Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Primaret
Primaret (fr. Primarette) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38284. Kommunanın 1999-cu il üçün əhalisi 620 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 300 ilə 485 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Prizren
Prizren — Kosovonın Prizrenski bölgəsində yerləşən şəhər. Bundan əlavə, de yure olaraq BMT Kosova Müvəqqəti İdarəçilik Missiyasının (ing. United Nations Interim Administration Mission in Kosovo ) Prizren bölgəsində (ing. District of Prizren) yerləşir. Şəhər Şar dağlarının ətəklərində salınmışdır. Prizren bölgəsi Makedoniya və Albaniya ilə həmsərhəddir.
Bioloji proqres
Bioloji proqres — taksonun tarixi inkişafında arealını genişləndirib sayını artırması üçün yeni-yeni uyğunlaşmalar qazanması. == Bioloji proqres == Üzvi aləmdə növlər fərdlərin miqdarına və yaşama arealına görə bir-birindən fərqlənir. Ümumiyyətlə, ibtidai orqanizmlərin müəyyən yaşayış yerində miqdarı ali orqanizmlərə nisbətən çox olur. "Yüksək" mütəşəkkil varlıqlar, daha təkmilləşmiş uyğunlaşmalara malik olduqlarından, öz tərəqqisini fərdlərin miqdarını artırmaq yolu ilə deyil, ayrıca götürülmüş fərdlərin həyat qabiliyyətinin yüksəlməsi ilə təmin edir. Lakin bu xüsusiyyət ancaq böyük qruplardan olan orqanizmləri müqayisə etdikdə aydın görünür. Konkret bir növün yaşamaq uğrunda mübarizədə nailiyyəti isə hər şeydən əvvəl populyasiyada fərdlərin miqdarının və onun populyasiyalarınınmiqdarının artması, eləcə də növün arealının genişlənməsindən asılıdır. A. N. Seversova görə bioloji proqres bir sıra dəqiq yollarla, aramorfozlar, idioadaptasiyalar və ümumi degenerasiya kimi morfofizioloji dəyişikliklər vasitəsilə baş verir. Bioloji proqres orqanizmlərin mütəşəkkilliyinin həm mürəkkəbləşməsi, həm də sadələşməsi yolu ilə baş verir. Məsələn, sahibin daxilində özünəməxsus şəraitdə yaşayan orqanizmlərin əksər orqanlar sistemi faydasız olur. Bu zaman orqanizmlərdə aktiv fəaliyyət göstərməyən orqanlar reduksiya olunur, lakin sormaclar, qarmaqlar, cinsiyyət sistemi kimi orqanlar isə yaxşı inkişaf edir.
Prizren Universiteti
Prizren Universiteti — Kosovanın Prizren şəhərində yerləşən dövlət universiteti. İlk öncə 1962-ci ildə Ali Pedaqoji İnstitutu olaraq yaradıldı. 2010-cu ildə mövcud ad altında yenidən təşkil edildi. == Tarixi == Prizren Universiteti 1962-ci ildə fəaliyyətə başlayan Ali Pedaqoji İnstitutundan yaradıldı. Universitetdə mövcud təhsil forması 2010-cu ildə başladı. Prizren Universiteti Prizren dairəsi və Kosova Respublikasına xidmət göstərir. Universitetdə dərslər əsasən alban dilində tədris olunur, Təhsil Fakültəsində isə Bosniya və Türkiyə dilləri üzrə dərslər keçirilir.
Prizren coğrafiyası
Prizren şəhəri Balkan yarımadasında, Çar-Planina dağlarının ətəklərində Cənubi Metoxiyada yerləşir. Serbiyanin inzibati quruluşuna görə Kosovo və Mestoxiya Muxtar Vilayətinin Prizren dairəsinə daxildir. Kosovo Respublikasının inzibati bölgüsünə görə isə müstəqil ölkənin eyni adlı vilayətinin inzibati mərkəzidir. Prizren Albaniya və Makedoniya ilə sərhədə malikdir. Şəhər Serb imperiyasının tarixi paytaxtıdır. == Coğrafi xüsusiyətləri == Prizren bələdiyəsi 640 km² (Kosovo ərazisinin 5,94 %) ərazini əhatə edir. Kosovo Respublikasının cənub-qərbində yerləşir. Bura 76 yaşayış məntəqəsi daxildir. İcmada 220 776 nəfər yaşayır. Bunun 110 000 nəfəri Prizrendə cəmləşmişdir.
Prizren qalası
Prizren qalası, Dujans qalası və ya Kalyaya qalası - Serbiyada Kosovada yerləşən qala. Qala bir zamanlar Serbiya İmperiyasının paytaxtı olmuş Prizren şəhərinin yaxınlığında yerləşir. == Tarixi == Qala XI əsrdə qədim Terandanın qalıqları üzərində inkişaf etdirilmişdi. Qalanın adı ilk dəfə 1019-cu ildə Bizans hökmdarı II Basil (976-1025) tərəfindən Pridzjiana şəklində çəkilib. 1072-ci ildə Serb şəhzadəsi Konstantin Bodin (1081–1101) Prizrendə "Bolqarların imperatoru" elan olunmuşdur.
Prizren sancağı
Prizren sancağı (türk. Prizren Sancağı, alb. Sanxhaku i Prizrenit, serb. Призренски санџак) ― Osmanlı imperiyasının sancaqlarından biri. İnzibati mərkəzi Prizren şəhəri idi. Əsası 1455-ci ildə, Osmanlının Serbiya despotluğunu işğal etdikdən həmən sonra qoyulmuş. Serbiyanın digər ərazilər isə 1459-cu ildə, Smederevonun süqutundan sonra işğal edilmişdir. Bölgədə aşğıdakı sancaqlar yaradılmışdır: Vuçitrn sacağı, Kruşevas sancağı və Smederev sancağı. Birinci Balkan müharibəsi zamanı (1912) Prizren sancağı Serbiya və Monteneqro krallığı tərəfindən nəzarətə götürüldü. London Sülh Müqaviləsinə (1913) əsasən Prizren sancağı Serbiya və Monteneqro arasında bölüşdürüldü.
Prizren vilayəti
Prizren vilayəti — Osmanlı İmperiyası tərkibində, 1869–1877–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Prizren şəhəri idi.
Audemars Piguet
Audemars Piguet — İsveçrə lüks saat şirkəti. == Tarixi == 1875-ci ildə Le Brassus sakinləri Edvard-Auguste Piguet və Jules-Louis Audemars tərəfindən qurulmuşdur.
Proqres Niderkorn FK
"Proqres Niderkorn" FK (fr. Football Club Progrès Niedercorn) — Lüksemburqun Niderkorn şəhərini təmsil edən peşəkar futbol klubu. == Tarixi == "Proqres Niderkorn" futbol klubu 1919-cu ildə yaranıb. Almaniyanın İkinci dünya müharibəsinin gedişində Lüksemburqu işğal etməsi nəticəsində "Proqres" 1942—43 mövsümündə "Niderkorn" adı altında Qauliqada (Prussiyanın Reyn bölgəsinin mərkəzi və cənubi bölgələrinin çempionatı) iştirak edib və ikinci pilləni tutub. Üç dəfə Lüksemburq çempionatının, dörd dəfə isə ölkə kubokunun qalibi olan "sarı-qaralar" ən yaxşı dövrlərini 1970-ci illərin sonu, 80-ci illərin əvvəllərində yaşayıblar. Komanda 1981-ci ildən bəri çempion ola bilmir. "Proqres" son mövsümü çempion "Düdelanj"ın 5 xal gerisində, ikinci pillədə bitirib. "Proqres" ev oyunlarını 2 min 800 nəfər azarkeş tutumuna malik "Yos Haupert" stadionunda keçirir. Niderkorn təmsilçisinin oyunlarını orta hesabla 710 azarkeş izləyir. == Uğurları == Milli Diviziya Qalib (3): 1952–53, 1977–78, 1980–81 Finalçı (6): 1931–32, 1936–37, 1976–77, 1978–79, 1981–82, 2017–18 Lüksemburq Kuboku Qalib (4): 1932–33, 1944–45, 1976–77, 1977–78 Finalçı (3): 1945–46, 1955–56, 1979–80 == Avrokuboklarda çıxışı == İndiyə kimi avrokuboklarda 15 oyun keçirən "Proqres"in aktivində 1 qələbə, 2 heç-heçə, 12 məğlubiyyət var.