Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.london
.london — domen zonası. Bu domen zonası ilə bağlı müqavilə "ICANN" ilə "Dot London Domains Ltd" şirkəti arasında 2013-cü ilin noyabrın ortalarında imzalanmışdır. Saytların ".london" zonasında qeydiyyatdan keçirilməsinə 29 aprel 2014-cü ildən etibarən başlanılmışdır. Amma ilk üç ayda Londonda fəaliyyət göstərən təşkilat və brend sahiblərinə üstünlük verilməsi planlaşdırılmışdır. London şəhərinin meri Boris Conson müvafiq domen zonasının fəaliyyətə başlaması ilə bağlı bildirmişdir kiː ".london" domeninin işə salınması Londonun internetdə populyarlaşması üçün çox gözəl imkan olacaq ki, bu da şəhər iqtisadiyyatına qoyulacaq investisiyaların artması ilə nəticələnəcək.
Dordon
Dordon (fr. Dordogne, oks. Dordonha) — Fransanın Yeni Akvitaniya inzibati rayonunda, Dordona çayı ərazisindən keçdiyinə görə adı — Dordon adlandırılmışdır. İbtidai insanların kəşf edilmiş yerlərinin yüksək sıxlığı səbəbindən Dordona əvvəllər "Bəşəriyyət beşiyi" adlanırdı. == Coğrafiyası == Dordona, Akvitaniyanın inzibati bölgəsinin bir hissəsidir və Fransanın (Fransanın Avropa hissəsində) departamentləri arasında üçüncü yeri tutur. Departamentin ərazisin 45%-i meşəlik, bu göstərici üçün Dordona da Fransa departamentləri arasında 3-cü sırada iştirak edir Dordona Yuxarı Vyenna, Korrez, Lo, Lo və Qaronna, Jironda, Maritime Şaranta və Şaranta departamentləri ilə məhdudlaşır. Dordonanın ən yüksək binaları kommunada yerləşir. == İqlimi == Dordona iqlimi mülayim okeanik, mülayim qış və isti yay ayları hökm sürür. Departamentin şimal-şərq və cənub-qərb istiqamətlərində temperaturda əhəmiyyətli dərəcədə dəyişkənlik olur ki, bu da 5 °C-ə çatır. == İqtisadiyyatı == Dordonada ikinci ən çox iş yeri meşə və ağac sənayesi sektorudır.
London
London (ing. London [ˈlʌndən], lat. Londinium) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı. Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinin sayına görə dünyada 21-ci, Avropada 2-ci, Avropa İttifaqında isə 1-ci yeri tutur. Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur. == Adı == London təqribən 2 min il öncə Romalılar tərəfindən qurulmuşdur. E.ə. 43-cü ildə Roma İmperatorluğu Böyük Britaniyanı işğal etdikdən sonra şəhər Londonium adı ilə qurulmuşdur.
Odeon
Odeon — antik memarlıqda musiqi tədbirləri üçün tikilmiş tikililər. Üstləri əsasən amfiteatr şəklində qapalı tikilirdi. == Haqqında == Odeonlar musiqi tədbirləri, musiqi məşğələləri, şeir müsabiqələri üçün istifadə olunurdu. Əsasən Roma və Yunan mədəniyətlərində istifadə olunub. Qədim Yunanca Ōideion (ᾨδεῖον) "oxuma yeri, məkanı" deməkdir. Bu sözün özü də Aeidō (ἀείδω) — "mahni oxuyan" sözündən əmələ gəlib. Dünyada bilinən ən qədim odeon E.ə 600-cü ildə Spartada tikilmiş Skias odeonudur. Ən məşhur odeon isə 160-cı ildə Herodes Attikus tərəfindən arvadının xatirəsinə tikdirdiyi Herodes Attikus odeonudur.
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. == Yaranma tarixi == İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Antoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Barbara Qordon
Barbara Qordon (ing. Barbara Gordon) — DC Comics tərəfindən nəşr edilən komiks kitablarında görünən uydurma personajdır.
Brenye-Kordon
Brenye-Kordon (fr. Brégnier-Cordon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01058. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 832 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Brenye-Kordon ilə əlaqəli mediafayllar var.
Böyük London
Böyük London — inzibati ərazi, təntənəli qraflıq və İngiltərənin London qraflığı.
Cek London
Cek London (doğum adı Con Qriffit Çeyni; 12 yanvar 1876[…], San-Fransisko, Kaliforniya – 22 noyabr 1916[…], Qlen-Ellen, Kaliforniya) — ABŞ yazıçısı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi. Cek Londonun anası Flora Velman spiritualist musiqi müəllimi idi. Təxminən Cekin atası olduğu düşünülünən Villiam Çaney isə astroloq idi. San Fransisko "Chronicle" qəzetinin 4 iyun 1875 tarixli nömrəsində çıxan bir xəbərə görə, Flora Velman Çaneyin uşağın götürülməsini istədiyini, lakin bu tələbinə rədd cavabı aldığını göstərmişdir. Bundan sonra Flora özünü vurmağa çalışsa da, ciddi bir yara almamış, keçici olaraq ağlını itirmişdir. Doğumdan sonra uşaq baxmaq üçün rəfiqəsi Virciniya Prentisə verilir. Beləliklə qaradərili Virciniya londonlular tərəfindən onun mənəvi anası kimi həmişə xatırlanır. Həmin ilin sonlarına doğru Flora Velman Con Londan ilə evlənir və sonradan Cek London adlandırılan Con da onlarla yaşamağa başladı. Cek ilk təhsilini Oklənddə almışdir 1897-ci ildə Berkley Universitetində tələbə ikən isə anasının intihar cəhdi və bioloji atası ilə bağlı qəzet xəbərlərini araşdırmağa başladı. Aldığı məlumatlardan sonra Çikaqoda yaşayarkən Viliam Çaneyə bir məktub yazdı.
Daff Qordon
Lyusi Ledi Kristiana Daff Qordon (ing. Lucy, Lady Duff-Gordon; 13 iyun 1863[…], London – 20 aprel 1935[…]) - Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Dekster Qordon
Dekster Qordon (ing. Dexter Gordon, 27 fevral 1923[…], Los-Anceles, Kaliforniya – 25 aprel 1990[…] və ya 26 aprel 1990, Filadelfiya, ABŞ) tenor saksofon alətində hard bop janrının yaradıcılarından biri olan Amerikan caz saksofonçusu və aktyorudur. == Həyatı == Dekster Qordon 27 fevral 1923-cü ildə ABŞ Kaliforniya ştatında anadan olub. Atası, Dr. Frank Qordon, 1918-ci ildə Harvard Universitetinin Vaşinqton Tibb Məktəbini bitirib Los Ancelesə gələn ilk Afro Amerikalı həkimlərdən biri idi. Anası, Qvendolin Beyker, İspan-ABŞ müharibəsində İspan-ABŞ müharibəsində Şərəf medalı (ABŞ) ilə təltif olunmuş beş Afro amerikalıdan biri olan Edvard Li Beyker Jr qızıdır. Uşaqlıq yaşlarından musiqiyə həvəs göstərərək klarnet ifa etməyə başlayan Dekster 15 yaşında saksofona keçid edir.
Dmitri Qordon
Dmitri Qordon (ukr. Дмитро Ілліч Гордон) — Ukrayna jurnalisti və televiziya aparıcısı.
Entoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Harald Loudon
Harald von Loudon (alm. Harald Georg Gideon von Loudon‎;11 aprel 1876, Liflyand quberniyası – 1 yanvar 1959, Berlin) – Alman, rus, latviya ornitoloqu. == İşləri == Die Brutvögel der «Ostseeprovinzen». Korrespondenzblatt des Naturforscher-Vereins zu Riga 1895; 38: 45-54. Tetrao tetrix L. Lagopus lagopus (L.), Tetrao lagopoides Nilss. juv in Livland. Ornith. Jahrbuch 1897; 8(1): 37-38. Ankunftdaten in Keysen Livland. Ornith.
Kayde Qordon
Kayde Şin Qordon (5 oktyabr 2004, Derbi, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Liverpul" klubunda cinah hücumçusu kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Erkən illəri == Qordon Derbi şəhərində anadan olmuşdur. == Klub karyerası == Qordon 2013-cü ildə 9 yaşı olarkən "Derbi Kaunti" akademiyasına qəbul olmuşdur. O, karyerasında debütünü 29 dekabr 2020-ci ildə "Birminhem Siti" klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. 5 fevral 2021-ci ildə Qordon "Liverpul" klubuna transfer olmuşdur. "Derbi Kaunti" klubuna 1 milyon sterlinq civarında bildirilən və əlavələri ilə birlikdə 3 milyon sterlinqə qədər yüksələn transfer məbləği ödənilmişdir. O, klub ilə debütünü 21 sentyabr 2021-ci ildə "Norviç Siti" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. Həmin görüşdə klub rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 16 yaş 11 ay 16 günlüyündə meydana çıxan Qordon "Liverpul" klubu tarixində oyuna çıxan ən gənc beşinci futbolçu olmuşdur.
Kənar London
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı. Kənar London 1965-ci ildə yaradılmışdır. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir. == Əhalisi == == Sərhədləri == === 1963-cü il London idarəetmə qanunu === 1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir. Bunlar aşağıdakılardır: Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi. === Milli Statistika Xidməti === Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir, əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur.
London Assambleyası
London Assambleyası (ing. London Assembly) — Böyük London administrasiyanın hissəsi olan seçilmiş orqandır.
London Muzeyi
London Muzeyi (ing. Museum of London) — İngiltərənin paytaxtı Londonda, paleolit dövründen başlayaraq günümüzə qədər şəhərin keçmişi ilə əlaqədar elementlərin toplandığı muzey. Müqəddəs Pavel kilsəsinin yaxınlığında yerləşir və giriş pulsuzdur. Müasir muzeyçilik anlayışı ilə hər yaş seqmentinə xitab edən bir şəkildə qurulmuşdur.
London metrosu
London metropoliteni — Böyük Britaniyanın paytaxtı London şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi.
London müqaviləsi
London müqaviləsi (ing. Trearty of London) — 1604-cü ilin 28 avqustunda (Yuli təqvimi ilə 18 avqust) London şəhərində İngiltərə və İspaniya arasında imzalanan sülh müqaviləsi. Müqavilə İngiltərə ilə İspaniya arasındakı müharibəni bitirmişdir. Müqavilənin müzakirələri Somerset Evində aparıldığından Somerset Evi Konfransı adı ilə xatırlanır. == Haqqında == İngiltərə kraliçası I Elizabetin 1603-cü ildəki ölümündən sonra yerinə keçən I Ceyms İspaniya ilə davam edən uzun və yorucu müharibəni bitirmək məqsədi ilə işlərə başladı. İspaniya İmperatorluğunun qurucusu olan II Filippin dövründə başlayan müharibədə həmin dövrdə orduya komandanlıq edən İspaniya kralı III Filipp bu xəbəri məmnuniyyətlə qarşılamış və danışıqlara başlamaq əmri vermişdir. İngiltərə-İspaniya müharibəsi Fransız Din müharibələri, Hollandiyadakı Səksənillik müharibə, İrlandiyadakı Doqquz il müharibəsi ilə əlaqəli olub qarışıq müharibədir. == Şərtləri == Müqavilənin imzalanması ispanlar üçün xeyli üstünlük gətirirdi. İngilislər bir daha İspaniyanın ticarət gəmilərinə hücum etməyəcək və üsyançı hollandlara silah yardımı etməyəcəkdilər. Amma bunun qarşılığında İspaniya İngiltərəyə yenidən katolik məzhəbini gətirməyi çalışmamağı söz verdi.
London qalası
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
London qəsri
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
London sindromu
London Sindromu bu sindroma tutulan insan, onu əsir götürən şəxs və ya şəxslərə qəzəbli, aqressiv və davakar bir davranışla yaxınlaşır. 1980-ci ildə İranın Londondakı səfirliyinin mühasirəsi zamanı Abbas Lavasani adlı əsir, onu tutduğu şəxslə əməkdaşlıq etmək əvəzinə onunla davamlı mübahisə etdi. Lavasani özünü əsir götürən insanlarla çox mübahisə etdiyinə görə öldürüldü və ölümü digər əsirlərin özlərini əsir götürənlərə qarşı daha da aqressiv olmaları ilə nəticələndi.
London zooparkı
London zooparkı (ing. London Zoo) — İngiltərənin paytaxtı London şəhərində yerləşən zooloji park. Dünyanın ilk və ən qədim zooparkı hesab olunur. == Haqqında == London zooparkı 27 aprel 1828-ci ildə açılmışdır. İlk açıldığında bura gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılmışdı. Amma 1847-ci ildə xalqa açılmışdır. Hazırda 806 növdə olan 19.178 heyvanla Böyük Britaniyanın ən böyük zooparkıdır. London Zooloji Parkı 1980-ci illərdə maddi sıxıntı keçirməyə başlamışdır. 1991-ci ildə parkın bağlanması xəbəri yayılmışdır. Amma London Zooparkı vombat, Tasmaniya şeytanı kimi növlərin saxlandığı yeğanə zoopark idi.