Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae) Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Primates
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae) Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Primitiv
Primitiv – [lat. primitivus – birinci] 1) çox sadə, yerinə yetirilməsinə, quruluşuna görə mürəkkəb olmayan; 2) həddən artıq sadələşdirilmiş, lazımi qədər dərin olmayan; 3)inkişaf etməmiş, məhdud. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Timati
Timur Eldaroviç Yunusov, Timati (rus. Тимати; 15 avqust 1983, Moskva) — rus hip-hop sənətçisi, prodüser, aktyor və biznesmendir. YUNESKO-nun dəstəyi ilə Moskva Beynəlxalq Fondunun Qəyyumlar Şurasının üzvüdür. == Həyatı == 15 avqust 1983-cü ildə Moskvada anadan olub. Valideynləri - atası İldar Vaxitoviç Yunusov (1960-cı il təvəllüdlü) - iş adamı; anası Simon Yakovlevna Yunusova (1959-cu il təvəllüdlü). Tatar və yəhudi köklərinə malikdir. Sənətkarın özü, "Moskovskiy Komsomolets" qəzetinə verdiyi müsahibədə: "Çox varlı valideynlərim var" deyərək dedi: "Atam məni elə bir şəkildə böyütdü ki, özüm hər şeyə nail olum." 1998-ci ildə 14-15 yaşlarında Timati (daha sonra Timotey) "VIP77" qrupunu təsis etdi. 2000-ci ildə Decl üçün MS kimi çalışdı. A. Puşkin adına Dövlət Muzeyində gənc sənətşünaslar klubunu bitirib. 2004-cü ildə "Ulduz Fabriki 4" layihəsində iştirak etmişdir.
Admirallıq prikazı
Admirallıq prikazı (rus. Адмиралте́йский прика́з) — Rusiyanın Mərkəzi Dövlət Qurumunun Hərbi Dəniz Administrasiyasının prikazı. Onun səlahiyyətlərinə donanmanın hazırlanması, silahlanması, təchizatı və ekipajlara adi dəniz qulluqçularının cəlb edilməsi daxildir. Ədəbiyyatda Admirallıq İşləri Prikazı (Приказ адмиралтейских дел) da adlanır. Prikaza Voronej Admirallıq Məktəbi də daxil idi. == Başçıları == Aleksandr Protasyev (1696–1700) Fyodor Apraksin (18 fevral 1700–17??) Qriqori Plemyannikov (1700–17??) == İstinadlar == == Əlavə ədəbiyyat == С. Елагин, История русского флота. Период Азовский, издание 1864 года и 2 тома приложений. В. Чубинский, Историческое обозрение устройства управления морским ведомством в России. Издание 1869 года. Материалы для истории русского флота, тома I, II, III и IV, Sankt-Peterburq; Ф. Ф. Веселаго, Очерк русской морской истории, ч.
Monika Krimadi
Monika Krimadi (alb. Monika Kryemadhi d.) — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Albaniya prezidenti İlir Metanın həyat yoldaşıdır. Monika Kremadi Albaniyanın birinci xanımı vəzifəsindən imtina edərək əvəzinə rolu böyük qızı Boraya həvalə etmişdir. == Təhsili == Monika Krimadi 9 aprel 1974-cü ildə Tiranada anadan olub, orta məktəbi orada bitirib. 1992-ci ildən Tirana Universitetinin Təbiət Elmləri fakültəsində üzvi kimyaçı kimi təhsil almışdır. 1999-cu ildə Qarmiş-Partenkirhendə Corc Marşal adına Avropa Təhlükəsizlik Məsələlərini Araşdırma Mərkəzində oxuyur. 2000–2002-ci illərdə Tirana Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, işin idarəedilməsi üzrə magistr dərəcəsi almışdır. Təhsilini aspiranturada davam etdirmişdir. == Siyasi karyerası == Krimadi siyasi karyerasına 1991-ci ildə FRESSH-in (Albaniya Sosialist Partiyasının gənclər təşkilatı) qurucularından biri olanda başlayır.
Primitiv düyün
Primitiv düyün (və ya primitiv buğum) — Onurğalıların rüşeyminin qastrula mərhələsinə meydana gələn qalınlaşma.
Qrafik primitiv
Qrafik primitiv (ing.graphics primitive, ru.графический примитив) — kompüter qrafikasında: mətn simvolu, qövs, sınıq xətt kimi çəkilmiş element; belə elementlərin kombinasiyasından görüntü qurmaq olar. Qrafik primitiv bir tam kimi çəkilir və emal edilir. Avtomatlaşdırılmış layihələndirmə proqramlarında (CAD) nöqtələr, xətlər, qövslər, mətn və analoji elementar strukturlar, adətən, obyektlər (ENTITY) adlanır. Belə obyektləri həm proqram təminatının hazır funksiyalarının köməyilə, həm də istifadəçinin yaradıcılığının məhsulu olaraq müstəqil yaratmaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Saori Arimaçi
Saori Arimaçi (d. 12 iyul 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Sion Prioratı
== Tarixi == 2001-ci ildə İtaliyalı fotoqraf Barbara Freyl Vatikanın gizli arxivindən tarixi sənədlər tapdı. Bu sənədlər 1308-ci ilə aid idi və papa V Klement və Tampilyerlərin böyük ustadı Jak De Molay haqqında idi. Sənəd Fransanın Sion şəhərində Berenger Frodoli tərəfindən yazılmışdı. Sion Prioratı 1099-ci ildə Fransa kralı Qodfrua de Buyon tərəfindən yaradılmışdır və 1308-ci ildə Tampilyerlər ordeninin süqutundan sonra fəallaşmışdı. Sion Prioratının əsas vəzifəsi San Qrili tapmaq və onu qorumaqdan ibarət idi. Prioratın üzvləri müasir zamanadək gəlib çıxmışlar. Ustadlar hər beş nəfərdən ibarət idi. Onlardan biri böyük ustad hesab olunurdu. Hesab olunur ki, 2003-cü ildə Priorat ləğv olunmuşdur. Sənədlərin yeri isə hələ də məlum deyil.
Aqnes Primas
Aqnes Primas (5 mart 1980, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Primas, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Primas, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Virtual Private Network
VPN (ing. virtual private network) — iki kompüter arasında məlumatları virtual tunel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycancaya "Virtual Şəxsi Şəbəkə" olaraq tərcümə olunur. == İşləmə Prinsipi == VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digərinə informasiya göndərilərkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir və informasiya açıq şəkildə təqdim olunur. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur. Yəni qoşulmaya kimsə müdaxilə etsə, əldə edəcəyi məlumat şifrələnmiş olur, amma bu cür hallar davamlı təkrar olunmur, çünki əgər VPN server məlumat sızması müşahidə edərsə, həmin əlaqəni başqa yolla marşrutlayır. Bəzi hallarda VPN istifadəçiləri evlərində, ofislərində köhnə kabellər işlətdiklərindən məlumat transferində paketlərin itməsi baş verir ki, VPN serveri də bunu xaker hücumu olaraq başa düşür və davamlı olaraq VPN əlaqəsini regenerasiya edir. İki cür VPN bağlantısı mövcuddur: Remote access VPN Site-to-site VPN Remote access VPN əlaqələri — evdə, yolda və ya səfərdə olan istifadəçilərin internet vasitəsilə şəbəkə tərəfindən təmin edilən infrastrukturu istifadə edərək xüsusi şəbəkə üzərindəki bir serverə qoşulmalarına imkan yaradır.
Palestina Prima
Palestina Prima (lat. Palaestina Prima, yun. Πρώτη Παλαιστίνης; mənası – Birinci Fələstin) — Bizans imperiyasında vilayət. 390-cu ildə qurulmuş vilayət 614-cü ildə Sasanilər tərəfindən ələ keçirilmiş, daha sonra 628-ci ildə geri alınmışdır, ancaq 638-ci ildə müsəlmanları tərəfindən birdəfəlik fəth edilmişdir. == Tarixi == Ərazi İsavra, Kilikiya, Kipr, Yevfratisiya, Mesopotamiya, Osroena, Finikiya və Araviya Petreya ilə birlikdə Roma imperiyasına aid Şərq diosezinin bir parçası olmuşdur. Bizans imperiyası dövründə inzibati bölgülərə yeni dəyişikliklər edilmişdir. Kilikiya vilayəti Kilikiya Prima və Kilikiya Sekundaya bölünmüşdür. VI əsrdə Siriya Palestina vilayəti Siriya Prima, Siriya Salyutaris, Finikya Lebanensis, Palestina Prima, Palestina Sekunda və Palestina Salyutarisə bölünmüşdür. Samaritlər xristian dominantlığına rəğmən IV–V əsrlərdə Samariya ölkəsində öz muxtariyyətlərini qoruya bilmişdir. Bu muxtariyyət tədricən genişləmiş və üsyanlara səbəb olmuşdur.
Priti Zinta
Priti Zinta (ing. Preity Zinta; 31 yanvar 1975, Şimla) — Hindistan kino aktrisası. == Həyatı == Priti Zinta 31 yanvar 1975-ci ildə anadan olmuşdur . 13 yaşında atasını avtomobil qəzasında itirən Priti həyata belə uyğunlaşmağa məcbur olur. Hindistanın Şimla şəhərindən olan Priti universitetdə təhsil almaq üçün Mumbay şəhərinə gedir. Bir gün Priti parkda öz yoldaşı ilə oturarkən bir qadın ona yaxınlaşır və reklam işində işlədiyini deyir. Həm də bildirir ki, reklamda çəkiləcək model son anda bu işdən imtina edib. Pritinin simasını bəyənən qadın ona model olmağı təklif edir. Priti bu təklifi qəbul edir. Beləcə öz karyerasına reklam manekeni kimi başlayan Priti 1990-cı illərin sonlarında yoldaşlarını dəstəkləmək üçün sınaq çəkilişlərinə gedir.
Pyerino Prati
Pyerino Prati (it. Pierino Prati; 13 dekabr 1946, Çinizello Balsamo, Lombardiya – 22 iyun 2020, Kataniya, Siciliya) — İtaliyalı keçmiş futbolçu, hücumçu. Vurduğu 102 qol ilə "Milan"ın bombardirlərindən biridir. 1969-cu ildə Avropa Çempionlar Kuboku finalında het-trik edib.
Anemone decapetala f. primaria
Anemone decapetala (lat. Anemone decapetala) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Prima (film, 1994)
== Məzmun == Filmdə Azərbaycanın məşhur milli rəqqasəsi Əminə Dilbazinin həyatından ayrı-ayrı səhifələr canlandırılmışdır. == Film haqqında == Film "Sənətkar Taleləri" silsiləsindəndir. Filmdə Azərbaycan Dövlət kino və foto sənədləri baş arxivi materiallarından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Tofiq İsmayılov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operatorlar: Rafiq Qəmbərov, Fikrət Hacı Abrek Şeirlər: Ramiz Rövşən Rejissor: Ötkəm İsgəndərov Bəstəkar: Rauf Əliyev Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Səs operatoru: Kamal Seyidov Montaj edən: Gülşən Səlimova Filmin direktoru: Akif Əliyev === Filmi səsləndirənlər === Əminə Yusifqızı — mətni oxuyan (titrlərdə yoxdur) Əliabbas Qədirov — şeirləri deyən (titrlərdə yoxdur) === Filmdə iştirak edənlər === Əminə Dilbazi (titrlərdə yoxdur) Ədalət Nəsibov (titrlərdə yoxdur) Ötkəm İsgəndərov (titrlərdə yoxdur) Cövdət Hacıyev (titrlərdə yoxdur) === Arxiv kadrlarda iştirak edənlər === İosif Stalin (şəkil), (titrlərdə yoxdur) Əlibaba Abdullayev (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli (titrlərdə yoxdur) Sona Hacıyeva (titrlərdə yoxdur) Əli Qurbanov (titrlərdə yoxdur) Leyla Bədirbəyli (titrlərdə yoxdur) Niyazi (titrlərdə yoxdur) Bülbül (titrlərdə yoxdur) Adil İsgəndərov (titrlərdə yoxdur) Şövkət Məmmədova (titrlərdə yoxdur) Mirzə İbrahimov (titrlərdə yoxdur) Nəcibə Məlikova (titrlərdə yoxdur) Xan Şuşinski (titrlərdə yoxdur) Rəşid Behbudov (şəkil), (titrlərdə yoxdur) Üzeyir Hacıbəyov (şəkil), (titrlərdə yoxdur) Fikrət Əmirov (şəkil), (titrlərdə yoxdur) == Sponsor == "Azəriqaz" Dövlət Şirkəti == Çəkilişə köməklik edən qurumlar == "Aşkar-Film" K.D.M. (lentlərin aşkarlanması) Azərbaycan Dövlət Kino və Foto Sənədləri Arxivi (kino və foto materiallar) == Çəkilişə kömək edənlər == Faiq Əliyev (lentlərin aşkarlanması üzrə bədii rəhbər) Əminə Cəfərova (lentlərin aşkarlanması üzrə rəng ustası) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
Boru prokatı zavodunda əməyin təhlükəsizliyi uğrunda (film, 1961)
Boru prokatı zavodunda əməyin təhlükəsizliyi uğrunda qısametrajlı sənədli filmi rejissor Mirzə Mustafayev tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Boru Prokat Zavodunda əməyin təhlükəsizliyi üçün görülən tədbirlərdən bəhs edir. == Məzmun == Film Boru Prokat Zavodunda əməyin təhlükəsizliyi üçün görülən tədbirlərdən, bu vacib işə düzgün əməl olunması qaydalarından bəhs edir.