Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pərəməç
Pərəməç və ya bəleş (tatar. пәрәмәч, pәrәmәç , başq. бәрәмес, noq. паьремеш; başq. ваҡ бәлеш, tatar. бәлеш) — tatar və başqırd mətbəxlərində bir tərəfdən deşik ilə hazırlanan ət pirojkisi.
Perekop
Perekop (krımtat. Or Qapu (Or), Ор Къапу (Ор)) — Or bərzəxində, Krım yarımadası ilə materik arasında torpaq əlaqəsini təşkil edən şəhər (1920-ci ilə qədər). Or-Kapı şəhərinin Krım-tatarca adı "xəndək qapı" deməkdir (krımtat. or — xəndək; qapı — qapı, darvaza). P. Peter Simon Pallasın fikrincə "Perekop" orijinal slavyan adıdır və bütün toponimlər, o cümlədən Krım tatar, yunan və s. ondan törəmişdir. == Tarixi == Coğrafi mövqeyinə görə Perekop həmişə böyük strateji əhəmiyyətə malik olmuşdur. Bundan əlavə, antik dövrlərdə yaxınlıqda yerləşən duz yataqları səbəbindən zəngin bir ticarət şəhərinə çevrilir. 1-ci əsrdə Ellis Plininin qeydlərində Perekop və Or bərzəxi Tafros adı ilə ətraflı təsvir edilmişdir (qədim yunan dilindən - Perekop). Burada böyük qoruyucu bürcləri olan bir qaladan bəhs olunur.
Perevoz
Perevoz (rus. Перево́з) — Rusiyanın Nijeqorod vilayətində şəhər (2001-ci ildən), Perevoz bələdiyyə dairəsinin inzibati mərkəzi. == Coğrafiya == Şəhər Pyana çayı üzərində yerləşir. Burada Moskva–Yekaterinburq magistralında üzərindəki Qorki dəmiryolunun Perevoz dəmiryolu stansiyasını yerləşir. == İqtisadiyyat == Perevoz şəhəri 2007-ci ildə rayon abadlıq müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə şəhərdə üzgüçülük hovuzu, konkisürmə meydançası və kinoteatrı olan idman kompleksi tikilmişdir. Şəhərdə Mixail-Arxangelsk məbədi tikilmişdir. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Пья́нский перево́з // Прокат — Раковины. — М. : Советская энциклопедия, 1955. — С. 390.
Vüqar Kərəmov
Vüqar Kərəmov (20 fevral 1992, Xaçmaz rayonu) — "Vugi" ləqəbli Azərbaycanlı peşəkar MMA döyüşçüsü, Uşu sandaçı, 4 qat dünya çempionu, 3 qat Avropa çempionu, 8 qat respublika çempionu, Dünya Kubokunun sahibi, idman ustası, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı. == Həyatı == Vüqar Qərib oğlu Kərəmov 20 fevral 1992-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. İdmana 9 yaşında Moskva şəhərində başlamışdır , 2007-ci ildə Azərbaycana qayıtmış və burada davam etmişdir. 2010-2014 -cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Idman Akademiyasında ali təhsil almışdır. == İdman karyerası == Rusiyada yaşadığı illərdə Andrey Bolshakov'un rəhbərliyi altında məşqlərini davam etdirmişdir. Amerikada yaşadığı müddətdə Urijah Faber'in rəhbərliyi ilə Teamalphamale idman salonunda məşqlərini keçmişdir . Pankration və MMA üzrə Azərbaycan çempionudur. 2009-cu ildə Omsk şəhərində (Rusiya) keçirilən dünya çempionatında (57 kq), 2011-ci ildə Odessada (Ukrayna) keçirilən Avropa çempionatında (65 kq), 2012-ci ildə Krakovda (Polşa) keçirilən dünya çempionatında (66 kq) qalib gəlmişdir. ilk professional çıxışını 6 aprel 2012-ci ildə Rusiya'nın Nizhny Novgorod şəhərində keçirilən CIS Cup 2012 də etmişdir, ancaq Oleg Borisova məğlub olmuşdur. 2013-cü ildə Peterburqda (Rusiya) keçirilən Dünya Oyunlarında (66 kq) birinci yerə layiq görülmüşdür.
Zaməddin Kərəmov
Zaməddin Kərəmov (tam adı: Zaməddin Bahadur oğlu Kərəmov, 24 yanvar 2001; Bucaq, Oğuz – 16 dekabr 2020; Murovdağ, Kəlbəcər) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Zaməddin Kərəmov 24 yanvar 2001-ci ildə Oğuz rayonunun Bucaq kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Bucaq kənd orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == 2019-cu ilin yanvarın 24-də hərbi xidmətə başlayıb. 2020-ci ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. İkinci Qarabağ müharibəsinə Şəmkir korpusunun "Həmlə 319" batalyonunun tərkibində qatılıb. Suqovuşan kəndinin alınmasında iştirak edib. Kəlbəcər istiqamətində Murovdağ silsiləsində "Canavar qulağı" postunun alınması uğrunda gedən döyüşlərdə ürəyindən aldığı qəlpə yarası nəticəsində həlak olmuşdur. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Zaməddin Kərəmovun nəşi tapılıb və 16 dekabrda doğulduğu Bucaq kəndində dəfn olunmuşdur.
Pərəm (Heris)
Pərəm (fars. پارام‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 833 nəfər yaşayır (172 ailə).