İonik order

İonik order. 1. Antablement. 2. Sütun. 3. Karniz. 4. Friz. 5. Arxitrav. 6. Kapitel (abaka və spiral). 7. Gövdə. 8. Təməl. 9. Stilobat. 10. Stereobat

İonik order — (yun. Ιωνικός ρυθμός) Qədim Yunanıstanda mövcud olan klassik orderlərdən biri. Daha qədim dorik orderdən zərifliyinə və mürəkkəbliyinə görə fərqlənir. Buna görədə Qədim Yunanıstanda onu dorik orderdən («kişi») fərqli olaraq "qadına" bənzədirlər[1] Dekorativliyinə və kapitelin görünüşünə görə diqqəti cəlb edir.

Artemida məbədinin modeli. Türkiyə

İonik orderin vətəni İoniya hesab olunur. İoniyalılarda, dorilər, axeyləreoliyalılar kimi Qədim Yunan tayfalarından biri hesab olnur. İlk ionik order nümunəsi e.ə. VI əsrə təsadüf edilir[2].

Vitruviyə görə bu order ilk dəfə «Dünyanın yeddi möcüzəsi»ndən biri hesab olunan Artemida məbədidinin tikintisi zamanı tədbiq olunub[3]. Digər fikirlərə görə ilk ionik order nümunələrindən biri Samos adasında olan Heranın məbədi hesab olunur[2]. Hansı ki, zəlzələ zamanı dağılmışdır. Tədricən ionik order bütün Qədim Yunanıstana yayıldı.

İonik üslub daha çox lotos stilini xatırladır. Hansı ki, ilk dəfə Misirdə Qədim padşahlıqda tətbiq olunmuşdur[4]. İntibah dövründə ionik order interpretasiya edilərək kitabxanaların, məhkəmələrin və digər binaların inşasında istifadə edilmişdir[5].

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Diana məbədində stunların kannelurlararı. Portuqaliya
İonik orderin quruluşu

Digər memarlıq orderlərindən ionik order hissələrinin daha dəqiq nisbətinə və zərif dekorativ elementlərinin çoxluğuna görə fərqlənir[6]. Orderin diqqət çəkən cəhətlərdən biridə sütunun üç hissəyə bölünməsi və kapitelin özünə məxsus formaya malik olmasıdır. İonik orderin sütunu təməl, gövdə və kapiteldən ibarətdir[7]. Stunların hündürlüyü onun aşağı hissəsinin diametrinin yeddi və ya onqatına bərabərdir[8].

Sütunun təməl hissəsi pedestal üzərində və ya onsuz olur. İonik orderin təməl hissəsi öz mürəkkəbliyi ilə fərqlənir. Təməl hissədə olan iki, üç dairəvi-qabarıq vallar tədricən gövdəyə birləşir.

Sütunun gövdə hissəsi horizontal novlardan (yiv) ibarətdir. Bu novlara memarlıqda kannelyura (fr. cannelure) deyilir[9] İlk dəfə kannelure Qədim Misirdə tətbiq olunub. Sonradan bütün antik memarlıq orderlərində istifadə edilirdi. Bir tək toskaniya orderində olmur. Dorik orderdə 20 kannelura olsa da, ionik orderdə bu say 24 - də çatdırılıb[10]

Kapitelin özəlliyi hər iki tərfdən spiral şəkilli ornametdən ibarət olmasıdır. Bu ornament adətən «voluta» (it. voluta — spiral, burğu) adlandırılır. Kənarlardan «voluta» balastura ilə hüdudlanır ki, buda ionik kapitelə məxsus fərqli formadır. Kapitelin hissələrindən biridə exindir. O abaka ilə sütun arasında yerləşir və adətən ionik ornamentlə bəzədilir.

Antablement erkən dövürlərdə ancaq arxitravkarnizdən ibarət olmuşdur. Arxitravın əsasını isə bir-birinin üzərində yerləşən üç fasya təşkil edir. İonik orderin sonrakı formalarında karnizdən sonra friz hissəsinində olması xarakterikdir[11]. Antablement adətən üçbucaq şəkilli fronton ilə bitir.

Attik ionik order nümunəsi.Afina

İonik orderin iki fərqli formalası var: Kiçikasiya və attik. Birincisi əsas order hesab olunur, digəri isə onun modifikasiya olunmuş formasıdır.

Kiçikasiya ionik orderi

[redaktə | mənbəni redaktə et]

Bu orderin təməlinin əsasını iki hissə təşkil edir:

  1. Silindirşəkilli təməl.
  2. Torus.

Təməl demək olar ki, aşağıya doğru genişlənmir və quruluşu yetərincə mürəkkəbdir. Antablement karniz və arxitravdan ibarətdir. Başqa fərqləndirici cəhətlərdən biri də sima hissəsinin zəngin ornament nümunələri ilə bəzədilməsidir.

Attik ionik order

[redaktə | mənbəni redaktə et]

Bu stilin formalaşmasının stimulu Attika memearlarığından gəlmişdir. Kiçikasiya variantından fərqli olaraq attik ionik orderin təməli aşağıya doğru genişlənir. Buda yükün aşağıya ötürülməsinə şərait yaradır. Onunda təməli iki hissədən ibarət olub əlavə olaraq iki ayrı torus seksiyasından təşkil olunub. Bura da plint vacib element sayılmır.

Antablement kiçikasiya orderindən fərqli olaraq üç hissədən ibarətdir. Attik orderdə friz triqlifmetopaya ayrılmır. Sütunların forması demək olar ki, kiçikasiya sütunlarından fərqlənmir[12]

  1. "ИОНИЧЕСКИЙ ОРДЕР". 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.
  2. 1 2 "Ионический ордер: изящность в монументальности". 2016-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.
  3. "Ионийский (ионический) ордер". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.
  4. Charles Freeman, L'héritage de l'ancienne Eygpte, éd Celiv, 1997, page 144
  5. Summerson. 1963
  6. Джесси Рассел «Ионический ордер».Изд."VSD" (2013).ISBN 978-5-5096-1714-0
  7. "Ионический ордер". 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.
  8. "ОРДЕР АРХИТЕКТУРНЫЙ". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.
  9. Каннелюра // Крысин Л.П. Толковый словарь иноязычных слов. — М.: Эксмо, 2008. — 944 с.[ölü keçid]
  10. "КАННЕЛЮРЫ". 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
  11. ""Frieze". Encyclopædia Britannica (11th ed.). 1911". 2020-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.
  12. Виньола. Правило пяти ордеров архитектуры. М.: Архитектура-С, 2005.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]