Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Okean
Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı, köhn. azərb. aqyanus), köhnə mənbələrdə Mühit — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 km2) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır.
Atlantik okean
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Okean (mifologiya)
Okean (yun. Ὠκεανός) — yunan mifologiyasında titan, çaylara, bulaqlara, dəniz cərəyanlarına başlanğıc, günəşə, aya və ulduzlara daldanacaq verən çaylar tanrısı, Uran və Geyanın oğlu, Tefidanın həm qardaşı həm də əri. Mifik Peqas onun sularından doğulmuşdur. Esxilə görə Qanadlı atın sahibi. Urana qarşı üsyanda və Titanomaxiyada iştirak etmədiyinə görə hakimiyyətini qoruyub saxlaya bilmişdir.. Apollodora görə o, Zevsin arvadı Metidanın atasıdır. Xoşməramlığı və mülayimliyi ilə seçilən Okean Prometey və Zevsi barışdırmağa cəhd göstərmişdir. Tənhalığına baxmayaraq tanrılar ona müdrik, xeyirhaq bir ata kimi hörmət edərmişlər. Okeanın qərb sahili həyatla ölüm, yerin altı və üstü arasında bir sərhəd təşkil edərmiş. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Okean Elzi
Okean Elzı (ukr. Океан Ельзи) - Ukrayna rok-qrupu. 1994-cü ildə Ukraynanın Lvov şəhərində qrupun hal-hazırkı vokalisti Svyatoslav Vakarçuk tərəfindən təsis edilib.
Okean Elzı
Okean Elzı (ukr. Океан Ельзи) - Ukrayna rok-qrupu. 1994-cü ildə Ukraynanın Lvov şəhərində qrupun hal-hazırkı vokalisti Svyatoslav Vakarçuk tərəfindən təsis edilib.
Okean Küləyi
Okean Küləyi (sanskr. सागर पवन) Hindistan Hərbi Donanmasının aerobatika eskadronudur. 2003-cü ildə qurulmuşdur. Qoa ştatında bazalaşıb. Uçuşlar üçün HAL HJT-16 Kiran təyyarələr istifadə olunur. Mavi Mələklərdən sonra, hər hansı ölkənin Hərbi Dəniz Donammasının sahib olduğu aerobatika komandasıdır.
Okean adaları
Okean adaları (rus. океанскue острова, ing. oceanic islands) — cəhətdən materiklərlə əlaqəsi olmayan, okean yatağından qalxan adalar. Mənşəyinə görə vulkanik və mərcan adalarına ayrılır.
Okean biologiyası
Okean biologiyası-biologiya elminin bir sahəsi olub, okeanda yaşayan canlı varlıqların ümumi xüsusiyyətlərini öyrənir.Hidrobiologiyadan fərqli olaraq okean biologiyası elmi sadəcə okeanda yaşamağa uyğunlaşmış canlıları öyrənir.Məsələn,göy balina (kütləsi 150 tona çatır),okean suitiləri və s. kimi canlılar bu elmin tədqiqat obyektləridir.Qeyd edək ki,okeanda həyat çox böyükdür və okean biologiyası həmin canlıların morfologiyasını,anatomiyas-ını,fiziologiyasını,ekologiyasını və s.öyrənir. == Mənbə == Моисеев П. А. Биологические ресурсы Мирового океана. — М., 1969.
Okean cəbhəsi
Okean dibi
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. == Həmçinin bax == Laxar brekçiyaları Nohur Xionosfer == Geomorofloji termin == Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Okean novu
Okean novu (rus. Глубоководный жёлоб, ing. Oceanic trench) — çox uzun, planda qövsvari, bəzən düzxətli ensiz asimmetrik çökək. Talassokratonların kənarlarında adalar qövsü sistemlərinin bir hissəsini təşkil edən yarıqlar boyu fəal inkişaf edir. Bəzi hallarda dərinsu okean novu adalar qövsünün okeana tərəf deyil, kənar dənizin dərin su çuxuru hüdudlarında yerləşir (Məs., Banda dənizi, Çin dənizində Luson adasından qərbdə və b.). Dərinsu okean novu dərinliyi 5-11 km arasında dəyişir. Ən böyuk dərinlik (11,022 km) Marian novunda müşahidə edilmişdir. Dərinsu okean novu uzunluğü min km-lərlə (2000-4000 km), eni bir neçə km (6,5km izobatı üzrə) çatır. Bu novların dibində okeana nisbətən daha intensiv çöküntütop­lanma müşahidə edilir və bəzən qalınlıq 2-3 km-ə çatır. Lakin Dərinsu okean novu yamaclarında çöküntülərin qalınlığı cüzi olur.
Okean platosu
Okean platosu (rus. плато океанское, ing. oceanic plateau) — 2500–3000 metr dərinlikdə yerləşən düzən relyef, abissal düzənliklərə doğru dik yamacla düşür. Platonun hamar səthi tektonik pillələr, vulkan və fay tipli sualtı dağlarla mürəkkəbləşmiş olur.
Okean tirəsi
Okean tirəsi (rus. вал океанский, ing. oceanic rampart, oceanic swell) — talassokratonun sadə, müsbət strukturu, okean dibinin tağvari qalxması. Qanadları sürüşmələrlə, tağı isə qırılmalarla mürəkkəbləşmiş olur. Onun tağ hissəsində bir xətt boyunca uzanan vulkan aparatları yerləşir. Sakit okeanın qərb hissəsində aydın təzahür edir.
Okean yatağı
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. == Həmçinin bax == Laxar brekçiyaları Nohur Xionosfer == Geomorofloji termin == Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Okean çökəkliyi
Okean çökəkliyi (rus. океанская котловина; ing. oceanic basin) — okean dibi relyefinin ən iri elementi və tektonik strukturu, materik yamacı, sualtı silsilələr, tirələr və yüksəkliklərlə əhatələnən geniş çökəklik. Okean çökəkliyi bir-birilə dərin keçidlərlə birləşə bilər. Okean dibində yerləşən bu çökəkliklərin orta dərinliyi 5 min metrə çatır.
Sakit Okean
Sakit okean (ing. Pacific Ocean) — 161.8 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000 km, şimaldan cənuba doğru isə 16.000 km məsafədə uzanır. Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir == Etimologiya == Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Böyük okyanus" adlandırılmışdır. == Dənizləri == Berinq dənizi Oxot dənizi Yapon dənizi Şərq dənizi Sarı dəniz Şərqi Çin dənizi Cənubi Çin dənizi Yava dənizi Banda dənizi Filippin dənizi Ross dənizi Amundsen dənizi Bellinshauzen dənizi Mərcan dənizi Tasman dənizi Durvil dənizi Fici dənizi və.s. == Sahəsi == Sakit okean Yer kürəsinin 1/3 hissəsini, Dünya okeanının demək olar ki, yarısını tutur.
Okeana
Okeana Malmann (23 yanvar 1982) — Alman musiqiçidir. 2012-ci ildə Avropa çempionatı üçün oxuduğu "Endless Summer" mahnısından sonra daha da məşhurlaşmışdır. == Sinqlları == "Cry Cry" "Pussycat on a Leash" "La La" "Endless Summer" "Put Your Gun Down" "Say Sorry" "Thank You" "Everybody" "MVP" (Feat. Crazy Hype) "Brace" (Feat.
Oktan
Oktan (C8H18) — Alkanlar sinfindən doymuş karbohidrogen. == Xassələri == Spesifik iyə malik rəngsiz mayedir, oktan ədədi 17 – 19 -dur. == Alınması == Izooktanla və digər izomerlərlə birgə neftin, birbaşa qovmadan alınan benzinin (10%-ə qədər), həmçinin az miqdarda CO və H2-dən alınan sintetik benzinin tərkibində olur. Sənayedə oktanı rektifikasiya yolu ilə ayırırlar, sonra "molekulyar ələk"lərin köməyi ilə moçevina (karbamid) ilə təmizləyirlər. == Tətbiqi == Hidrogen iştirakında alümomolibden və ya alümoxrom katalizatorları üzərindən buraxıldıqda (500oC-də və 1–2 Mn/m2 və ya 10–20 kqs/sm2 təzyiq altında) oktan aromatik karbohidrogenlərin (o-ksilol və etilbenzol) qarışığına çevrilir. Bu dehidrotsiklləşmə reaksiyası – katalitik riforminq proseslərində əsas reaksiyalardan biridir. == Izomerləri == Oktanın 18 struktur izomeri var: oktan (n-oktan) 2-metilheptan 3-metilheptan (+ optik izomerləşmə) 4 — metilheptan 3-etilheksan 2,2-dimetilheksan 2,3-dimetilheksan (+ optiki izomerləşmə) 2,4-dimetilheksan (+optiki izomerləşmə) 2,5-dimetilheksan 3,3 — dimetilheksan 3,4 — dimetilheksan (+optiki izomerləşmə (iki hiral mərkəz)) 2-metil-3-etilpentan 3 — metil-3-etilpentan 2,2,3-trimetilpentan (+optiki izomerləşmə) 2,2,4-trimetilpentan (həmçinin izooktan kimi məlumdur) 2,3,3-trimetilpentan 2,3,4 — trimetilpentan 2,2,3,3-tetrametilbutan == İstinad == http://www.cdc.gov/niosh/npg/npgd0470.html == Mənbə == Корольченко А. Я.,Корольченко Д.А. Пожаровзрывоопасность веществ и материалов и средства их тушения. Справочник: в 2-х ч. — 2-е изд., перераб. и доп.- М.: Асс.
Okan
Okan — ad. Okan Buruq — futbolçu, futbol məşqçisi. Okan Yeşilot — tarixçi. Okan xan — türk və altay mifologiyasında sülh ilahı.
Sakit okean Tərəfdaşlığı
Trans-Pacific Partnership (TPP'), və ya Trans-Pacific Partnership Agreement, Avstraliya, Avstraliya, Bruney], Kanada, Çili, Yaponiya, Malayziya], Meksika, Meksika, Yeni Zelandiya, Peru, Peru, Sinqapur, Vyetnam] arasında təklif olunan ticarət sazişi, Kanada, Kanada, Çili, Amerika, Amerika arasında 2016-cı il fevralın 4-də imzalanmış müqavilə olmuşdur. Yeni seçilmiş Prezident Donald Tramp 2017-ci ilin yanvarında ABŞ-nin TPP-dən çəkilməsindən sonra, müqavilə tələb olunduğu kimi ratifikasiya edilə bilmədi və qüvvəyə minmədi. Qalan ölkələr trans-Sakit okean tərəfdaşlığı üçün Hərtərəfli və Tərəqqi Sazişi adlı yeni ticarət sazişi ilə bağlı danışıqlar edilər. Bu saziş TPP-nin əksər maddələrini özündə cəmləşdirir və 30 dekabr 2018-ci ildə qüvvəyə mindi. TPP 2005-ci ildə Bruney, Çili, Yeni Zelandiya və Sinqapur tərəfindən imzalanmış Trans-Sakit okean Strateji İqtisadi Tərəfdaşlıq Sazişinin (TPSEP və ya P4) genişləndirilməsi kimi başlamışdır. 2008-ci ildən etibarən daha geniş razılaşma üçün əlavə ölkələr müzakirəyə qoşuldu: Avstraliya, Kanada, Yaponiya, Malayziya, Meksika, Peru, ABŞ və Vyetnam. Bununla da, müzakirə edən ölkələr on ikiyə çatdılar. 2017-ci ilin yanvarında ABŞ sazişdən geri çəkildi. Digər 11 TPP ölkəsi 2017-ci ilin may ayında onu ilin yanvar ayında razılığa gəldi. 2018-ci ilin mart ayında 11 ölkə Trans-Sakit okean Tərəfdaşlığı üçün hərtərəfli və mütərəqqi saziş adlanan sazişin yenilənmiş variantını imzalayıb.
Sakit okean gillemotu
Sakit okean gillemotu — auk ailəsindən (Alcidae) orta ölçülü dəniz quşu. O, Cepphus cinsinin əlaqəli növlərinə, xüsusilə də bir qədər böyük olan adi gillemota (Cepphus gylle) bənzəyir. Yetkin nümunələrdə qanadlarında ağ yamaq olan qara lələk var. Qaranlıq gağa olduqca nazik, pəncələri isə qırmızıdır. Qışda lələklərin yuxarı hissəsi boz rəngli bir rəng əldə edir, aşağı hissəsi isə ağ olur. Göyərçin gillemotları sürətli qaça bilər, həmçinin demək olar ki, dik vəziyyətdə dayana bilər. Sakit okean gillemotları Sakit okeanın şimalındakı qayalı adalarda kiçik koloniyalarda çoxalır. Onların diapazonu Kamçatkadan Şimali Amerikaya qədər uzanır, burada Alyaskadan Kaliforniyaya qədər bütün sahil boyunca tapıla bilər. Göyərçin gillemotları qışda Alyaskadan cənubdakı buzsuz ərazilərə köç edir. Kaliforniya quşları şimaldan Britaniya Kolumbiyası ərazisinə köç edir.
Sakit okean kəməri
Taiheiyō kəməri (Yapon dilində: 太平洋 ベ ル ト Taiheiyō beruto; “Sakit okean kəməri”) — Yaponiyada şimaldakı İbaraki prefekturasından cənubdakı Fukuoka prefekturasına qədər təxminən 1200 km uzunluğunda bir meqapoldur. Əhalisi 81 859 345 nəfərdir və ölkə əhalisinin 65% -ni təşkil edir. Bölgə ölkənin sənayesinin və iqtisadiyyatının əsasını təşkil edir və 2007-ci ildə Yaponiya ÜDM-nin 81% -ni əhatə etmişdir.
Sakit okean müharibəsi
Sakit okean müharibəsi — 1879-1884-cü illərdə, Çili ilə Peru və Boliviya arasında Region Arica y Parinacota, Region de Tarapaca və Region de Atacama əraziləri uğrunda aparılmış müharibə. Müharibədən önçə Peru və Boliviya gizli anlaşma ilə Çiliyə qarşı ittifaq bağlamışlar. Çilinin vəziyyəti bu ərəfədə heçdə yaxşı deyildi belə ki, o uzun zaman ölkənin cənubunda onlara baş əyməyən hindulara qarşıda müharibə aparırdı. Bu müharibə Araukaninin istilasında müəyyən durğunluğun yaratmasına səbəb olmuşdur. == Müharibə öncəsi vəziyyət == 1810-30-cu illərdə İspaniyanın kolniyalarındakı hökmranlığı Cənubi Amerikada yavaş-yavaş sona çatması ilə bölgədə qurtuluşunu yeni elan edən Çili (1817), Boliviya (1825), Peru (1827) kimi ölkələr Sakit okean sahillərinə sahiblənmək üçün mübarizə başlayır. Boliviya daha öncə İspaniyanın müyyənləşdirdiyi sərhədin yeni qurulan dövlətlərin sərhədləri olaraq müəyyənləşməsini qəbul etməyərək 1825-ci ilə qədər məskunlaşması az olan səhra bölgəsini öz ölkə torpaqlarının bir parcası olaraq görürdü. 1830-ci ildə bu bölgədə sahil şəhəri olan Kobijanı inşa edilir. O dönəmdə Çili hökuməti bu olaya hec bir reaksiya göstərmir. Çili heç bir müdaxilə etməsədə bölgə əhalisinin 95% buranı Çili torpağı olaraq görürdü. Buna səbəb koloniya dönəmində Çili və Peru arasında sərhəd cizgilərinin dəqiq müəyyənləşməsi idi.
Sakit okean plitəsi
Sakit okean plitəsi — Sakit okeanın altında yerləşən tektonik plitədir. Sahəsi 105 milyon kvadrat kilometr olmaqla bu ən böyük tektonik plitə hesab olunur. Şimal-şərq tərəfdə bu plitə Kəşfiyyatçı plitəsi, Xuan de Fuka plitəsi və Qorda plitəsi ilə sərhədlərə sahibdir və bu sərhədlər müvafiq olaraq Kəşfiyyatçı, Xuan de Fuka və Qorda dağ silsilələrini əmələ gətirir. Şərq hissədə mərkəzdə isə San Andreas qırığı üzrə Şimali Amerika plitəsi ilə və eləcə də Kokos plitəsi ilə sərhədlərə sahibdir. Cənub-şərq hissədə isə Naska plitəsi ilə divergent sərhədlər Şərqi-Sakit qalxmasını əmələ gətirir. Cənub hissə Antarktika plitəsi ilə sərhədlərə malikdir və bu sərhəddə Sakit-Atlantik dağ silsiləsi əmələ gəlir. Qərb hissədə plitə Oxotsk plitəsi ilə (burada Kuril-Kamçatka çökəkliyi və Yapon çökəkliyi əmələ gəlir), Filippin dənizi plitəsi ilə subduksiya nəticəsində konvergent, Karolina plitəsi ilə transform və Şimali-Bismark plitəsi ilə kəsişmə sərhədlərinə sahibdir. Cənub-qərbdə Sakit okean plitəsi Hind-Avstraliya plitəsi ilə mürəkkəb də olsa, ümumilikdə konvergent sərhədlərə sahibdir. Yeni Zelandiyanın şimalında subduksiya etməsi nəticəsində Tonqa çökəkliyi və Kermadek çökəkliyi əmələ gəlir. Alp qırığı bu plitələr arasında transform sərhəddi müəyyən edir və uzaq cənuba doğru Hind-Avstraliya plitəsi Sakit okean plitəsinin altına subduksiya etməklə Puysequr çökəkliyini əmələ gətirir.
Sakit okean siyənəyi
Sakit okean siyənəyi (lat. Clupea pallasii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinin siyənək cinsinə aid heyvan növü.