Odri Hepbern

Odri Hepbern[6] (ing. Audrey Hepburn, tələffüz olunur /ˈhebən/ və ya /ˈhebə:n/ həmişə birinci hecada vurğu[7][8], doğum adı Odri Ketlin Ratson, ing. Audrey Kathleen Ruston; 4 may 1929[1][2][…]20 yanvar 1993[1][2][…], Toloşenaz[d], Vo kantonu[5]) — ingilis aktrisa, fotomodel, rəqqasə və humanitar fəal. Karyerası Hollivudun Qızıl Dövründə zirvəyə yüksəlmiş kino sənayesi və üslubunun məşhur simvolu. Odri Hepbern Amerika Film İnstitutu tərəfindən Amerika kinosunun üçüncü ən böyük aktrisası seçilmişdir.

Odri Hepbern
ing. Audrey Hepburn
Doğum adı Audrey Kathleen Ruston
Doğum tarixi 4 may 1929(1929-05-04)[1][2][…]
Vəfat tarixi 20 yanvar 1993(1993-01-20)[1][2][…] (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Uşaqları 2[3][4]
Fəaliyyəti teatr aktrisası, model[d], kino aktrisası, xeyriyyəçi, rəqqasə, balerina, aktrisa, humanist
Fəaliyyət illəri 1948–1989
Boyu 170 sm
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Prezidentin "Azadlıq" medalı
Grammy Award for Best Spoken Word Album for Children Dram janrında ən yaxşı qadın roluna görə Qızıl qlobus mükafatı Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı "Qızıl qlobus" mükafatı "Oskar" mükafatı "Emmi" mükafatı "Qremmi" mükafatı
IMDb ID0000030
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brüssel paytaxt bölgəsindəki bir kommuna olan İkseldə anadan olan Hepbern uşaqlığını və yeniyetməlik dövrünü Hollandiyada, II Dünya Müharibəsi əsnasında Nasist Almaniyası tərəfindən işğal edilən Arnemdə yaşayırdı. Orada balet təhsili almışdır və 1948-ci ildə Londona köçmüş və burada yerli teatrların səhnəsində rəqqasə kimi işə başlamışdır. Bir neçə Avropa filmində rol almış Odri, Brodvey istehsalında Jiji baş rol üçün onu seçən Kolettin diqqətini çəkdi. 1952-ci ildə Hepbern, Amerikan "Roma tətilləri" filmində (1953) rol aldı, buna görə Akademiya mükafatların layiq görülmüşdür (daha sonra 1955, 1960, 1962 və 1968-ci illərdə də namizəd oldu), Qızıl QlobusBAFTA. 1954-cü ildə Brodvey istehsalındakı Undina performansına görə Toni Mükafatını qazanmışdır (1954).

Ötən əsrin 60-cı illərindən bu günə kimi sevilən amerikalı kinoulduz Odri Hepbern XX əsr'də dünyanın 10 ən gözəl aktrisası sırasında yer alıb. Təəccüblü görünsə də, post sovet məkanının kinosevərləri onun yaradıcılığı ilə xronoloji baxımdan gec tanış olublar. Odri (əsl soyadı Hepbern Raston) 1929-cu il mayın 4-də Brüssel'də anadan olub. Sonra valideynləri ilə birlikdə Londona köçüb. Özünü teatra həsr etmək arzusu ilə yaşayan gənc Odri balet məktəbində təhsil alıb. Hepbernin kinofilmə ilk çəkilişlərindən biri 1950-ci ildə Londonda "Cənnətdə gülüş" filmində olub. Londonun teatr səhnəsində çıxış edən gənc balerinanı rejissor Mario Dzampo kino üçün kəşf edir və onu adıçəkilən film'də epizodik rola çəkir. Bu film yalnız 1963-cü ildə keçmiş Sovet İttifaqında nümayiş olunub.

"Cənnətdə gülüş" filmində ofisiant qızın rolunu oynayan gülərüzlü, incəbədənli Odri daha sonra bir-birinin ardınca dörd filmdə yalnız epizodik rollara çəkilir. Belə olan halda, o, Nyu-Yorka getməyi qərara alır və Brodveydəki musiqili teatrlarda çıxış edir. Odrinin oyununu izləyən kinorejissor Uilyam Uayler onu "Roma tətilləri" filmində baş rola çəkilməyə dəvət edir. Filmdə sadəlövh şahzadə rolunu oynayan Odri Hepbern obrazının çox uğurlu traktovkasını tapa bilmişdi. "Roma tətilləri" ekranlara çıxandan sonra Hepbern populyar aktrisa kimi şöhrət qazanır. O zaman amerikalı kinotənqidçilər yazırdılar ki, Odrinin yumor dolu məharətli ifası olmasaydı, "Roma tətilləri" filmi orta səviyyəli, uzun və sentimental kinolent olacaqdır. Həqiqətən, film çox bayağı və tipik Hollivudsayağı süjetdən ibarət idi. Filmin süjeti "Min bir gecə" motivinin əksini xatırladırdı, amma burada Bağdad əvəzinə müasir Roma, xəlifə əvəzinə isə şahzadə təsvirə gəlir. Bütün hadisələr ənənəvi xeyrxah sonluqla bitir: gözəlliyi və cazibədarlığı ilə jurnalist və fotoqrafçının ürəyini və ağlını ovsunlayan şahzadə – Odri Hepbern onun haqqında reportaj hazırlayanları bu işdən vaz keçməyə məcbur edir. Bəs necə olur ki, hər hansı bir kinoteatr və ya klubda yüksək dərəcəsi olmayan "Roma tətilləri" filmi nümayiş olunarkən, tamaşaçı qiymətli vaxtını sərf edərək, dönə-dönə ona baxır? Bunun müvəffəqiyyəti daha çox Odri Hepbernin aktyorluq məharəti və məftunedici ifası ilə bağlıdır. Bir də ki, filmin baxımlı olmasında Odrinin tərəf-müqabili məşhur aktyor Qreqori Pekin də ustalıqla oynadığı jurnalist rolunu qeyd etmək vacibdir.

Odri Hepbernin Şöhrət Xiyabanında ulduzu
Odri Hepbern və Ronald Reyqan (1981)

Bir fransız jurnalisti amerikalı aktrisa barədə belə yazmışdı: "Hepbern bir diapazona malik aktrisadır. O, yalnız özünün şəxsi, fərdi simasını göstərməyə qadirdir. Bir sözlə, Odri başqa şəklə düşmək, yeni formada olmaq istedadına malik deyil", lakin bir diapazonda olmaq, heç də bir-birinə bənzər rollar oynamaq demək deyil. "Roma tətilləri"ndə gənc şahzadənin surətini ifa edən aktrisa, "Hərb və sülh"dəki Nataşa Rostovada tamam fərqli, orijinal obraz yaratmışdı. Şahzadə qızın obrazında bolluca yumor, səmimilik, insan qəlbini duyğulandıran hərəkətlər, təəccüblü jestlər, gizli bir xeyrxahlıq və ürək saflığı var. Əgər ardıcıl olaraq şahzadə – (Odri) – Nataşa Rostovaya baxsaq, onlarda heç bir oxşarlıq görə bilmərik. Əksinə, bir-birindən fərqli, olduqca canlı və poetik versiyada oynanılmış həyat tipajlarını görərək. Məhz "Roma tətilləri"ndəki gözəl ifaya görə Odri Hepbern 1953-cü ildə Amerika Kino Akademiyasının "Oskar" mükafatına layiq görülmüşdü. Hepbernin sonrakı filmlərdə də maraqlı və yaddaqalan rollara çəkilməsi aktrisanın yüksək mükafata layiq olduğunu bir daha sübut etdi. O, 1954-cü ildə rejissor Billi Uaylderin "Sabrina" komediyasında baş rola çəkilir. Ardınca "Günortadan sonra məhəbbət" (1957), "Tiffanidə səhər yeməyi" (1961), "Şarada" (1963) detektivində, "Məzəli sima" (1957) və "Mənim gözəl xanımım" (1964) müzikllərində müxtəlif səpkili rollar oynayıb.

Odri Hepbernin qəbri (Toloşenaz, İsveçrə)

Odri Hepbernin dramatik imkanları L. N. Tolstoyun "Hərb və sülh" romanının ekran variantında (1956, rej. Kinq Vidor) oynadığı Nataşa Rostova rolunda özünü parlaq şəkildə büruzə verib. Bundan əlavə amerikalı kinoulduz "Rahibənin həyatı ilə bağlı əhvalat" (film 1958-ci ildə San-Sebastyan beynəlxalq kinofestivalında mükafat alıb), "Uşaq saatı" (1962), "Qaranlığa kimi gözlə" (1967) filmlərə də çəkilib.

Odri Hepbernin ifasındakı Nataşa Rostova haqqında geniş yazmaq olar, lakin aktrisanın oyunundakı bəzi məqamları qısaca xatırlamaq lazımdır. İlk dəfə rəqs etmək üçün bala gələn Nataşa həsrətlə öz partyorunu gözləyir. Onun titrək baxışlarında həyəcan, qorxu, və kədər hiss olunur. Aktrisanın sifət cizgilərində faciə görünür. Tamaşaçı hətta onun ürək çırpıntılarını, qəlbinin dərnliyində bəslədiyi ümidləri hiss edir. Gənc qız üçün bal sanki dünyanın bütün fəlakəti və sevincidir…

Nataşa Rostova rolunun digər ifaçıları da olub, yəqin bundan sonra da olacaq. Ancaq cəsarətlə, demək olar ki, Odri Hepbernin oynadığı arıq və gözəl qız daha çox seviləcək və yadda qalacaq.

"Tiffanidə səhər yeməyi" filmindən kadr

Dünya şöhrəti qazanmış aktrisanın yaradıcılığında müəyyən müddət fasilə yarandıqdan sonra o, İngiltərəyə qayıdır və orada bir filmə çəkilir. Həmçinin "Robin Qudun qayıtması" (1976), "Onlara hamı gülürdü" (1981), "Lavener – Hilldən olan banda" (1982) və "Milyonu necə oğurlamalı" (1966) adlı ekran əsərlərində də müxtəlif rollar oynayıb.

Məharətli ifası ilə milyonların sevgi və məhəbbətini qazanan Odri Hepbern kino ulduzu olmaqla bərabər, həm də nəcib insan və xeyirxah əməllər sahibi olub. O, ağır xəstə ikən vəsiyyət etmişdi ki, ölümündən sonra bütün əmlakını və ona məxsus olan nə varsa, hamısını auksionda satıb, əldə olunan vəsaiti xərçəng xəstəliyindən əziyyət çəkənlərin müalicə fonduna keçirsinlər.

  1. Roma tətilləri (film, 1953) (ing. Roman Holiday)
  2. Sabrina (film, 1954) (ing. Sabrina)
  3. Hərb və sülh (film, 1956) (ing. War and Peace)
  4. Günortadan sonra məhəbbət (film, 1957) (ing. Love in the Afternoon)
  5. Məzəli sima (film, 1957) (ing. Funny face)
  6. Bağışlanmamış (film, 1960) (ing. The Unforgiven)
  7. Tiffanidə səhər yeməyi (film, 1961) (ing. Breakfast at Tiffany's)
  8. Şarada (film, 1963) (ing. Charade)
  9. Mənim gözəl xanımım (film, 1964) (ing. My Fair Lady)
  10. Milyonu necə oğurlamalı (film, 1966) (ing. How to Steal a Million)
  11. İki nəfər yolda (film, 1967) (ing. Two for the road)
  12. Qan xətti (film, 1979) (ing. Bloodline)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Audrey Hepburn // Encyclopædia Britannica (ing.).
  3. Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  4. Who's who (brit. ing.). (untranslated), 1849. ISSN 0083-937X
  5. 1 2 http://trove.nla.gov.au/result?q=audrey%20peake.
  6. По данным "Словаря английских фамилий" А. И. Рыбакина (М.: "Астрель", "АСТ", 2000, стр. 228), фамилия должна передаваться на русский язык как Хе́берн.
  7. Сост. А. Ю. Юрьева. Словарь трудностей произношения и ударения в современном русском языке. М.: Центрполиграф. 2009. 490. ISBN 978-5-9524-4545-1.
  8. Джоунз Д. "Словарь английского произношения", изд. АСТ 2004, стр. 499
  • Надеждин Н. Я. Одри Хепберн: «Поговорить с ангелом…»: Биографические рассказы. Неформальные биографии (2-е изд). М.: Майор. 2012. ISBN 978-5-98551-202-1.
  • Вульф В. Я., Чеботарь С. А. Одри Хепберн. Ангел с печальными глазами. Виталий Вульф о великих женщинах XX века. Яуза: Эксмо. 2012. ISBN 978-5-699-59207-4.
  • Спото Д. Одри Хепберн. Женщина-Богиня. М.: Эксмо. Перевод Т. Новиковой. 2009 [Enchantment: The Life of Audrey Hepburn]. ISBN 978-5-699-21237-8.
  • Мэйчик Д. Одри Хепберн: Интимный портрет. Биографии (20000 nüs.). М.: Вагриус. Перевод М. Беккер. 1998 [Audrey Hepburn. An Intimate Portrait]. ISBN 5-7027-0588-2.
  • Уолкер А. Одри. Женщина — миф (21000 nüs.). Смоленск: Русич. 1997 [Audrey. Her Real Story]. ISBN 5-88590-696-3.
  • Шатерникова М. С. Одри Хепберн (40000 nüs.). М.: Киноцентр. 1990.
  • Яськов В. Г. Одри Хепберн. Моя прекрасная леди (4000 nüs.). М.: ЭКСМО. 2012. ISBN 978-5-699-60371-8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]