Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Odin
Odin və ya Votan (q.skan. Óðinn) — German-skandinav mifologiyasında baş tanrı. Valhallanın sahibi. German mifologiyasındakı "Woden" və "Wodanaz" ilə bənzərlikləri vardır. Adı "təhrik", "hiddət" və "şeir" mənasını verən "óðr"dan gəlir. Skandinaviya panteonundakı digər bir çox ilahi varlıq kimi mürəkkəb bir rola malikdir; döyüş və müdriklik tanrısıdır. Bundan əlavə, cadu, zəfər və ov tanrısı kimi də tanınır. Günəş və kelt xaçı ilə simvolizə edilir. == Tanrıların atası == Tanrıların atası (Allfather — Hər kəsin atası); Asqarddakı sarayı "Valaskjalf"da (qətlə yetirilmişlərin sığınacağı) "Hlidskjalf" (taxtı) yerləşir. Bu taxtdan doqquz diyarda baş verən bütün hadisələri izləyir.
Oni
Oni (bələdiyyə) — Fransada bələdiyyə. Oni (şəhər) — Gürcüstanda şəhər. Oni (iblis) — yapon mifologiyasında iblis.
Odi
Odi (ing. Odie) — Cim Devisin yaratdığı "Qarfild" karikaturalarında görünən uydurma it. O, "Qarfild və dostları" cizgi serialında, həmçinin "Qarfildin şousu" animasiya teleserialında görünüb. == Haqqında == Odi sarı tüklü, qəhvəyi qulaqlı və qara quyruğu olan bir itdir. Əvvəlcə onun qulaqları tamamilə qara idi, lakin 1979-cu ildə Peanuts komiksindəki Snupi ilə çaşqınlığın qarşısını almaq üçün bu dəyişdirildi. Odi 2004-cü ildə çəkilmiş film adaptasiyasında dachshund və terrier cinslərinin qarışığı kimi göstərilib. Odinin iri dili və sulu ağızı var. 1997-ci ilin oktyabrında onun personajında dəyişiklik edildi və o, Qarfild kimi dörd ayaq əvəzində iki ayaq üstə yeriməyə başladı. Odi rəqs etmə bacarığı ilə bilinir. Əvvəlki karikaturalarda Qarfild Odini zəhlətökən bir it kimi görür, lakin zaman keçdikcə ona qarşı daha yaxşı rəftar edir.
Dagestanskiye Oqni
Dağıstan İşıqları (rus. Дагестанские Огни, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр, aqul. Дагъустандин Цlаяр) ― Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə, Baraftau dağından şimal-şərqdə, paytaxt Mahaçqalanın 118 kilometr cənub-şərqində yerləşir. Coğrafi baxımdan Dərbənd rayonunun keçmiş ərazisində qurulub və onun tərəfindən tamamilə əhatə edilib. Dərbənd şəhərinə yaxınlığı baxmından Dərbəndin "peyk şəhəri" də hesab edilir. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir. Tarix boyu bura təbii qaz yataqları ilə bölgədə məşhur idi.
Daqestanskiye Oqni

Odri Hepbern
Odri Hepbern (ing. Audrey Hepburn, tələffüz olunur /ˈhebən/ və ya /ˈhebə:n/ həmişə birinci hecada vurğu, doğum adı Odri Ketlin Ratson, ing. Audrey Kathleen Ruston; 4 may 1929[…], Brüssel – 20 yanvar 1993[…], Toloşenaz[d], Vo kantonu) — ingilis aktrisa, fotomodel, rəqqasə və humanitar fəal. Karyerası Hollivudun Qızıl Dövründə zirvəyə yüksəlmiş kino sənayesi və üslubunun məşhur simvolu. Odri Hepbern Amerika Film İnstitutu tərəfindən Amerika kinosunun üçüncü ən böyük aktrisası seçilmişdir. Brüssel paytaxt bölgəsindəki bir kommuna olan İkseldə anadan olan Hepbern uşaqlığını və yeniyetməlik dövrünü Hollandiyada, II Dünya Müharibəsi əsnasında Nasist Almaniyası tərəfindən işğal edilən Arnemdə yaşayırdı. Orada balet təhsili almışdır və 1948-ci ildə Londona köçmüş və burada yerli teatrların səhnəsində rəqqasə kimi işə başlamışdır. Bir neçə Avropa filmində rol almış Odri, Brodvey istehsalında Jiji baş rol üçün onu seçən Kolettin diqqətini çəkdi. 1952-ci ildə Hepbern, Amerikan "Roma tətilləri" filmində (1953) rol aldı, buna görə Akademiya mükafatların layiq görülmüşdür (daha sonra 1955, 1960, 1962 və 1968-ci illərdə də namizəd oldu), Qızıl Qlobus və BAFTA. 1954-cü ildə Brodvey istehsalındakı Undina performansına görə Toni Mükafatını qazanmışdır (1954). == Həyatı == Ötən əsrin 60-cı illərindən bu günə kimi sevilən amerikalı kinoulduz Odri Hepbern XX əsr'də dünyanın 10 ən gözəl aktrisası sırasında yer alıb.
Odri Hepbörn

Odri Hollander
Odri Hollander (4 noyabr 1979, Luisvill, Kentukki) — ABŞ pornoaktrisası. Çikaqo Universitetinin məzunudur. == Karyerası == 2003-cü ildən pornoqrafiya sənayesində fəaliyyət göstərir, Holllander indiyə kimi 200-dən artıq filmdə çəkilib.
Odri Totu
Odri Totu (fr. Audrey Tautou [odʁɛ totu]) (9 avqust 1976, Bomon) — Fransalı aktrisa. Populyarlıq ona "Ameli" (2001), "Da Vinçi şifrəsi" (2006) və "Koko do Şanel" (2009) filmlərində almış baş rolları gətirdi. == Həyatı == Odrinin atası diş həkimi, anası isə savadsızlığa qarşı Assosiasiyasının üzvü idi. Uşaqlıqda Odri biologiya ilə çox maraqlanırdı, ancaq valideynləri ona oxuduğu liseydə teatr təlimlər dərslərinə getməyi məsləhət gördülər. Odri fortepiano və qoboy dərsləri üzrə musiqi məktəbini bitirib. Alman və ingilis dillərini yaxşı bilir. Onun boyu 160 sm.-dir. == Filmoqrafiya == 1996: Cœur de cible (TV) 1997: La vérité est un vilain défaut (TV) 1998: Bébés boum (TV) 1998: Chaos technique (TV) 1998: Kastinq: Archi-iyrənc 1998: Köhnə hasar 1999: Le Boiteux: Baby blues (TV) 1999: Ölmək kədərlidir 1999: Venera gözəllik salonu (Vénus beauté (institut)) 2000: Əxlaqsız (film, 2000) (Le libertin) 2001: Tanrı böyükdür, mən - balaca (film, 2001) (Dieu est grand, je suis toute petite) 2001: Ameli (Le fabuleux destin d’Amélie Poulain) 2002: Çirkli yaraşıq (film, 2002) (Dirty Pretty Things) 2002: Sevir...sevmir?
Rodni Uilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. == Həyatı == Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Rodni Vilyams

Vodnı adası
Vodnı adası — ada Rostov vilayəti ərazisində yerləşən Manıç-Qudila gölünün daxilində yerləşən ada. == Coğrafiyası == Ada aypara formasına malikdir. Ada 12 km uzunluğa və 4 km enə malikdir. Burada yaşayış yoxdur. Adada kiçik kərpiç tikili vardır. Bu tikilini Rostov qoruğunun əməkdaşları tərəfindən inşa edilmişdir. Adada ağaclara demək olar ki, rast gəlinmir. Ancaq ada boyunca at kəllə və sümüklərinə rast gəlinir. Ada 1948-ci ildə meydana gəlmişdir. 1936-ci ildə Kuban və Erolık çaylarının birləşdirilməsindən sonra geniş əkin sahəsi suyun altında qalmışdı.
Odri Azulay
Odri Azulay (fr. Audrey Azoulay; 4 avqust 1972[…]) — Mərakeş əsilli fransız siyasətçi və dövlət xadimi, 15 noyabr 2017-ci ildən YUNESKO-nun baş direktoru. Fransanın mədəniyyət və kommunikasiya naziri (2016–2017). == Həyatı == === Erkən illər === O, 4 avqust 1972-ci ildə Parisin ətrafı La Celle-Saint-Cloud[fr]-də Mərakeş əsilli yəhudi ailəsində anadan olub. Onun əcdadları Essaouira şəhərində yaşayırdılar. Audrey Azoulay, Mərakeş kralı II Həsənin müşaviri Andre Azulanın qızıdır (uşaqlıqda Odri məktəb tətillərini Mərakeşin kral sarayında keçirirdi). Paris-Dauphine Universitetində elmlər magistri və Lancaster Universitetində MBA dərəcəsi almışdır. Parisdəki Siyasi Araşdırmalar İnstitutunu və Milli İdarəçilik Məktəbini bitirmişdir. === Siyasi karyera === 2000-ci ildə Milli İdarəçilik Məktəbini bitirdikdən sonra İl-de-Frans regionunun Hesablama Palatasında çalışıb və Dövlət Xidmətlərinin Qiymətinə və Səmərəliliyinə Nəzarət Komitəsinin üzvü olub. 2006-cı ildə Milli Kino və Animasiya Mərkəzinə[fr] köçdü və orada audiovizual şöbəyə rəhbərlik etdi.
Oni (bələdiyyə)
Oni (fr. Osny) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Serji. Əhalisi — 16.274 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimal-qərbdə, Serji belediyyənin 4 km şimalda yerləşir.
Oni (iblis)
Oni (yap. 鬼) — yapon mifologiyasında qırmızı, mavi və qara dəriyə malik olan, cəhənnəmin yaponlarda analoqu olan Ciqokuda yaşayan, böyük caynaqları və buynuzu olan insanabənzər iblisdir. Oninin Avropadakı analoqu şeytan və cindir. Oni çox güclü və çətin öldürüləndir. Beləki bədəninin kəsilmiş hissələrinin yerində yenisi çıxır. Döyüşdə tikanları olan dəmir əmuddan — kanabodan istifadə eləyir. Pələng dərisindən hazırlanan fundosi adlanan yan sarğı geyinirlər. Axmağa bənzər xarici görünüşünə baxmayaraq, oni çox hiyləgər və ağıllıdır, həmçinin, insanlara çevrilməyi bacarır. İnsan ətini xoşlayır. Bəzi əfsanələrdə, onların soyaya nifrət eləməsi bildirilir.
Oni (şəhər)
Oni — Qərbi Gürcüstanda şəhər. Dərin vadidə Rioni çayının sol sahilində yerləşir. Oni Bələdiyyəsinin inzibati mərkəzidir Dəniz səviyyəsindən 830m, Tbilisidən 210 km uzaqda yerləşir. == Tarixi == Oni mənbələrdə ilk dəfə XV-XVI əsrlərdə qeyd olunur. Feodal şəhəri Oninin iqtisadi əhəmiyyəti orta əsrlərdə böyüdü. Raçanın əhəmiyyətli ticarət nöqtəsi inkişaf etdirildi və sənətkarlıq inkişaf etdi. 1846-cı ildən Kutaisi vilayətinin Raça Mazur inzibati mərkəzi var idi. Oni ərazisində bürünc baltalar (Tunc dövrü) tapılmışdır. Şəhərin sənaye müəssisələri, səhiyyə, təhsil və mədəniyyət müəssisələri var. Oni Nikorcminda yeparxiyasının iqamətgahıdır.
Oddi Altarı (Rafael)
Oddi Altar (it. Pala degli Oddi) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502 - 1504 - ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Oddi Altar əsəri hal-hazırda Vatikanda Vatikan muzeyində saxlanılır.
Odri Hepbernin filmoqrafiyası
Odri Hepbern (d 4 may 1929 – ö 20 yanvar 1993) — 1948–1993-cü illərdə olduqca geniş kino, televiziya və səhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir. Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır. Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır. Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu. O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi. İki ildən sonra o, "Jiji" tamaşasında əsas qəhrəmanı ifa etməklə Brodveydə debütə imza atır. Odri Hepbernin Hollivudda ilk işi isə 1953-cü ildə Uilyam Uaylerin çəkdiyi "Roma tətilləri" filmində saraydan qaçmış şahzadə qız rolu oldu. Qreqori Peklə tərəf-müqabil kimi çəkilməsi aktrisanı bu sahədə ulduza çevirdi. Bu filmdəki ifasına görə aktrisa "Ən yaxşı qadın roluna görə" nominasiyasında "Oskar", "Ən yaxşı Britaniyalı aktrisa" nominasiyasında BAFTA və "Dram filmində ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatlarına layiq görüldü.
Oddi sfinktoru disfunksiyası
Oddi sfinktoru disfunksiyası — Oddi sfinktorunun daşla yox, üzvi (fibroz, iltihab) və ya funksional (spazm) səbəblərdən tıxanması disfunksiya adlanır. Hərçənd ki, disfunksiya ilə birlikdə daş da rastlana bilər. Oddi sfinktoru disfunksiyası (OSD) ödün və / və ya pankreas şirəsinin onikibarmaq bağırsağa axınını əngəlləyərək xolestaza, xoledox genişlənməsinə, qaraciyər zədələnməsinə, pankreatitə və öd sancısına səbəb olur.
Naşa Dni (qəzet)
Naşa Dni — Liberal məsləkli gündəlik qəzet. 1904-cü il dekabrın 18-dən (31-dən) 1905-ci il fevralın 5-dək (18-dək) Peterburqda nəşr edilmişdir; 1905-ci il dekabrın 7-də (20-də) qəzetin nəşri davam etdirilmiş, lakin ikicə nömrəsi çıxmışdır. == Həmçinin bax == Naşa Jizn (qəzet) == Mənbə == V. İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 147.
Odri Hepbern ekranda və səhnədə
Odri Hepbern (d 4 may 1929 – ö 20 yanvar 1993) — 1948–1993-cü illərdə olduqca geniş kino, televiziya və səhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir. Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır. Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır. Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu. O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi. İki ildən sonra o, "Jiji" tamaşasında əsas qəhrəmanı ifa etməklə Brodveydə debütə imza atır. Odri Hepbernin Hollivudda ilk işi isə 1953-cü ildə Uilyam Uaylerin çəkdiyi "Roma tətilləri" filmində saraydan qaçmış şahzadə qız rolu oldu. Qreqori Peklə tərəf-müqabil kimi çəkilməsi aktrisanı bu sahədə ulduza çevirdi. Bu filmdəki ifasına görə aktrisa "Ən yaxşı qadın roluna görə" nominasiyasında "Oskar", "Ən yaxşı Britaniyalı aktrisa" nominasiyasında BAFTA və "Dram filmində ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatlarına layiq görüldü.
ADNA
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
ADİN
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Alnı
Alnı — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,739 nəfər yaşayır (1,197 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Andi
ANDİ (AND) — İrəvan xanlığının Vedibasar mahalında (indiki Ararat rayonu) kənd adı. == Tarixi == 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır. Ermənistandakı türk mənşəli qədim adlardandır. 765-ci ilə aid ermənicə mənbədə Taçat Andzevatsi naharar adının çəkilməsi And toponiminin orada VIII əsrdə mövcud olduğunu göstərir. Alagöz (ermənicə Araqadz) dağının dərəsində Andzin kənd adını Favst Buzand (Vəsr) qeyd etmişdir. (Favst Buzand, III kitab, 24-cü fəsil). Bu müəllif Ərməniyədə Andmiş qala adını da çəkir. == Toponomik izahı == "And" sözünün iştirak etdiyi ən qədim toponim II Sarqonun (er. əv. 720–705) assurca kitabəsində Cənubi Azərbaycan ərazisində, indiki Qızılüzən çayı hövzələrində Andiya əyalətinin adı ilə qeydə alınmışdır.
Aqni
Aqni (sanskr. अग्नि) — qədim hind veda dinində od tanrısı. Ad sanskrit dilindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Kramrisch, Stella; Burnier, Raymond. The Hindu Temple. Motilal Banarsidass. 1976. səh. 92. ISBN 978-81-208-0223-0.
Bjni
Bicni — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Zəngi çayının sağ tərəfində, Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Beçni formasında, Qafqazın 5 verstlik xəritəsində Bicni kimi qeyd edilmişdir. == Toponimi == Toponim beçenek türk tayfasının adı əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Bjni, beçenək etnoniminin ərəb dilində yazılış formasıdır. == Əhalisi == Kəndin yerli əhalisi azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829–30-cu illərdə, eləcə də 1915–27-ci illərdə Türkiyənin Bolis, Van bölgələrindən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 685 nəfər, 1908-ci ildə 826 nəfər, 1914-cü ildə 1176 nəfər, 1916-cı ildə 1309 nəfər azərbaycanlı yaşamışdır. 1918–20-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur.