Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Borasit
Borasit — mineral, Mg3[B7O13]Cl. == Haqqında == Borasit - rombik. a - Borasit; 265°C-dən yuxarı kubik b - Borasit. Habitus: kubik, dodekaedr, tetraedr, psevdooktaedr və kubooktaedr. Aqreqat: incədənəvər, lifli, tək-tək dənələr. Rəngsiz, alloxromatik. Parıltı şüşəli, almazı. Sərtliyi 7-7,5. Xüsusi çəkisi 2,97. Kvars üzrə psevdomorfozlarda.
Crocodylus porosus
Daraqlı timsah və ya Duzlu su timsahı (lat. Crocodylus porosus) — əsl timsahlar sinfinə daxil olan, çağdaş dövrdə yaşayan ən böyük sürünən. Öz dəstəsinin ən böyük nümayəndəsi, eləcə də ən böyük quru və ya sahil yırtıcısı. Bu növün erkəkləri təxminən iki ton kütləsi ilə yeddi metr uzunluğa çata bilir. 5.2 metr uzunluğa müntəzəm böyüyən yeganə müasir timsah növüdür. Digər tərəfdən, dişi daraqlı timsahlar erkəklərə nisbətən daha kiçikdir. Daraqlı timsah duzlu suda yaşaya bilən, lakin ümumiyyətlə manqrov bataqlıqlarında, deltalarda, laqunlarda və çayların aşağı axarlarında yaşaması ilə seçilirlər. Digər çağdaş timsah növlərindən daha geniş ərazidə yayılmışdır. Arealı Hindistanın şərq sahillərindən başlayaraq, Cənub-Şərqi Asiyanın əksəriyyət ərazilərindən Cənubi Avstraliyaya qədər uzanır. Keçmişdə bu nöçün nümayəndələri Afrikanın şərq sahillərində və Yaponiyanın cənub sahillərində belə yayılmışdı.
Paraseiulus porosus
Paraseiulus porosus (lat. Paraseiulus porosus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Voroşil Qukasyan
Voroşil Levon oğlu Qukasyan (9 yanvar 1932, Nic, Qutqaşen rayonu – 11 oktyabr 1986, Bakı) — udiəsilli Azərbaycan dilçisi, türkoloq, qafqazşünas, udi dili və alban əlifbası üzrə mütəxəssis, filologiya elmləri doktoru (1973). == Həyatı == Voroşil Qukasyan 1932-ci ildə Qəbələ rayonunun Nic kəndində udi ailəsində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Azərbaycan SSRİ Elmlər Akademiyasında çalışıb. 1965-ci ildə "Udi dilinin Nic dialektinin fonetik və morfoloji özəllikləri" mövzusunda namizədlik işini müdafiə edib. 1973-cü ildə "Azərbaycan və udi dilləri arasında əlaqələr" mövzusunda Dilçilik İnstitutunda doktorluq işini müdafiə edib. 1974-cü ildə dərc etdiyi "Udicə-Azərbaycanca-Rusca lüğət" indiyə kimi çağdaş udi dilinin hər iki dialektinin (Nic və Vartaşen) yeganə və ən böyük toplusu olaraq qalır. Ən son elmi işi V. İ. Aslanovla birgə yazdığı "Исследования по истории азербайджанского языка дописьменного периода" (1986) kitabı olub. Elmi işlərinin çoxunu "Q.Voroşil" kimi imzalayırdı. Nic kəndində torpağa basdırılıb.
Eucalyptus porosa
Paroza evkalipti (lat. Eucalyptus porosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Koroşi dialekti
Koroşi dialekti (Bəlucca: کوروشی)—Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindən və Bəluc dilinin dialektlərindəndir ki fars ostanının cənubunda yaşayan bəluclar tərəfindən danışılır. Koroşi dialektində danışanların sayı 2006-cı ildə 1000 nəfər olduğu təxmin edilib.
Mikania porosa
Mikania porosa (lat. Mikania porosa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Ocotea porosa
Ocotea porosa (lat. Ocotea porosa) — dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.
Phoebe porosa
Ocotea porosa (lat. Ocotea porosa) — dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.
Əli Vyaçeslav Polosin
Əli Vyaçeslav Sergeyeviç Polosin - İslamı qəbul etmiş rus və tanınmış alimdir. == Həyatı == Vyaçeslav Serqeyeviç Polosin 1956-cı ilin iyun ayının 26-da Moskva şəhərində dünyaya gəlmişdir. Milliyyətcə rusdur. Fəlsəfə elmləri üzrə doktor və politologiya üzrə isə namizəddir. 1978-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini “sosiologiya” ixtisası üzrə bitirmişdir. Diplomu: “Maks Veberin “kapitalizmin ruhu” konsepsiyasının tənqidi” olmuşdur. == Rus Pravoslav Kilsəsində fəaliyyəti == 1980-ci ildə pravoslav kilsəsində qiraətçi kimi işə başlamış, 1983-cü ildə isə Moskva Ruhani seminariyasını bitirmişdir. 1983-1985 illər arası Orta Asiyada keşiş kimi fəaliyyət göstərərək, Düşənbə şəhərindəki kilsələrin birində baş keşiş vəzifəsini icra etmişdir. 1985-ci ildən 1988-ci ilə kimi Rus Pravoslav kilsəsinin nəşriyyat şöbəsinin ştatdankənar əməkdaşı olmuşdur. 1988-ci ildən 1991-ci ilə kimi Kaluqa vilayətinin Obninsk şəhərindəki kilsədə protoierey (baş keşişi) vəzifəsində çalışmışdır.