Zaqafqaziya atlı-müsəlman polku

Zaqafqaziya atlı-müsəlmən alayı - Rusiya İmperator ordusuna daxil olan azərbaycanlılardan ibarət atlı polk.

Zaqafqaziya atlı-müsəlman alayı
Növü Atlı alay
Yaranma tarixi 18351857
Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
Daxildir Qafqaz korpusu
Qərargah Macarıstan
Müharibələr Macarıstan kompaniyası 1849
Komandanlıq
Məşhur komandirləri Həsən bəy Ağalarov

2 iyun 1835 ci ildə General-Feldmarşal Paskeviçin əmri ilə müharibə dövrü zaqafqaziya atlı-müsəlmən polku yaradılır.Polka komandir 2 komandirin köməkçisi,6 sultan (hər 100 atlının başçıları), 18 naib (sultanlatın köməkçiləri),48 vəkil,600 atlı,198 rezerv atlı.Qafqaz korpusunun əmri ilə qoşunalırın içindən iki Azərbaycan dilibi bilən 2 zabit qoşulurdu.

Hərbi xidmət 4 il təyin olunmuşdur.Hər iki il keçəndən sonra polkun yarısı yenilənirdi.Polkun komandiri Rus zabitlər ştabından Azərbaycan dilini bilənlər təyin olunurdu. Polk Hazırlanandan sonra Varşavaya General-Feldmarşal Paskeviçin tabeçiliyinə verildi Polk dağılanacan Paskeviçin tabeçiliyində qaldı. 11 mart 1839-cu ilin əmrinə əsasən Qafqaz Müsəlmanları arasından 30 nəfər seçilir və İmperatorun şəxsi böyük konvoyuna daxil olur.Seçilmişlər kazarmada yaşayır, milli geymlər geyirdilər və milli yeməklər yeyirdilər.

1849 cı ildə Zaqafqaziya atlı-müsəlman polku Macarıstan kompaniyasında iştiraka görə Qeorqiyevski bayraq ilə təltif olundular. Qeorqiyevski bayraqın üzərində yazılmışdır:"Üsyançı Macarlara qarşı əla cəsarət və mərdliyə görə və düşmanın artileriyasının əla keçirməyə görə"

Zaqafqaziya atlı-müsəlman alayının zabitləri

10 yanvar 1852 ci ildə polk dağılır və dörd yüzlükdən ibarət heyət yaradılır.

1856 cı ilin mart ayında Paris sülh müqaviləsindən sonra ordu azaldılır və 24 avqust 1856 cı ildə əmrə əsasən iki yüzlük dağılır.1857 ci ilin əvvəlində isə polk tamam dağılır.

Polkun komandirləri[redaktə | mənbəni redaktə et]

Polkda hərbi xidmətdə olan tanınmış şəxslər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Rusiya İmperiyasının qanunlar toplusu.2 tom X 1-ci bölmə 8211 səhifə
  • Rusiya İmperiyasının qanunlar toplusu.2 tom XIV 1-ci bölmə 12098 səhifə
  • Azərbaycan milli elmlər akademiyası.Azərbaycan tarix müzeyi.Azərbaycan generalları.kataloq.Bakı 2005
  • E.İsmayılov Qeorqiyev atlıları - Azərbaycanlılar moskva 2005.