Kənar London 1965-ci ildə yaradılmışdır[1]. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir[2].
İl | Əhali sayı |
---|---|
1891 | 1,083,770
|
1901 | 1,647,396
|
1911 | 2,162,288
|
1921 | 2,413,978
|
1931 | 3,217,219
|
1939 | 4,250,788
|
1951 | 4,517,588
|
1961 | 4,499,737
|
1971 | 4,420,585
|
1981 | 4,254,900
|
1991 | 4,230,000
|
2001 | 4,463,100
|
2011 | 4,942,040
|
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı.
Kənar London 1963-cü il London idarəetmə qanununa görə. |
Kənar London Milli Statistika Xidmətinin izahına görə. |
1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir[3][4]. Bunlar aşağıdakılardır:
Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi.
Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.[5]. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir[6], əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur[7].