Anatoli Qriqoryeviç Novikov (rus. Анато́лий Григо́рьевич Но́виков: 18 (30) oktyabr 1896[1] – 24 sentyabr 1984, Moskva) — SSRİ bəstəkarı.
Anatoli Novikov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 18 (30) oktyabr 1896[1] |
Vəfat tarixi | 24 sentyabr 1984 (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, bəstəkar, xormeyster[d], film bəstəkarı, xormeyster, musiqi pedaqoqu |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Anatoli Novikov 30 oktyabr 1896-cı ildə Rusiya imperiyası tərkibində olan Ryazan quberniyasının Skopin kəndində anadan olmuşdur. O, 1920-ci illərdən özfəaliyyət xor kollektivlərinin, peşəkar mahnı və rəqs ansambllarının bədii rəhbəri olmuşdur. Novikov mahnı bəstəkarı kimi məşhurdur. Onun mahnılarının əksəriyyəti Rusiyada vətəndaş müharibəsi və İkinci Dünya müharibəsi mövzularına həsr olunmuşdur. Novikovun "Vasya-Vasilyok" (1941), "Beş güllə" (1942), "Qarabuğdayı qız" (1943), "Rusiya" (1946), "Yollar" (1946), "Dünya demokratik gənclərinin himni" (1947) mahnıları geniş yayılmışdır. O, musiqili komediyaların ("Xüsusi tapşırıq", 1965; "Vasili Tyorkin", 1971) və s. müəllifidir. Anatoli Novikov 24 sentyabr 1984-cü ildə, 87 yaşında SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.[2]
Anatoli Novikov 1970-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. O, 1976-cı ildə Sosialist Əməyi Qəhrəmanı, 1946-cı və 1948-ci illərdə SSRİ Dövlət mükafatı ilə təltif olunmuşdur. Novikov həmçinin, 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenləri və medallarla təltif edilmişdir.[2]