Voroşil Qukasyan

Voroşil Levon oğlu Qukasyan (9 yanvar 1932, Nic, Qutqaşen rayonu11 oktyabr 1986, Bakı) — udiəsilli Azərbaycan dilçisi, türkoloq, qafqazşünas, udi dilialban əlifbası üzrə mütəxəssis, filologiya elmləri doktoru (1973).

Voroşil Qukasyan
Voroşil Levon oğlu Qukasyan
Doğum tarixi 9 yanvar 1932(1932-01-09)
Doğum yeri
Vəfat tarixi 11 oktyabr 1986(1986-10-11) (54 yaşında)
Vəfat yeri
Elm sahəsi filologiya
Elmi dərəcəsi
Təhsili

Voroşil Qukasyan 1932-ci ildə Qəbələ rayonunun Nic kəndində udi ailəsində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Azərbaycan SSRİ Elmlər Akademiyasında çalışıb. 1965-ci ildə "Udi dilinin Nic dialektinin fonetik və morfoloji özəllikləri" mövzusunda namizədlik işini müdafiə edib. 1973-cü ildə "Azərbaycan və udi dilləri arasında əlaqələr" mövzusunda Dilçilik İnstitutunda doktorluq işini müdafiə edib. 1974-cü ildə dərc etdiyi "Udicə-Azərbaycanca-Rusca lüğət" indiyə kimi çağdaş udi dilinin hər iki dialektinin (Nic və Vartaşen) yeganə və ən böyük toplusu olaraq qalır. Ən son elmi işi V. İ. Aslanovla birgə yazdığı "Исследования по истории азербайджанского языка дописьменного периода" (1986) kitabı olub.

Elmi işlərinin çoxunu "Q.Voroşil" kimi imzalayırdı.

Nic kəndində torpağa basdırılıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]