Bioloji proqres

Bioloji proqres — taksonun tarixi inkişafında arealını genişləndirib sayını artırması üçün yeni-yeni uyğunlaşmalar qazanması[1].

Bioloji proqres

[redaktə | mənbəni redaktə et]

Üzvi aləmdə növlər fərdlərin miqdarına və yaşama arealına görə bir-birindən fərqlənir. Ümumiyyətlə, ibtidai orqanizmlərin müəyyən yaşayış yerində miqdarı ali orqanizmlərə nisbətən çox olur. "Yüksək" mütəşəkkil varlıqlar, daha təkmilləşmiş uyğunlaşmalara malik olduqlarından, öz tərəqqisini fərdlərin miqdarını artırmaq yolu ilə deyil, ayrıca götürülmüş fərdlərin həyat qabiliyyətinin yüksəlməsi ilə təmin edir. Lakin bu xüsusiyyət ancaq böyük qruplardan olan orqanizmləri müqayisə etdikdə aydın görünür. Konkret bir növün yaşamaq uğrunda mübarizədə nailiyyəti isə hər şeydən əvvəl populyasiyada fərdlərin miqdarının və onun populyasiyalarınınmiqdarının artması, eləcə də növün arealının genişlənməsindən asılıdır.

A. N. Seversova görə bioloji proqres bir sıra dəqiq yollarla, aramorfozlar, idioadaptasiyalarümumi degenerasiya kimi morfofizioloji dəyişikliklər vasitəsilə baş verir.

Bioloji proqres orqanizmlərin mütəşəkkilliyinin həm mürəkkəbləşməsi, həm də sadələşməsi yolu ilə baş verir. Məsələn, sahibin daxilində özünəməxsus şəraitdə yaşayan orqanizmlərin əksər orqanlar sistemi faydasız olur. Bu zaman orqanizmlərdə aktiv fəaliyyət göstərməyən orqanlar reduksiya olunur, lakin sormaclar, qarmaqlar, cinsiyyət sistemi kimi orqanlar isə yaxşı inkişaf edir. Mütəşəkkilliyin belə sadələşməsi növün fərdlərinin miqdarının artmasına və onun ekoloji tərəqqəsinə səbəb olur.

Fəsilə və dəstələr daxilində bioloji proqresin kriterisi fərdlərin miqdarı deyil, müxtəlif cinslərdə növlərin miqdarı və ya müxtəlif fəsilələrdə cinslərin miqdarı istifadə oluna bilər. Ayrı-ayrı dəstələr daxilində fəsilələrin miqdarı və ayrı-ayrı fəsilələr daxilində cinslərin miqdarı eyni olmur. Eləcə də cinslərdə növlərin miqdarı dəyişilir. Daha çox qrupları olan taksonlar bioloji proqressiv hesab olunur. Bu zaman qrupun müvəffəqiyyəti onun quruluşunun və ya orqanların sadələşməsi yolu ilə də baş verə bilər. Buna görə də həm ibtidai canlılar və həm də mürəkkəb ali canlı qrupları bioloji proqresdə ola bilər.

  1. R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
  • R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
  • R. Ə. Quliyev, M. Ş. Babayev, E. M. Axundova. "Təkamül təlimi". Çaşıoğlu-2012, s.414–417

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]