Okean novu (rus. Глубоководный жёлоб, ing. Oceanic trench) — çox uzun, planda qövsvari, bəzən düzxətli ensiz asimmetrik çökək.
Talassokratonların kənarlarında adalar qövsü sistemlərinin bir hissəsini təşkil edən yarıqlar boyu fəal inkişaf edir. Bəzi hallarda dərinsu okean novu adalar qövsünün okeana tərəf deyil, kənar dənizin dərin su çuxuru hüdudlarında yerləşir (Məs., Banda dənizi, Çin dənizində Luson adasından qərbdə və b.). Dərinsu okean novu dərinliyi 5-11 km arasında dəyişir. Ən böyuk dərinlik (11,022 km) Marian novunda müşahidə edilmişdir. Dərinsu okean novu uzunluğü min km-lərlə (2000-4000 km), eni bir neçə km (6,5km izobatı üzrə) çatır. Bu novların dibində okeana nisbətən daha intensiv çöküntütoplanma müşahidə edilir və bəzən qalınlıq 2-3 km-ə çatır. Lakin Dərinsu okean novu yamaclarında çöküntülərin qalınlığı cüzi olur. Dərinsu okean novu eninə kəsimi V şəkilli olub, yamacları isə dik yarıqlarla kəsildiyi yerdə pilləvari, şaquluya yaxın olur. Dərinsu okean novu ən dərin hissələrində yastı akkumulyasion ensiz (5-20 km) dib zolağı uzanır. Adətən dərinsu okean novu kəskin kompensasiya olunmamış çökəkdir və bəzi tədqiqatçılar tərəfindən müasir geosinklinallara aid edilir. Dərinsu okean novu adalar qövsünə baxan yamacı güclü seysmik fəallıqla səciyyələnir. Bu halda səthə yaxın yerləşən zəlzələ ocaqları vertikal səmtlənmiş zonada qruplaşırlar. Ehtiml edirlər ki, Beniof və Vadati zəlzələ ocaqları maili müstəvi üzrə adalar qövsü altına gömülür və çox böyük dərinliyə sirayət edir və ona seysmofokal zona kimi baxılır. Dərinsu okean novu aparılan draqalama və quyu məlumatlarına əsasən müəyyən edilmişdir ki, bu zona boyu okean tipli Yer qabığı plitəsi qitənin altına gömülür və seysmofokal zona üzərində vulkanik silsilə - adalar qövsü yaradır. Anomal qravitasion sahələrin ekstremumları (maksimum və minimumlar) dərinsu okean novu oxuna uyğun gəlir və ya adalar qövsünə tərəf yerini dəyişir. Dərinsu okean novu altında yer qabığının quruluşu mürəkkəbdir. Kuril-Kamçatka və digər dərinsu okean novu tədqiqi göstərir ki, onların altında adalar qövsü tərəfdən subkontinental, okean tərəfdən isə okean tipli qitə qabığı yatır. Dərinsu okean novu bu iki müxtəlif tipli qabıqlar arasında tikiş zonası rolunu oynayır. Dərinsu okean novu altında bazalt qatının qalınlığı 10 km-ə yaxın olması güman edilir.