Monik | ||
Ümumi məlumatlar | ||
---|---|---|
Adı: Monik | ||
Orijinal adı: ing. Monique | ||
Yaradıcı: Mark MakKorkl və Bob Şuli | ||
İlk görünüş: Ağrı Kralı Kleopatraya qarşı | ||
Yarandığı il: 2002 | ||
Səsləndirən: Raven Simone | ||
Xüsusiyyətləri | ||
Ailə: | ||
Cins: Qadın | ||
Saçının rəngi: Qara | ||
Gözünün rəngi: Qara | ||
Dərinin rəngi: Ağ | ||
Boyu: Bilinmir | ||
Çəkisi: Bilinmir | ||
Dostları: Kim Possibl, Ron Stoppabl, Rufus, Ueyd Load | ||
Düşmənləri: Həkim Drakken, Şiqo | ||
Gücü: Sehrli gücü yoxdur | ||
Ləqəbləri: yoxdur | ||
Görünüş: İnsan | ||
Vətəndaşlıq: ABŞ | ||
Məşğuliyyəti: Tələbə | ||
Dünya: Yaxşı |
Monik (ing. Monique) - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir.
Kim Possiblın ən yaxşı qız dostudur. Demək olar ki, Monik personajına bütün seriyalarda rast gəlmək olar. İlk seriyada Monik Kim Possibl ilə görüşən zaman gözləri nisbətən balaca idi. Lakin sonrakı mövsümlərdə Monikin gözləri əvvəlki seriyalardakı gözlərinə nisbətən daha böyük və aydın idi. Kim Possibl, adətən, boş vaxtlarını Moniklə keçirir. Monik isə ona önəmli tövsiyələr verir. Monikin tövsiyələri Kim Possibla məktəbdə və şəxsi həyatında böyük rol oynayır. Monik "Banan Klubu"nda paltar dizayneri vəzifəsində çalışır.
Serialda Monikin ailəsi haqqında çox az məlumat vardır. Yalnız onun qardaşı haqqında məlumat verilir. Monik həmişə oğlanlarla yaxşı münasibət qurmamasından şikayətlənir. Bir dəfə Monik ilə Ueyd arasında sevgi hissləri yaranır. Lakin onların sevgisi uğursuzluqla başa çatır. Monik və Kim seriyaların birində Hirotakuya aşiq olurlar. Hətta onlar Hirotaku uğrunda mübahisə edirlər. Seriyanın sonunda isə Monik və Kim Possibl barışırlar. Monik musiqinin Hip-Hop janrı ilə maraqlanır. Kim Possiblın komandasına daxil olmasa da, onun əməliyyatlarında iştirak edir. Monik Kim Possibla yaxşı paltarlar təklif edir. Monik Rufusla birlikdə onun əməliyyatları üçün yeni kostyum düzəldirlər. Əməliyyatlarda Kim Possibla yardım edən zaman çox vaxtı mübahisə baş verir. Bu isə Monikin hobbisidir.