Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Robertas Poşkus
Robertas Poşkus (lit. Robertas Poškus; 5 may 1979, Klаypеdа) — litvalı futbolçu, hücumçu, Klaypedos Qranitas klubunun baş məşqçisi. Daha çox Samaranın "Krılya Sovetov" klubundakı çıxışı ilə məşhurlaşan Robertas Rusiya Premyer Liqasında 3 mövsümdə keçirdiyi 79 oyunda 24 qol vurub. Vətənində "Klaypeda", "Jalqris" və "Kareda"nın şərəfini qorumuş Poşkus Almaniyada da top qovub və "Hamburq"un formasını geyinib. Bundan başqa, Robertas Polşada "Vidzev", "Polonya", Rusiyada "Zenit", Moskva "Dinamo"su, "Rostov" və İsrailin "Bney Saxnin" komandalarında da oynayıb. 2009-cu ilin avqustunda İnter Bakı klubuna transfer olub.
Pokut yaylağı
Pokut yaylağı— Türkiyədə Rizə vilayətinin Çamlıhemşin rayonunda yerləşən bir yaylaqdır. == Haqqında == Çamlıhemşindən maşın ilə 1,5 saata çatmaq olar.21 km uzaqlıqdadır. Yolun böyük hissəsi torpaqdır."Pokut" sözü ermənicə "küləkli vadi" mənasını verir.Yerləşmə tarixi dəqiq bilinməsə də ilk yerləşmə 200 il əvvələ gedib çıxdığı güman edilir. Pokut yaylağına əsasən Ortan kəndi və Konak məhəlləsi sakinlərinin yaylaq yeridir. 1800 metr yüksəklikdən sonra ağaclar bitmədiyinə baxmayaraq bu yaylaq Qaradəniz küləyini aldığına görə burada ağaclar yetişir. Digər yaylaqlarda bu hündürlükdən sonra ağaclara rast gəlmək mümkün deyildir. Yaylanın bir tərəfindən Kaçkar və Altıbarmaq dağı, başqa tərəfindən isə Qara dəniz görünür. Hətta açıq havalarda buradan Elbrus dağının da göründüyü deyilir. Buranın sakinləri şəhər mühitinə inteqrasiya etsə də, yayladan tamamilə əllərini çəkməyiblər. Nəticədə yayladakı evlər gözəl qorunub.
Fokus Pokus (film, 1993)
Fokus Pokus (orijinalda ing. Hocus Pocus) — 1993-cü ildə çıxarılmış ABŞ fentezi komediya filmi. Film, Massaçusetsstatının Salem şəhərində bakir yeniyetmə oğlan (Omri Katz) tərəfindən Hellouin gecəsi təsadüfən həyata qaytarılmış üç qəddar cadugərdən (Bett Midler, Sara Cessika Parker, Keti Nacimi) bəhs edir. Film, Mik Qarris və Neyl Katbert tərəfindən yazılmış ssenari əsasında Kenni Orteqanın rejissorluğu ilə çəkilmişdir. Film ABŞ-da 16 iyul 1993-cü ildə Walt Disney Pictures tərəfindən çıxarılmışdır. Çıxarıldığı il film, tənqidçilər tərəfindən əsasən mənfi qarşılanmış, neqativ və ya qarışıq rəylər almış, həmçinin kassa uğuru əldə edə bilməmişdir. Eyni zamanda, ehtimal ki, filmin kinoteatr yayımı zamanı Disney təxminən $16.5 milyon ziyana uğramışdır. Lakin, Disney Channel və Freeform (keçmiş ABC Family) telekanallarında hər il oktyabr ayında təkrar göstərilməsi izləyicilərin filmi yenidən kəşf etmələrinə imkan yaratmış, beləcə ilbəil Hellouin ərəfəsində filmin ev nümyişi üçün satışları artmışdır. Film Hellouinlə əlaqəli kult filmi statusu qazanmışdır. Filmin sikveli olan Fokus Pokus 2 30 sentyabr 2022-ci ildə Disney+ striminq xidmətində debüt etmişdir.
Zaqafqaziya atlı-müsəlman polku
Zaqafqaziya atlı-müsəlmən alayı - Rusiya İmperator ordusuna daxil olan azərbaycanlılardan ibarət atlı alayı (polk) olub. Bu alay Cənubi Qafqaz müsəlmanlarından təşkil edilirək, İmperiyanın qeyri-nizami döyüş dəstələrindən biri hesab edilirdi. == Tarixi == 2 iyun 1835-ci ildə general-feldmarşal İvan Paskeviçin müraciəti əsasında Zaqafqaziya atlı-müsəlman alayı barədə əsasnamə təstiq edildi. Əsasnaməyə görə alayın sıralarına bir nəfər alay komandiri (alay bəy), iki nəfər alay komandirinin müavini (yarı alay bəy, yarbəy), 6 nəfər sultan (yüzlük komandiri), 18 nəfər naib (yüzlük komandirinin müavinləri), 48 nəfər vəkil (uryadniklər), 600 kiçik rütbəli atlı döyüşcülər (vsadniklər) və 198 nəfər döyüşçü sayılmayan aşağı rütbəlilər daxil idi. Bundan əlavə, Əlahiddə Qafqaz Korpusundan göndərilən əmrə əsasən, korpusun döyüşçü dəstələrindən iki nəfər Qafqaz diyarının türk dilini (Azərbaycan dilini) bilən zabit də polka göndərilmişdi. Onlardan biri alay komandanının adyutantı, digəri isə alay yerləşim zabiti (kvartirmeysteri) və xəzinədar kimi xidmət edirdi. Həmçinin hər yüz nəfərlik dəstəyə bir nəfər kazak çavuş da təyin edilmişdi. Alayda xidmət müddəti dörd il təyin edildi. Hər iki ildən sonra alayın bir hissəsi Zaqafqaziyada yeni yaradılmış digər hərbi hissə ilə əvəz olunurdu. Alay komandirləri Rusiya İmperiyasının qərərgah zabitləri sırasından seçilirdi.
İqor polku haqqında dastan
"İqor polku haqqında dastan" (rus. «Сло́во о полку́ И́гореве») — İqor Svyatoslaviç Novqorod-Severskinin başçılıq etdiyi rus knyazlarının 1185-ci ildə poloveslərə qarşı uğursuz yürüşündən bəhs edən qədim rus ədəbi abidəs Dastanın mətni ritmləşdirilmişdir, lakin ritmləşmənin təbiəti və əsərin özünün janrı qeyri-müəyyən olaraq qalır və ədəbiyyatda tez-tez rast gəlinən “poema” anlayışı çox şərtlidir. Dastan özündə folklor obrazlarını, xristian və bütpərəstlik elementlərini birləşdirir. Onun mətnində süjetli povest, qəhrəmanların monoloqları, müəllifin lirik ekskursiyaları, Rusiyanın tarixinə ümumi baxış nəzərə çarpır. Dastan müəllifinin baş qəhrəman İqor Svyatoslaviçə münasibəti olduqca qeyri-müəyyəndir: müəllif onu bir tərəfdən rus və xristianlığın düşmənləri ilə döyüşən cəsur komandir kimi vəsf edir, digər tərəfdən onu məğlubiyyətlə nəticələnən özbaşına yürüşünə görə qınayır. Bütün bunlar dastanı orta əsr rus ədəbiyyatında analoqu olmayan unikal əsərə çevirir. Mütəxəssislər digər ədəbi mətnlərdə (xüsusən də “Zadonşina”da) bəzi paralellər tapırlar ki, bunu sözügedən dastanın təsiri ilə izah edirlər. İqor polku haqqında dastanın nə vaxt və necə yaradıldığı barədə heç nə məlum deyil. Əksər alimlər onun XII əsrin son rübündə, təsvir olunan hadisədən (çox vaxt 1185-ci ilə və ya bir neçə il sonra) qısa müddət sonra yazıldığını düşünürlər. Əvvəlcə dastan xalq qarşısında ifa olunmaq üçün nəzərdə tutula bilərdi və yalnız sonradan yazıya alına bilərdi.
Papa Poku-Dvumo
160-cı Xüsusi Əməliyyat Aviasiya Polku
160-cı Xüsusi Əməliyyatlar Aviasiya polku (Hava-Desant Qüvvəsi) (ing. 160th Special Operations Aviation Regiment (Airborne)) və ya ləqəbi ilə “Gecə izləyiciləri” (ing. Night Stalkers) — xüsusi əməliyyat qüvvələrinə hava dəstəyi verən Birləşmiş Ştatların Quru Qoşunlarına bağlı xüsusi bir əməliyyatdır qüvvəsidir. Hücumlar, qarşıdurma və kəşfiyyat tapşırıqlarını yerinə yetirən polk ümumiyyətlə gecələr işləyir. 16 oktyabr 1981-ci ildə yaradılan polkun mərkəzi Amerika Birləşmiş Ştatlarının Kentucky ştatındakı Fort Campbell regionunda yerləşir.
388-ci zenit-artilleriya qvardiya polku
388-ci atıcı diviziya — Böyük Vətən Müharibəsi və Sovet-yapon müharibələri dövründə SSRİ-nin hərbi birləşməsi. == Tarixi == 12 sentyabr 1944-cü ildə 6-cı tank ordusunun tərkibində yaradılıb. Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944), Umman-Botoşan (5 mart-17 aprel), Yassı-Kişinyov (20–29 avqust 1944) əməliyyatlarında iştirak edib. 9 avqust 1945-ci ildə 388-ci zenit-artilleriya qvardiya polkuna cevrilib.
389-cu özüyeriyən-artilleriya qvardiya polku
== Yaranma tarixi == 10 oktyabr 1944-cü ildə 745-ci özüyeriyən artilleriya polkunun əsasında yaradılib. Uzaq şərqdə Yaponiya qoşunlarına qarşı doyüşlərdə seçildiyinə görə Xinqan polku adlandırılmışdır.