Oktan (C8H18) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Oktan | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C8H18 |
Molyar kütlə | 114,2285 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,7 ± 0,01 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −57 °S |
Qaynama nöqtəsi | 125,52 °S |
Buxarın təzyiqi | 10 ± 1 mm Hg |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,398 |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 111-65-9 |
PubChem | 356 |
SMILES | CCCCCCCC |
RTECS | RG8400000 |
ChEBI | 17590 |
BMT nömrəsi | 1262 |
ChemSpider | 349 |
Spesifik iyə malik rəngsiz mayedir, oktan ədədi 17 – 19 -dur.
Izooktanla və digər izomerlərlə birgə neftin, birbaşa qovmadan alınan benzinin (10%-ə qədər), həmçinin az miqdarda CO və H2-dən alınan sintetik benzinin tərkibində olur. Sənayedə oktanı rektifikasiya yolu ilə ayırırlar, sonra "molekulyar ələk"lərin köməyi ilə moçevina (karbamid) ilə təmizləyirlər.
Hidrogen iştirakında alümomolibden və ya alümoxrom katalizatorları üzərindən buraxıldıqda (500oC-də və 1–2 Mn/m2 və ya 10–20 kqs/sm2 təzyiq altında) oktan aromatik karbohidrogenlərin (o-ksilol və etilbenzol) qarışığına çevrilir. Bu dehidrotsiklləşmə reaksiyası – katalitik riforminq proseslərində əsas reaksiyalardan biridir.
Oktanın 18 struktur izomeri var: