Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mövdut
Mövdut — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Mövdut kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Redut
Redut bir regionu, məntəqəni və ya ərazini müdafiə etmək üçün inşa edilmiş və silahlarla gücləndirilmiş hərbi istehkamdır. İlk dəfə XI əsrdən sonra istifadə edilmiş redutlar Birinci dünya müharibəsindən sonra əhəmiyyətini itirmişdir. Redut (fr: redoute, latınca reductus - uzaq, sığınacaq), çoxməqsədli müdafiə məqsədi ilə hazırlanmış, qala divarları və xəndəklərlə əhatə edilmiş, əsasən (lakin mütləq deyil) torpaqdan olan qapalı tipli müstəqil bir istehkamdır. == Məqsədi == Redutlar, strateji baxımdan əhəmiyyətli bir regionun, məntəqənin, yolun və ya şəhərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün ərazini hər tərəfdən nəzarət altında saxlamağa imkan yaradan dominant bir təpəsində və ya dağ yamacında inşa edilmiş hərbi obyektlərdir. Tikilməsinin əsas məqsədi şəhərin müdafiəsinin ön tərəfində bir müdafiə xətti yaradaraq düşmənin hücumlarının qarşısını almaqdır. Bir növ şəhərlərin müdafiəsinin forpostudur. Redutlar memarlıq məsələləri nəzərə alınmadan, əsasən möhkəmlik və təhlükəsizlik əsasında inşa edilmişdirlər. Əsas binası və giriş yolları ümumiyyətlə torpaqdan hazırlanmış bəndlərlə müdafiə edilirdi. Tikildikləri yerin vəziyyətinə görə planlaşdırıldıqları üçün bir-birlərinə bənzəməmələrinə baxmayaraq, ümumiyyətlə şəkillərinə görə ulduzvari redutlar, torpaq redutlar, hilalvari redutlar, yay formalı redutlar kimi təsnif edilmişdirlər.
Todür
Todür (fr. Thodure) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ruabon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38505. Kommunanın 2006-cı il üçün əhalisi 640 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 287 ilə 492 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Ördüc
Ördüc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Ördüc oyk., sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Molt çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Ördüccədir. Orduc variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsini Qonaqkənddən çıxmış ailələr Ördüccə adlı yerdə salmışlar. Keçmişdə Ör- dücqışlaq da adlanmışdır. Yerli əhalinin dilində ördüc ardıc ağacına deyilir. Oykonim “ardıc ağacı bitən yer” mənasındadır.
Orkut
Orkut — 2004-cü ildə Orkut Büyükkökten tərəfindən Google əhatəsində qurulan sosial dostluq saytı. Onun təxminən 15 milyon üzvü var idi, onlardan 11 milyonu Braziliya vətəndaşı idi. "Google"un verdiyi açıqlamaya görə, sosial şəbəkə 30 sentyabr 2014-cü ildə bağlanmışdır.
ODTÜ
Orta Şərq Texniki Universiteti ya da qısaca ODTÜ (türk. Orta Doğu Teknik Üniversitesi) - Birləşmiş Millətlər Təşkilatının yardımı ilə Türkiyənin baş naziri Adnan Menderes və Türkiyə Dövlət Avtomobil Yolları Baş direktoru Vəcdi Dikər, həmçinin İstanbul Texniki Universitetinin bir qrup professorları tərəfindən 15 noyabr 1956-cı ildə yaradılan dövlət universitetidir. 2014-cü ildə açıqlanan nəticələrə görə dünyanın ən yaxşı 85-ci universitetidir. == Tarix == Orta Şərq Texniki Universiteti Türkiyə və digər Orta Şərq ölkələrinin inkişaflarını dəstəkləmək, xüsusilə fən elmləri və sosial elmlər sahələrində mütəxəssis yetişdirmək üzrə 15 Noyabr 1956 tarixində "Orta Şərq Yüksək Texnologiya İnstitutu" (Orta Doğu Yüksek Teknoloji Enstitüsü) adıyla təhsil fəaliyyətinə başlamışdır. Universitet ilk açıldığı illərdə Kızılay Meydanında Emekli Sandığına aid kiçik bir bina ilə Türkiyə Böyük Millət Məclisi yaxınlarındakı olan baraklarda keçirdikdən sonra, 1963-cü ildə bu gün xidmət etdiyi müasir kampusa daşınmışdır. == Fakültələr və Kafedralar == ODTÜ Ankara Kampusunda başlıca 5 fakültə və bunlara bağlı 41 kafedra vardır: == Həmçinin bax == Türkiyə universitetlərinin siyahısı == Xarici keçidlər == Orta Doğu Teknik Universiteti ODTÜ Haber | ODTÜdən Xəbərlər...
Ordu
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Otit
Otit (q.yun. οὖς, ὠτός) — qulaqda iltihablı proses kimi yayılan qulaq, burun, boğaz xəstəliyi. Patoloji prosesin lokalizasiyasından asılı olaraq (xarici, orta və ya daxili qulağın strukturlarında) aşağıdakılarla fərqlənir: xarici otit orta otit labirint (daxili qulağın iltihabı) Otit xəstəliyi hər yaşda, xüsusən də uşaqlarda baş verə bilən xəstəlikdir. Ən çox yayılan orta qulağın iltihab xəstəliyidir. 3 yaşa qədər uşaqların 80%-də ən azı bir dəfə otit xəstəliyi müşahidə olunub. == Xarici otit == Xarici otit — orta qulaq kanalının iltihabı — məhdud və ya diffuz ola bilər. Xarici qulağın məhdud iltihabı tez-tez furunkulyozla təmsil olunur. Xarici eşitmə kanalının diffuz iltihabı əsasən xroniki irinli otitdə, müxtəlif bakteriyaların dəriyə və dərialtı təbəqəyə nüfuz etməsi, həmçinin göbələk infeksiyası ilə müşahidə olunur. İltihabı proses hərdən qulaq pərdəsinə qədər yayılır. == Orta otit == Orta otit — orta qulağın iltihabıdır.
Otsu
Otsu (yap. 大津市) — Yaponiyanın Honşu adasında olan Kansai regionunda yerləşən Şiqa prefekturasının paytaxtı.
Otuz
Otuz — say sistemində ədədlərdən biridir. İyirmi doqquzdan sonra, otuz birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 3, 5, 6, 10, 15 və 30 ədədlərinə qalıqsız bölünür.
Ötüğ
Ötüğ - türk və altay xalq mədəniyyətində dua. Yaxarma, tanrıya yalvarma, diləmə, istəmə. Ən sadə olaraq, bir şeyin reallaşmasını və pis vəziyyətlərdən qorunmağı Tanrıdan istəməkdir. Ötümək (Ötüğmək, Ötükmək) "dua etmək" feli ilə də istifadə edilər. Söz, Öt/Öd kökündən törəmişdir. Zaman, zamanın keçişi və yaxarmaq mənalarını ehtiva edər. Ahəngli səs çıxarmaq mənası vardır. == Sax == Sax və ya Sah türk və yakut xalq inancında və sibir şamanizmində ayinlərdə və dualarda istifadə edilən bir sözdür. "Amin" mənasını verər. Sak və yaSag olaraq da deyilər.
Özüt
Özüt - türk və altay xalq inancında can. Üzüt və ya Öz (Ös) də deyilir. Məşhur olaraq istifadə edilən və bir-biriylə əlaqəli iki mənası var: Həyat gücü. Adamın həyatda olmasının göstəricisi. Ən çox quş, ilan və balıq olaraq təmsil edilər. Ruh anlayışıyla yaxından əlaqəlidir. Dörd qanadlı Bürküt quşu ordular döyüşərkən üzərlərində gəzər, çünki bu quş bütün bir ordunun ruhudur. "Öz Yerinə Öz" (Aylanu) anlayışı isə bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir və ən gözəl və ən mükəmməl nümunəsi Dəli Dumrul əfvalatında iştirak edər. Özütlerin öldükdən sonra toplandığı yerə gedən iki çaydan bəhs edilir. Bu çay yeni ölənlərin ruhlarını ora aparar.
Otus
Meşə bayquşcuğu (lat. Otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Natiya Todua
Natiya Todua (gürc. ნათია თოდუა ; 21 mart 1996, Tbilisi) — Gürcüstan və Almaniya müğənnisi. O, "Səs Almaniya" verilişinin yeddinci mövsümünü qazandıqdan sonra Almaniyada məşhurlaşmışdır. Todua 2018-ci ildə "İdol"un Gürcüstan versiyası üzrə münsif olmuşdur. == Həyatı == Todua 12 mart 1996-cı ildə Tbilisidə 1990-cı illərin əvvəllərində Abxaziya müharibəsi zamanı Abxaziyadan qaçan valideynlərinin ailəsində anadan olub. Onun iki yaşı olanda ailəsi Abxaziyaya qayıdıb Qali rayonunda məskunlaşıb. Məktəbi bitirdikdən sonra o, bacısı ilə Tiflisə qayıdıb, burada Todua Qafqaz Universitetində iqtisadiyyat üzrə təhsil alıb. O, 2014-cü ildə X Factor Georgia və 2015-ci ildə X-Factor Ukraynada iştirak etsə də, yarışlarda uğur qazana bilməyib. Todua 2016-cı ildə Almaniyanın Brüxzal şəhərinə köçmüş və burada "au pair" kimi işləməyə başlamışdır. Növbəti il "Səs Almaniya" verilişinin yeddinci mövsümü üçün dinləmələrə qatılmış, Samu Haberin komandasına qoşulmuşdur.
Otkur-Romaneş
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Otluq cüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. == Görünüşü == Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Otluq ilbizcüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. == Görünüşü == Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Ottuk Taş
Ottuk Taş — abidə; Uluğ-kem çayının yanında Ottuk-taş adlanan dağın ətrafında Oşurkov tərəfindən tapılıb. Daşın uzunluğu 87 sm-dir. İlk dəfə V. V. Radlov tərəfindən nəşr edilib.
Ovduq-Doğramac
Ovduq, Bozdamaş və ya Doğramac — Azərbaycanın milli yeməyi. Tərkibində xırda doğranmış tərəvəz məshulları, ətirli göyərtilər, suda bişirilmiş qatı yumurta və ət olan soyuq şorbadır. == Tarix == Ovduq sözünün mənşəyi Tat dili ilə izah olunur. Ov (su) və duğ (ayran) hissələrindən ibarətdir. == Tərkibi == Qatıq – 200q, Su – 100 q, Təzə xiyar – 100 q. Göy soğan – 40 q. Keşniş – 10 q. Şüyüd – 10 q. Reyhan – 5 q, Yumurta – 1 ədəd. Mal əti – 100 q.
Ovduq (Doğramac)
Ovduq, Bozdamaş və ya Doğramac — Azərbaycanın milli yeməyi. Tərkibində xırda doğranmış tərəvəz məshulları, ətirli göyərtilər, suda bişirilmiş qatı yumurta və ət olan soyuq şorbadır. == Tarix == Ovduq sözünün mənşəyi Tat dili ilə izah olunur. Ov (su) və duğ (ayran) hissələrindən ibarətdir. == Tərkibi == Qatıq – 200q, Su – 100 q, Təzə xiyar – 100 q. Göy soğan – 40 q. Keşniş – 10 q. Şüyüd – 10 q. Reyhan – 5 q, Yumurta – 1 ədəd. Mal əti – 100 q.
Ovdux-doğramac
Ovduq, Bozdamaş və ya Doğramac — Azərbaycanın milli yeməyi. Tərkibində xırda doğranmış tərəvəz məshulları, ətirli göyərtilər, suda bişirilmiş qatı yumurta və ət olan soyuq şorbadır. == Tarix == Ovduq sözünün mənşəyi Tat dili ilə izah olunur. Ov (su) və duğ (ayran) hissələrindən ibarətdir. == Tərkibi == Qatıq – 200q, Su – 100 q, Təzə xiyar – 100 q. Göy soğan – 40 q. Keşniş – 10 q. Şüyüd – 10 q. Reyhan – 5 q, Yumurta – 1 ədəd. Mal əti – 100 q.
Todur Zanet
Todur Zanet (qaq. Todur Zanet, 14 iyun 1958, Konqaz[d], Qaqauziya) — tanınmış qaqauz şairi, dramaturqu və ictimai xadimi == Həyatı == 14 iyun 1958-ci ildə Moldovada – Qaqauziyanın Konqaz kəndində anadan olmuşdur. 1965–1975-ci illərdə Konqaz orta məktəbində, 1976–1981-ci illərdə Kişinyov Politexnik İnstitutunda oxumuşdur. 1985–1987-ci illərdə Moldovanın KP MK yanında olan Marksizm-Leninizm Universitetində təhsil almışdır. == "Ana sözü" == Uzun müddət mətbuatda çalışmış, hətta ilk qaqauz qəzeti olan "Ana sözü" onun əməyi sayəsində işıq üzü görmüşdür. Belə ki, o, 1986–1990-cı illərdə "Bucağın dalğasında" adlı kanalda redaktor işləmiş, qaqauz dilində TV və radio verilişləri hazırlamışdır. 1988–1994-cü illərdə ilk qaqauz qəzeti "Ana sözü"nü çıxarmışdır. 1999-cu ildən bu günədək həmin qəzetin və "Kırlanğac" (azərb. "Qaranquş"‎) jurnalının baş redaktorudur. 1989-cu ildən SSRİ Jurnalistlər İttifaqı və Moldova Jurnalistlər Birliyinin, 1990-cı ildən SSRİ Yazıçılar İttifaqı və Moldova Yazarlar Birliyinin, 1992-ci ildən isə Türk Dünyası Yazarlar Birliyinin üzvüdür.
Ötkür Həsən
Ötkür Hesen (10 aprel 1993, Külcə, Sincan-Uyğur Muxtar Rayonu) hal-hazırda Çin Birinci Liqasında "Siçuan Ciuniu" komandasında oynayan Uyğur — Çin peşəkar dərnək futbolçusudur . == Klub karyerası == "Şandonq Lunenq Tayşan"-ın gənclər heyətində oynadıqdan sonra Ötkür 2011-ci ildə peşəkar futbol karyerasına başladı. Çin İkinci Liqasında "Şandonq Lunenq" gəncər komandasında oynadı və mövsümdə 14 oyun keçirdi.2012-ci ildə "Şandonq Lunenq"-in ilk komanda heyətinə yüksəldi. 19 avqust 2012-ci ildə Ötkür Super Liqada ilk oyununu "Quanju RF"-yə qarşı səfərdə 4–2 məğlubiyyətində etdi. Lakin ilk yarıda "Şandong Lunenq" üç qol buraxdıqdan sonra 46-cı dəqiqədə Du Vei tərəfindən əvəz olundu. 2014-cü ilin yanvarında Ötkür 31 dekabr 2014-cü il tarixinədək Çin Birinci Liqasında "Hebey Conqci" komandasında oynadı. 2015-ci ildə "Hebey Conqci" komandasına qalıcı bir transfer etdi. 2016-cı ildə digər komandaya göndərildi. 2017-ci ilin fevral ayında Ötkür, Çin Birinci Liqasında "Dalian Transsedens" komandasına transfer olundu. == Beynəlxalq karyera == Ötkür, Çin U-20 komandasına ilk çağırışını Su Maojen tərəfindən 2010-cu ilin dekabrında aldı.
Ötmüş (Soyuqbulaq)
Ötmüş (fars. اوطميش‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (70 ailə).
Abdurihim Teleşov Ötkür
Abdurihim Teleşov Ötkür (13 iyun 1923, Qumul, Sincan[d] – 5 oktyabr 1995) — Uyğur şairi. == Həyatı == Abdurihim Teleşov Ötkür 13 iyun 1923-cü ildə anadan olmuşdu. 1942-ci ildə Sincan Universitetindən məzun olduqdan sonra, 1949-cu ilə qədər "Altay" qəzetində redaktor kimi çalışmışdı. O, iki dəfə (1951–1958, 1966–1976) tutulmuşdu.. Abdurihim Teleşov Ötkür 1980-ci ildən Sintszyan-Uyğur Muxtar Rayonunun Fəlsəfə və Sosial elmlər Akademiyasının Ədəbi tədqiqatlar institutunun əməkdaşı olmuşdu. 1988-ci ildə "Kutadgu Bilig" cəmiyyətinin Rəyasət heyətinin sədr müavini təyin olunmuşdu. Abdurihim Teleşov Ötkür 1995-ci ilin oktyabrın 5-də Urumçidə dünyasını dəyişmişdir. == Əsərləri == Abdurihim Teleşov Ötkürün 1940-cı illərdə yazmış olduğu "Muzulqan şəhər" (Donan şəhər), "Bahar çillaymən" (Baharı çağırıram), "Cənubka xət" (Güneyə məktub), "Tan zibasi yokmidur" (Dan gözəli yoxmudur) adlı şeirləri, "Yeni Çunqo Gülistanina" (Yeni Çin Gülistanına), "Keşker geçəsi" (Kaşqar gecəsi) dastanlarını, "Tamçə kandin miliyonlaran çeçəklər" (Damla qandan milyonlarca çiçək), "Çin moden" dramlarını, "Dənizdin sada" (Dənizdən səda), "Baş egim" (Baş geyim) kimi hekayələri vardır. 1946-cı ildə "Yürək munliri" (Ürək fəryadları), 1948-ci ildə "Tarim boyliri" (Tarım boyları) şeirlər kitabları çap olunub. 1950–1970-ci illərə qədər "Vicdan boyliri" (Vicdan boyları), "Səcdiqahımqa" (Səcdəgahıma), "Tova dep tuttum yaka" (Tövbə deyərək yaxa cırmaq), "Küz keçisi" (Payız gecəsi), "Nəvai gəzəligə muxəmməs" (Nəvainin qəzəlinə muxəmməs), "Ak emes saçimdiki" (Ağ deyil saçımdaki), "İz", 1970-ci ildən sonra isə "Yaxşi", "Sərlevhisiz şeirlar", "Ömür hekkidə muxəmməs" (Ömür haqqında muxəmməs), "Keşker güzəligə" (Kaşqar gözəlinə), "Mən ağ bayraq emes" (Mən ağ bayraq deyiləm) kimi lirik şeirlər yazıb.