Aqnes Primas

Aqnes Primas (5 mart 1980, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu.[1]

Aqnes Primas
Şəxsi məlumatlar
Tam adı Aqnes Primas
Vətəndaşlığı Macarıstan Macarıstan
Doğum tarixi (43 yaş)
Boyu 176 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2004—2008Macarıstan Macarıstan

Karyerası[redaktə | mənbəni redaktə et]

Aqnes Primas, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.

Daha sonra Aqnes Primas, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Aqnes Primasın tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.