Zaməddin Kərəmov (tam adı: Zaməddin Bahadur oğlu Kərəmov, 24 yanvar 2001; Bucaq, Oğuz – 16 dekabr 2020; Murovdağ, Kəlbəcər) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Vətən Müharibəsi şəhidi.
Zaməddin Kərəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bucaq, Oğuz, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Murovdağ |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Bucaq kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019 - 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Zaməddin Kərəmov 24 yanvar 2001-ci ildə Oğuz rayonunun Bucaq kəndində anadan olmuşdur.[1] 2007-2018-ci illərdə Bucaq kənd orta məktəbində təhsilini almışdır.
2019-cu ilin yanvarın 24-də hərbi xidmətə başlayıb. 2020-ci ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. İkinci Qarabağ müharibəsinə Şəmkir korpusunun "Həmlə 319" batalyonunun tərkibində qatılıb. Suqovuşan kəndinin alınmasında iştirak edib. Kəlbəcər istiqamətində Murovdağ silsiləsində "Canavar qulağı" postunun alınması uğrunda gedən döyüşlərdə ürəyindən aldığı qəlpə yarası nəticəsində həlak olmuşdur. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Zaməddin Kərəmovun nəşi tapılıb və 16 dekabrda doğulduğu Bucaq kəndində dəfn olunmuşdur.
(24.06.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]