndində doğulmuşdur.
Novik adası
Novik — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şimal-şərq qurtaracağında yerləşən Qvardeysev burnundan 600 m şimalda yerləşir. Dairəvi formaya malikdir. Diametri 250 m təşkil edir. Sahillərində dərinlik 43 metrdir. Ada 1962-ci ildə II panq kreyseri olan «Novikin» şərəfinə adlandırılmışdır.
Aleksandr Novikov (Bakı meri)
Aleksandr İvanoviç Novikov (rus. Алекса́ндр Ива́нович Новико́в, 22 aprel 1861, Novikovo[d], Tambov quberniyası – 23 yanvar 1913, Sankt-Peterburq) — Rus zemstvo xadimi, yerli ibtidai xalq təhsilinin ideoloqu və təşkilatçısı, xeyriyyəçi, publisist, fantastika yazıçısı. Ömrünün son illərində Sosialist İnqilabçılar Partiyasının üzvü, 1905–1906-cı illər inqilabi hərəkatının iştirakçısı olmuşdur. 1902–1904-cü illərdə Bakı Şəhər Dumasının sədri idi. == Bioqrafiya == 22 aprel 1861-ci ildə İvan Petroviç Novikov və Olqa Alekseyevna Novikovun ailəsində, Moskva yaxınlığındakı Nova Aleksandrovka kəndində doğulmuşdur.