London qalası

London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.

London qəsri
Tower of London
Xəritə
51°30′29″ şm. e. 0°04′34″ q. u.HGYO
Ölkə
Yerləşir Tauer-Hemlets[d][1]
Tikilmə tarixi 1066
Rəsmi sayt hrp.org.uk/tower-of-lond…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. 1 2 3 Tower of London // National Heritage List for England.
  2. 1 2 ArchINFORM (alm.). 1994.