Bjni

Bicni İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd.[2]

Kənd
Bjni
Bicni
40°27′34″ şm. e. 44°38′55″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərəçiçək mahalı
Rayon Axta rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.550 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.547 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Bjni Bicni xəritədə
Bjni Bicni
Bjni
Bicni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 9 km cənub-qərbdə, Zəngi çayının sağ tərəfində, Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Beçni formasında[3], Qafqazın 5 verstlik xəritəsində Bicni kimi[4] qeyd edilmişdir.

Toponim beçenek türk tayfasının adı əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Bjni, beçenək etnoniminin ərəb dilində yazılış formasıdır.

Kəndin yerli əhalisi azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829–30-cu illərdə, eləcə də 1915–27-ci illərdə Türkiyənin Bolis, Van bölgələrindən köçürülmüşdür[5]. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 685 nəfər, 1908-ci ildə 826 nəfər, 1914-cü ildə 1176 nəfər, 1916-cı ildə 1309 nəfər azərbaycanlı yaşamışdır[6]. 1918–20-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra (1922-ci ildən sonra) azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1926-cı ildə kənddə 48 nəfər, 1931-ci ildə 64 nəfər azərbaycanlı yaşamışdır[7]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə azrbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi yalnız ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.36
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.34
  5. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.737
  6. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.16–17, 100–101
  7. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.17, 101