Monika Krimadi

Monika Krimadi (alb. Monika Kryemadhi d.) — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü[2]. Albaniya prezidenti İlir Metanın həyat yoldaşıdır. Monika Kremadi Albaniyanın birinci xanımı vəzifəsindən imtina edərək əvəzinə rolu böyük qızı Boraya həvalə etmişdir[3].

Monika Krimadi
Doğum tarixi 9 aprel 1974(1974-04-09)[1] (50 yaş)
Doğum yeri
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti siyasətçi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monika Krimadi 9 aprel 1974-cü ildə Tiranada anadan olub, orta məktəbi orada bitirib. 1992-ci ildən Tirana Universitetinin Təbiət Elmləri fakültəsində üzvi kimyaçı kimi təhsil almışdır. 1999-cu ildə Qarmiş-Partenkirhendə Corc Marşal adına Avropa Təhlükəsizlik Məsələlərini Araşdırma Mərkəzində oxuyur. 2000–2002-ci illərdə Tirana Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, işin idarəedilməsi üzrə magistr dərəcəsi almışdır. Təhsilini aspiranturada davam etdirmişdir.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Krimadi siyasi karyerasına 1991-ci ildə FRESSH-in (Albaniya Sosialist Partiyasının gənclər təşkilatı) qurucularından biri olanda başlayır. 1992-ci ilin yanvar ayında Rəyasət Heyətinin üzvü seçilir və həmin ilin may ayında I və II FRESSH Konqreslərinin Baş katibi seçilir. 2002-ci ilin aprel ayına qədər FRESSH-in prezidenti vəzifəsində çalışır. 1995–2000-ci illərdə Beynəlxalq Sosialist Gənclər Birliyinin vitse-prezidenti seçilir. Krimadi 1991-ci ilin dekabrından 2004-cü ilin sentyabrına qədər Sosialist Partiyasının üzvü olur. Bu müddət ərzində 2001–2005-ci illərdə Albaniya Xalq Məclisinin deputatı olur. İki dəfə Tirana bələdiyyə məclisinə seçilir və oradan Avropa Şurasındakı nümayəndə heyətinin katibi təyin olunur. 2004-cü ilin sentyabrında Albaniya Sosialist Partiyasından ayrılaraq Sosialist İnteqrasiya Hərəkatını qurur. Monica Krimadi bu gün Sosialist İnteqrasiya Hərəkatının Tirana şöbəsinin baş katibidir.

Siyasətçi İlir Meta ilə evlidir, üç övladı var: Bora, Besar və Era.

Monika Krimadi 2005-ci ildə Kënga Magjike alban musiqi yarışmasında Mailinda Bregu ilə duet oxumuşdur və oradakı münsiflərdən biri olmuşdur.

  1. Monika KRYEMADHI // https://pace.coe.int/en/members/4583.
  2. "Kreu". 2016-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  3. "Monika Kryemadhi: Nuk do të jem Zonjë e Parë, por deputete e LSI" (alban). Koha Jonë. 28 April 2017. 25 November 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 February 2019.