Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qopnik
Qopnik (rus. го́пник) — rus dilində aşağı sosial statusa sahib, aşağı gəlirli, az təhsilli, kontingent mənəvi dəyərləri olmayan, adətən disfunksional ailələrdən gələn, yeganə əks-mədəniyyət altında birləşən, özünütəsdiq axtararaq özünü digərlərindən üstün hiss etmək məqsədilə kriminal, dağıdıcı yollara əl atan qeyri-rəsmi təbəqənin gənc üzvləri üçün jarqon söz. Termindən Rusiya və postsovet ölkələrində XX əsrin axırlarından bəri geniş miqyasda istifadə olunur. Baxmayaraq ki, altmədəniyyətin kökləri Rusiya imperiyasına qədər gedib çıxır, bu, SSRİ-nin ilk illərində əhəmiyyətli dərəcədə inkişaf etmişdir. «QOP» termini «Государственное общежитие пролетариата» (azərb. Proletariatın dövlət yataqxanası‎) abbreviaturasıdır. Vladimir Leninin vəfat etməsinin ardınca, 24 yanvar 1924-cü il tarixində Sankt-Peterburq şəhərində qurulan «QOP» daha sonra bütün Rusiyaya yayılmışdır. Buralarda şəhərətrafı ərazilərdən gələn sakinlər, əsasən də küçə uşaqları yaşayırdı. Bu yataqxana sakinlərinin "cəmiyyətə zidd" hərəkətləri onların «ГОПниками» (qopniklər) ləqəbini almaları ilə nəticələnmişdir. Bu altmədəniyyət 2000-ci illərdə yüksəliş dövrünü yaşamış, 2010-cu illərin axırları və 2020-ci illərin əvvəllərində demək olar ki, məhv olmuşdur, lakin qopniklərə bənzəyən gənc bandalar (məsələn, A.U.E.) Rusiya və postsovet məkanında hələ də fəaliyyət göstərirlər.
Ponçik
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Noclip
Noclip – Denni O'Duyer tərəfindən yaradılmış media şirkəti. == Tarixçə == Noclip-ə başlamazdan əvvəl O'Duyer, GameSpot video oyunu saytında aparıcı və prodüser kimi işi ilə tanındı , burada o, Escape from Mount Stupid, Random Encounter, The Point və The Lobby daxil olmaqla şoulara ev sahibliyi etdi. O , The Game Awards 2016 – da İlin Trend Oyunçusu seçildi 5 sentyabr 2016-cı ildə O'Duyer 12 sentyabr 2016-cı ildə treyler buraxaraq Noclip üçün Youtubeda kanal yaratdı. Orada deyir ki, "oyunçular bizim ehtiraslarımızı əks etdirən mediaya, hekayələr danışmaq üçün öz çıxışından istifadə edən mətbuata layiqdirlər. oyunların necə qurulduğu, onları oynayan insanlar və onların həyatımıza təsir etmə yolları haqqında – oyunçu olmaqdan qürur duyduğumuz hekayələr." Şirkətin adı oyunçulara divarların arasından keçməyə imkan verən video oyun hiyləsi olan " Noclip mode " dən gəlir. O'Duyer dedi: "Noclip ilə biz oyun divarlarından keçib digər tərəfə nəzər salacağıq." O'Duyer, kliklərə diqqətin oyun jurnalistikasının keyfiyyətinə təsir etdiyinə inandığından, əksər video oyun saytlarının ənənəvi reklam modeli əvəzinə izdihamlı maliyyələşdirmədən istifadə etməkdən ilham aldı. 2016-cı ilin dekabr ayında bir videoda o, "Mən istəyirəm ki, oyunların əhatə dairəsi ilə bağlı vacib olan yeganə şey videoların keyfiyyəti, işin keyfiyyəti olsun." Noclip Patreon kampaniyası vasitəsilə işə salınıb və yalnız crowdfunding vasitəsilə dəstəklənir; 2019-cu ildə 5,000-dən çox havadar ayda 23,000 ABŞ dollarından çox ianə etdi. O'Duyer 2023-cü ildə San-Fransiskoda yerləşən bir media şirkəti tərəfindən şirkətin sahib olduğu, lakin onları atmaq üzrə olan bir sıra video lentlər haqqında əlaqə saxladı. O'Duyer qutuları bərpa edərək, onların içərisində 1990-cı illərin sonundan 2010-cu ilə qədər E3 konfransları, oyun treylerləri və əvvəllər YouTube və ya digər video saytlarında mövcud olmayan ilk oyun buraxılışlarının görüntüləri kimi çoxsaylı video oyun mediası olduğunu aşkar etdi. O'Duyer və NoClip ilə başqaları lentləri rəqəmsalolaraq çəkmək üçün bir layihəyə başladılar və onları NoClip-in YouTube kanalı və İnternet Arxivi vasitəsilə əlçatan etdi .
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Tonik
Tonik - qazlı alkoqolsuz içkidir. Tonik içinə xinin qatılmış sodaya verilən addır. Tonikdən kokteyllərdə çox istifadə edilir. İlk dəfə bu alkoqolsuz içkidən Hindistan və Afrikada malyariya xəstəliyi ilə mübarizə etmək üçün istifadə edilmişdir. Tibbdə tonik yalnız qaz və xinindən ibarət alkoqolsuz içkidir. Bir zamanlar Britaniya Ost-Hindistan şirkəti toniki alkoqol içki cin ilə qatışdırırlar ki, xinin dadı itsin. Bununla da populyar olan cin-tonik kokteyli meydana çıxır. Xinin hesabına Tonik güclü antibiotik kimi istifadə edilir.
Xocik
Xocik — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocik kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Oykonimin "kiçik kənd" mənasında olması ehtimal edilir. == Tarixi == Yaşayış məntəqəsini İranın Xocik kəndindən köçüb gəlmiş ailələr salmışlar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Xocik kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Xocik Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Xocik kəndi Həkəri çayının sahilindədir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Botnik dənizi
Botnik dənizi - Şimalda Botnik körfəzi ilə Şimali Kvarken boğazı, cənubda Aland dənizi və Arxipelaq dənizi ilə isə Cənubi Kvarken boğazı vastəsilə birrləşir. Bir çox mənbələrdə dəniz Botnik körfəzinin akvatoriyası hesab edilir və dəniz hesab edilmir. Şərqdə Finlandiyanın qərbi, qərbdə isə İsveçin şərq hissəsini yuyur. Dənizin sahəsi 79,000 km² təşkil edir. Maksimum dərinliyi 230 m, orta dərinlik 68 metrdir. Həcmi 4,340 km³, uzunluğu 350 km təşkil edir. Sahillərində Rauma və Rari (Finlandiya), Gövle və Sundsvall (İsveç) şəhərləri yerləşir. Ən iri limanları Umea (İsveç) və Vaasa (Finlandiya).
Lev Tornik
Lev Tornik (yun. Λέων Τορνίκιος) — XI əsr Bizans generalı və zadəganı. O, 1047-ci ildə əmisi, Bizans imperatoru IX Konstantin Monomaxa qarşı üsyan qaldırır. Lev Tornik Frakiyadakı ordusu ilə paytaxt Konstantinopol şəhərinə doğru yürüş etmiş və onu mühasirəyə almışdır. İki uğursuz hücum cəhdindən sonra geri çəkilən Tornikin ordusu fərarilik etmiş, özü isə imperatora sadiq qüvvələr tərəfindən əsir götürülmüşdür. O, 1047-ci ilin Milad bayramında kor edilmişdir. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. == Həyatı == Lev Tornik Adrianopol şəhərində anadan olmuşdur. O, erməni və ya gürcü əsilli tanınmış torniklər zadəgan ailəsinin üzvü idi. Onun həməsri Mixail Psell Lev Torniki "qısaboylu, hiyləgər, qürurlu və iddialı" bir insan kimi təsvir etmişdi.
Qornik təpəsi
Qornik təpəsi (bolq. хълм Горник, ‘Halm Gornik’ \'h&lm 'gor-nik\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 466 m hündürlüklü qaya zirvəsidir. Zirvə şimali Bolqarıstanda yerləşən Qornik şəhərinin adını daşıyır. == Yerləşməsi == Qornik təpəsi 63°37′36″ c. e. 57°51′22″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 3.97 km cənub-qərbdə, Kribul təpəsindən 2.71 km şimal-şərqdə, Marten qayasından 7.25 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Yelena Sotnik
Yelena Sotnik (ukr. Олена Сергіївна Сотник, 21 dekabr 1982, Kiyev) — ukraynalı vəkil, siyasətçi, «Samopomoş» partiyasından Ukrayna Radasının VIII çağırış deputatı. == Təhsili == 2005-ci ildə Ukraynanın Milli Daxili İşlər Akademiyasını bitirib, "Hüquqşunaslıq" ixtisası üzrə diplom alıb. Eyni ildə "Bələdiyyə İdarəşiliyi Akademiyasını" fərqlənmə diplomu ilə bitirir "Menecer-iqtisadçı" ixtisasına yiyələnir. 2011—2012-ci illərdə Ukrayna siyasi araşdırmalar məktəbində təhsil alır (Avropa İttifaqının Ukraynadakı layihəsi). 2012-ci ildə M. P. Draqomanov adına Milli Pedaqoji Universitetin «Psixologiya» fakultəsini bitirir. == Karyera == 1999—2001: "Faktlar və Şərhlər" qəzetinin sosial siyasət və təhsil bölməsinin müxbiri. 2004: «Svema» müəssəsinin Şostka şəhərindəki baş hüquq konsulu. 2005: "SD LTD" ASC-nin hüquq şöbəsinin müdiri. 2006: «Solodko və Həmkarları» hüquq bürosunun icraçı direktoru.
Mixal Qornik
Mixal Qornik (y.sorb Michał Hórnik, alm. Michael Hornig‎; 1 sentyabr 1833 – 22 fevral 1894, Bautzen, Saksoniya) — Sorb alimi, din xadimi və 19-cu əsr Sorb ədəbiyyatının ən mühüm himayədarlarından biri. == Bioqrafiya == Mixal Qornik 1833-cü ildə Kamenets yaxınlığındakı Vorkletsy kəndində anadan olub. Qornik 1847-ci ildə Bautzendə orta məktəbi bitirdikdən sonra Praqadakı Sorb seminariyasına daxil olub. Qornik həmçinin Lesser Town Gimnaziyasında və Çarlz Universitetinin İlahiyyat fakültəsində təhsil alıb. Praqada oxuyarkən Sorbia seminariyasında fəaliyyət göstərən "Serbovka" tələbə dərnəyinin üzvü, sonra isə rəhbəri olub. 1852-ci ildə "Tydźeńske Nowiny" qəzetində ilk ədəbi əsəri olan "Brançeleji" nəşr etdirdi. Praqada tələbə olarkən o, Serbovka qardaşlığı tərəfindən nəşr olunan "Kwětki" ədəbi jurnalında 40-a yaxın şeir və tərcümələrini, o cümlədən "İqorun kampaniyası haqqında nağıl"ın Yuxarı Sorb dilinə tərcüməsini dərc etdirib. 1856-cı ildə vətənə qayıdır və 24 sentyabr 1856-cı ildə keşiş təyin edilir. 1871-ci ildə Bautzendəki Müqəddəs Məryəm kilsəsinin rektoru təyin edilir.
Kirpi Sonik
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Monik (personaj)
Monik (ing. Monique) - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. == Xarakteristika == Kim Possiblın ən yaxşı qız dostudur. Demək olar ki, Monik personajına bütün seriyalarda rast gəlmək olar. İlk seriyada Monik Kim Possibl ilə görüşən zaman gözləri nisbətən balaca idi. Lakin sonrakı mövsümlərdə Monikin gözləri əvvəlki seriyalardakı gözlərinə nisbətən daha böyük və aydın idi. Kim Possibl, adətən, boş vaxtlarını Moniklə keçirir. Monik isə ona önəmli tövsiyələr verir. Monikin tövsiyələri Kim Possibla məktəbdə və şəxsi həyatında böyük rol oynayır. Monik "Banan Klubu"nda paltar dizayneri vəzifəsində çalışır.
Novik adası
Novik — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şimal-şərq qurtaracağında yerləşən Qvardeysev burnundan 600 m şimalda yerləşir. Dairəvi formaya malikdir. Diametri 250 m təşkil edir. Sahillərində dərinlik 43 metrdir. Ada 1962-ci ildə II panq kreyseri olan «Novikin» şərəfinə adlandırılmışdır.
Robert Nozik
Robert Nozik (16 noyabr 1938[…], Bruklin, Nyu-York ştatı – 23 yanvar 2002[…], Kembric, Massaçusets) — Amerikalı filosof, "Anarxiya, Dövlət və Ütopiya" kitabı ilə tanınır. == Həyatı == Robert Nozik, miqrant bir ailənin övladı olaraq Bruklində doğulmuşdur. Nozik 1959-cu ildə Kolumbiya Universitetindən məzun olarkən sosialist görüşlü və solçu qruplaşmalarından birinin üzvü idi. Daha sonra siyasi fikirləri Prinston,Oksford və Rokfeller universitetlərində işlədikdən sonra 1965-ci ildə Harvard universitetinə qəbul olmuşdur.1969-da fəlsəfə professoru olmuş və ömrünün sonuna kimi orada işləmişdir.
Sonik (personaj)
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
İonik order
İonik order — (yun. Ιωνικός ρυθμός) Qədim Yunanıstanda mövcud olan klassik orderlərdən biri. Daha qədim dorik orderdən zərifliyinə və mürəkkəbliyinə görə fərqlənir. Buna görədə Qədim Yunanıstanda onu dorik orderdən («kişi») fərqli olaraq "qadına" bənzədirlər Dekorativliyinə və kapitelin görünüşünə görə diqqəti cəlb edir. == Tarixi == İonik orderin vətəni İoniya hesab olunur. İoniyalılarda, dorilər, axeylər və eoliyalılar kimi Qədim Yunan tayfalarından biri hesab olnur. İlk ionik order nümunəsi e.ə. VI əsrə təsadüf edilir. Vitruviyə görə bu order ilk dəfə «Dünyanın yeddi möcüzəsi»ndən biri hesab olunan Artemida məbədidinin tikintisi zamanı tədbiq olunub. Digər fikirlərə görə ilk ionik order nümunələrindən biri Samos adasında olan Heranın məbədi hesab olunur.
Noetik Elmlər İnstitutu
Noetik Elmlər İnstitutu ( IONS ) Amerika qeyri-kommersiya parapsixoloji tədqiqat institutudur. Təsisat 1973-cü ildə keçmiş astronavt Edqar Mitçel, investor Paul N. Temple və paranormal hadisələrlə maraqlanan digər şəxslərlə birlikdə noetika və insan potensialları ilə bağlı araşdırmaları təşviq etmək və aparmaq üçün təsis edilmişdir. İnstitut spontan remissiya, meditasiya, şüur, alternativ müalicə üsulları, şüura əsaslanan sağlamlıq xidməti, spiritualizm, insan potensialı, psixi qabiliyyətlər, psixokinez, ölümdən sonra həyat və şüurun sağalması kimi mövzularda tədqiqatlar aparır. İnstitut, fiziki və psixi sağlamlıq faydalarının meditasiya və yoqa ilə əlaqəli olub-olmaması ilə bağlı 6500-dən çox məqaləyə istinadla İnternetdə mövcud olan pulsuz istifadə üçün bazasını saxlayır. Baş ofisi Kaliforniyanın Petaluma şəhərinin xaricində yerləşən IONS 81 hektar ərazidə yerləşir. Onun hazırkı direktoru Claire Lachance-dir. == Tarixi == Edqar Mitçel, 1971-ci ildə Apollon 14 Aya eniş etdikdən sonra Yerə qayıdarkən böyük bir təcrübə yaşadığını bildirdi. O, həmçinin kosmosa uçuş zamanı yerdəki dostları ilə ekstrasensorik təcrübələr apardığını deyirdi. 1973-cü ildə investor Paul N. Temple və digərləri ilə birlikdə Mitçel Noetik Elmlər İnstitutunun (IONS) həmtəsisçisi oldu. 1973-cü ildə qeyri-kommersiya təşkilatı kimi təsis edilmişdir.
Kirpi Sonik (film)
Kirpi Sonik Ceff Fowler tərəfindən çəkilmiş 2020 aksiya-macəra komediya filmidir (bədii rejissorluq debütündə) və Sega tərəfindən nəşr edilən videooyun franchise əsasında Pat Casey və Cosh Miller tərəfindən yazılmışdır. Filmdə Ben Şvarts Sonicin səsi kimi James Marsden, Tika Sumpter və Cim Carreydən ibarət heyətin qalan hissəsi çəkilir. Bu, planlaşdırılan Kirpi Sonic film seriyasının ilk hissəsidir. Film Kirpi Sonik (səsləndirən Şvarts), yerli şəhər şerifi Tom Vaçovski (Marsden) ilə birlikdə pis dəli alimi dayandırmaq üçün səsdən yüksək sürətlə qaça bilən kirpidən bəhs edir. Dr. Robotnik (Kerrey), Yer kürəsini fəth etmək üçün Sonic-in super güclərindən istifadə etməyə çalışır. Kirpi Sonik 2 adlı davam filminin 8 aprel 2022-ci ildə buraxılması planlaşdırılır. == Süjet == Uzaq bir planetdə Sonik antropomorfik mavi kirpi fövqəlsonik sürətlə qaça bilir, echidnalar qəbiləsi tərəfindən təqib edilir. onun gücü. Onun qəyyumu Longclaw the Bayquş ona bir çanta üzüklər verir ki, bu da digər planetlərə keçid açır.
Kirpi Sonik 2
Kirpi Sonik 2 rejissoru Ceff Fauler və ssenari müəllifi Pat Casey, Cosh Miller və macəra komediya filmi qarşıdan gələn macəra komediya filmidir. John Whittington, Sega tərəfindən nəşr edilən eyni adlı videooyun franşizasına əsaslanan və Kirpi Sonik (2020). Baş rollarda Ben Şvarts, Kollin O'Şonessi, İdris Elba, James Marsden, Tika Sumpter, Nataşa Rothwell, Adam Pally, Şemar Mur və Cim Kerri. Bu, Kirpi Sonic film seriyasının ikinci hissəsidir. Film Sonik və Quyruqlar-ın qarşısını almağa çalışdıqlarını izləyir və Usta Zümrüdü tapmaqdan Echidna'yı Knuckles. == Müqəddəs == ilk film hadisələrindən sonra Sonik qəhrəman kimi iz buraxmaqda qərarlıdır və Tom və Tom ilə birlikdə Yaşıl Hillsdə qalmağa qərar verir. Maddie tətilə get. Doktor Eggman Echidna Knuckles, Sonic və onun yeni dostu Tails (Sonic the Sonic) köməyi ilə dünyanı fəth etmək və Sonicdən intiqam almaq üçün Usta Zümrüd axtarışında göbələk planetindən qayıdır. Hedgehog)|Miles "Tails" Prower]] zümrüd yanlış əllərə keçmədən onu tapmaq üçün yola çıxdı.
Onik Qasparyan
Onik Viktori Qasparyan (erm: Օնիկ Վիկտորի Գասպարյան; 6 yanvar 1970, Karvansaray) — Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi olan erməni general-polkovnik. == Tərcümeyi-halı == 1970-ci ilin yanvar ayında anadan olub. 1976–1985-ci illərdə İcevan şəhərindəki 5 nömrəli orta məktəbdə və 1985–1986-cı illərdə İrəvandakı 147 nömrəli orta məktəbdə oxuyub. 1993-cü ildə Ermənistan Ordusuna qoşulub. Daha əvvəl 1988-ci ildən Sovet Silahlı Qüvvələrində xidmət etmişdir. İlk karyerasında İcevandakı Saro dəstəsinin tərkibində Ermənistanın müdafiəsində iştirak etmişdir. 1994-cü ildə döyüş tapşırığını yerinə yetirərkən minanın partlaması nəticəsində ağır yaralanıb. 90-cı illərin ortalarında Rusiya Müdafiə Nazirliyinin Vistrel Ali Zabit Kurslarında oxudu. 1998–2001-ci illərdə Rusiyanın Rusiya Kombinasiya edilmiş Silahlar Akademiyasında oxuyub və fərqlənmə diplomu ilə oranı bitirib. 2001–2005-ci illərdə 68617 saylı hərbi hissəyə köçürülməzdən əvvəl xidmət göstərmiş olduğu 51191 saylı hərbi hissənin komandiri olmuşdur.
Noni Madueke
Noni Madueke (10 mart 2002, Barnet borosu, Böyük London) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsinin futbolçusu.
Kirpi Sonik (film, 2020)
Kirpi Sonik Ceff Fowler tərəfindən çəkilmiş 2020 aksiya-macəra komediya filmidir (bədii rejissorluq debütündə) və Sega tərəfindən nəşr edilən videooyun franchise əsasında Pat Casey və Cosh Miller tərəfindən yazılmışdır. Filmdə Ben Şvarts Sonicin səsi kimi James Marsden, Tika Sumpter və Cim Carreydən ibarət heyətin qalan hissəsi çəkilir. Bu, planlaşdırılan Kirpi Sonic film seriyasının ilk hissəsidir. Film Kirpi Sonik (səsləndirən Şvarts), yerli şəhər şerifi Tom Vaçovski (Marsden) ilə birlikdə pis dəli alimi dayandırmaq üçün səsdən yüksək sürətlə qaça bilən kirpidən bəhs edir. Dr. Robotnik (Kerrey), Yer kürəsini fəth etmək üçün Sonic-in super güclərindən istifadə etməyə çalışır. Kirpi Sonik 2 adlı davam filminin 8 aprel 2022-ci ildə buraxılması planlaşdırılır. == Süjet == Uzaq bir planetdə Sonik antropomorfik mavi kirpi fövqəlsonik sürətlə qaça bilir, echidnalar qəbiləsi tərəfindən təqib edilir. onun gücü. Onun qəyyumu Longclaw the Bayquş ona bir çanta üzüklər verir ki, bu da digər planetlərə keçid açır.
Kirpi Sonik (oyun personajı)
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Kirpi Sonik 2 (film, 2022)