Vüqar Kərəmov

Vüqar Kərəmov (20 fevral 1992, Xaçmaz rayonu) — "Vugi" ləqəbli Azərbaycanlı peşəkar MMA döyüşçüsü, Uşu sandaçı, 4 qat dünya çempionu, 3 qat Avropa çempionu, 8 qat respublika çempionu, Dünya Kubokunun sahibi, idman ustası, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı[2].

Vüqar Kərəmov
Vüqar Qərib oğlu Kərəmov
Şəxsi məlumatlar
Tam adı Vüqar Qərib oğlu Kərəmov
Doğum adı Vüqar Kərəmov
Ləqəbi Vugi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti Azərbaycanlı
Doğum tarixi (32 yaş)
Doğum yeri Xaçmaz, Azərbaycan
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Idman Akademiyası
Boyu 176 sm[1]
Çəkisi 66 kq
İdman növü pankration
döyüşlər-18
qalibiyyətləri-15
Karyera illəri 2001-h.h
Məşqçisi Ruslan Əfəndiyev
Rəsmi saytı

Vüqar Qərib oğlu Kərəmov 20 fevral 1992-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. İdmana 9 yaşında Moskva şəhərində başlamışdır , 2007-ci ildə Azərbaycana qayıtmış və burada davam etmişdir[3]. 2010-2014 -cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Idman Akademiyasında ali təhsil almışdır.

İdman karyerası

[redaktə | mənbəni redaktə et]

Rusiyada yaşadığı illərdə Andrey Bolshakov'un rəhbərliyi altında məşqlərini davam etdirmişdir. Amerikada yaşadığı müddətdə Urijah Faber'in rəhbərliyi ilə Teamalphamale idman salonunda məşqlərini keçmişdir . PankrationMMA üzrə Azərbaycan çempionudur. 2009-cu ildə Omsk şəhərində (Rusiya) keçirilən dünya çempionatında (57 kq), 2011-ci ildə Odessada (Ukrayna) keçirilən Avropa çempionatında (65 kq), 2012-ci ildə Krakovda (Polşa) keçirilən dünya çempionatında (66 kq) qalib gəlmişdir. ilk professional çıxışını 6 aprel 2012-ci ildə Rusiya'nın Nizhny Novgorod şəhərində keçirilən CIS Cup 2012 də etmişdir,  ancaq Oleg Borisova məğlub olmuşdur. 2013-cü ildə Peterburqda (Rusiya) keçirilən Dünya Oyunlarında (66 kq) birinci yerə layiq görülmüşdür. 2014-cü ildə Budapeştdə (Rumıniya) keçirilən Avropa çempionatında (71 kq) qalib gəlmişdir. 2015-ci ildə Xarkovda (Ukrayna) keçirilən Dünya Kubokunu (77 kq) qazanmışdır.

Vüqar Kərəmov 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 70 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Vüqar Kərəmov, 1/8 final mərhələsində Əfqanıstan idmançısı Əhməd Baxşi üzərində 2:0 hesablı, 1/4 final mərhələsində Türkmənistan idmançısı Salahəddin Bayramov üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə İndoneziya idmançısı Puja Riyaya üzərində 2:0 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Səid Fazeliyə 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.

2019-cu il 25 sentyabrda Vüqar Bellator 234-ün ilkin məlumatları altında çıxış etmək üçün Bellator ilə 1-ci döyüş müqaviləsi bağladığını elan etdi.  Bu, Vüqarın ilk turun yalnız 3 dəqiqəsində Gustavo Wurlitzer-i yıxaraq ən böyük uğuru oldu.  Rizin Mübarizə Federasiyasının Azərbaycanda böyük maraqları var idi, çünki hər iki tərəfin razılığa gəlməsi çox çəkmədi.  22 yanvar 2020-ci ildə Vüqar sosial mediada Rizinlə razılaşdığını, lakin rəqibinin kim olacağını açıqlamadığını bildirdi.  Bir aydan az müddət sonra Rizin Vüqar Karamovun rəqibi Kyle Aguon olacağını açıqladı.  Vüqar Kyle məğlub edərək Azərbaycanın MMA rekordunu qırmışdır (15-3) .  

Peşəkar karyerasına 20 yaşında yüngül çəki ilə başlamışdır. Hal-hazırda isə yarı-yüngül çəkidə vuruşur.

  1. "Arxivlənmiş surət". 2018-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
  2. "MMA idmançımız Vüqar Kərəmov Rizin Qran-prisində debüt edəcək" (az.). azertag.az. Archived from the original on 2020-03-21. İstifadə tarixi: 2020-03-17.
  3. "Vüqar Kərəmov" (az.). orionsc.az. 2020-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]