Oddi sfinktoru disfunksiyası — Oddi sfinktorunun daşla yox, üzvi (fibroz, iltihab) və ya funksional (spazm) səbəblərdən tıxanması disfunksiya adlanır. Hərçənd ki, disfunksiya ilə birlikdə daş da rastlana bilər.
Oddi sfinktoru disfunksiyası | |
---|---|
XBT-9 | 576.5 |
DiseasesDB | 12297 |
MeSH | D046628 |
Oddi sfinktoru disfunksiyası (OSD) ödün və / və ya pankreas şirəsinin onikibarmaq bağırsağa axınını əngəlləyərək xolestaza, xoledox genişlənməsinə, qaraciyər zədələnməsinə, pankreatitə və öd sancısına səbəb olur.[1]