Kayde Şin Qordon (5 oktyabr 2004, Derbi, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Liverpul" klubunda cinah hücumçusu kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.
Kayde Qordon | ||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Kaide Gordon | ||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||
Tam adı | Kayde Şin Qordon | |||||||||||||||||||||||||||
Doğum tarixi | [1] | |||||||||||||||||||||||||||
Doğum yeri | Derbi, İngiltərə | |||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||
Boyu | 173[2] | |||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||
Klub | Liverpul | |||||||||||||||||||||||||||
Nömrəsi | 49 | |||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Qordon Derbi şəhərində anadan olmuşdur.[2]
Qordon 2013-cü ildə 9 yaşı olarkən "Derbi Kaunti" akademiyasına qəbul olmuşdur.[3] O, karyerasında debütünü 29 dekabr 2020-ci ildə "Birminhem Siti" klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.[4]
5 fevral 2021-ci ildə Qordon "Liverpul" klubuna transfer olmuşdur.[5] "Derbi Kaunti" klubuna 1 milyon sterlinq civarında bildirilən və əlavələri ilə birlikdə 3 milyon sterlinqə qədər yüksələn transfer məbləği ödənilmişdir.[6] O, klub ilə debütünü 21 sentyabr 2021-ci ildə "Norviç Siti" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. Həmin görüşdə klub rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.[7] 16 yaş 11 ay 16 günlüyündə meydana çıxan Qordon "Liverpul" klubu tarixində oyuna çıxan ən gənc beşinci futbolçu olmuşdur.[8]
Qordon bir müddət İngiltərə U-16 millisində çıxış etmişdir.[9] O, İngiltərə U-18 millisi ilə debütünü 3 sentyabr 2021-ci ildə Uels millisinə qarşı oyunda etmişdir.[10]
Qordonun böyük qardaşı Kellan Qordon "Mansfild Taun" klubunda çıxış edən peşəkar futbolçudur.[9]
Klub | Mövsüm | Liqa | FA Kuboku | Liqa Kuboku | Digər | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Derbi Kaunti | 2020–21[11] | Çempionşip | 1 | 0 | 0 | 0 | 0 | 0 | — | 1 | 0 | |
Liverpul | 2021–22[12] | Premyer Liqa | 0 | 0 | 0 | 0 | 1 | 0 | — | 1 | 0 | |
Ümumi karyera | 1 | 0 | 0 | 0 | 1 | 0 | 0 | 0 | 2 | 0 |