Prizren şəhəri Balkan yarımadasında, Çar-Planina dağlarının ətəklərində Cənubi Metoxiyada yerləşir. Serbiyanin inzibati quruluşuna görə Kosovo və Mestoxiya Muxtar Vilayətinin Prizren dairəsinə daxildir. Kosovo Respublikasının inzibati bölgüsünə görə isə müstəqil ölkənin eyni adlı vilayətinin inzibati mərkəzidir.
Prizren Albaniya və Makedoniya ilə sərhədə malikdir. Şəhər Serb imperiyasının tarixi paytaxtıdır[1].
Prizren bələdiyəsi 640 km² (Kosovo ərazisinin 5,94 %)[2] ərazini əhatə edir. Kosovo Respublikasının cənub-qərbində yerləşir. Bura 76 yaşayış məntəqəsi daxildir. İcmada 220 776 nəfər yaşayır. Bunun 110 000 nəfəri Prizrendə cəmləşmişdir[3].
İcmanın ən çox əhalisi olan kəndləri:
İcmanın əlverişli coğrafi mövqedə yerləşməsi, əsrarəngiz təbiəti, tarixi tikililəri Prizrenin turizm potensialını artırır[5].
Prizrenin relyefi əsasən əsasən təpəlikdir. Hündürlük 300 metrlə 600 metr arasında dəyişir. İcmnanın mərkəzi düzənlikdə yerləşir, halbuki qərb hissəsi daha çox təpəlikdir.
Prizrenin meşələri endemik bitkilərlə zəngindir. Burada Heldreyx şamı belə yayılmışdır[6].
İcmanın balansında 63 986 ha torpaq sahəsi vardır. Bunun 53 % — kənd təssərüfatı, 39 % — meşə, 8 % — digərlərinə aiddir.
Prizren bələdiyəsinin ən uzun çayı Ağ Drindir (175 km). Prizrenska-Bıstrisa çayı Prizren şəhərinin düz mərkəzindən keçir. İcma ərazisindən axan çayların hamısı Ağ Drin hövzəsinə aiddir. Topluqa çayında daşqınlar adi haldır[7].
Prizren icmasının sərhədləri: Cyakovisa, Oraxovas, Ştrpse, Suva-Reka, Draqaş icmaları, Albaniya və Makedoniya dövlətləri.
Prizren bələdiyəsinin ərazisində iqlim rəngarəngdir. Cənubu Aralıq dənizi tipinə xasdır. Yayı isə olduqca istidir. Dağlıq hissələr isə Alp iqlim tipi xasdır. Burada iyulda belə qarları görmək mümkündür.