Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Protez
Protez, əskik olan bədən üzvlərininin yerinə işlədiləcək şəkildə edilmiş cihazların ümumi adıdır. Xəsarət, şiş cərrahiyələri, qanqren, iltihab və bunun kimi digər orqan ziyanları nəticəsində vücudun geri qalanının sağlamlığını qorumaq məqsədi ilə ziyan görən orqan çıxardılar. Bu orqanın funksiyasının və şəklinin yerinə işlənən protezler bu orqandan geriyə qalan bədən boşluğuna köməkçi materiallar vasitəsi ilə taxılar. Protezler yerinə işlədildiyi bölgəyə görə adlandırılırlar: çənə-üz protezləri, diş protezləri, qol, əl, ayaq protezləri, qulaq protezləri, saç protezləri, göz protezləri və s. Çoxu protez orqanının funksiyasının və görünüşünün yerinə tam olaraq işlədilə bilməz, amma bir dərəcəyə qədər köməkçi ola bilər. Ancaq yenə də protez istehsalı ilə xəstənin psixologiyası xeyli düzələ bilər. Protezler kauçuk, vinil, titan, qızıl və bunun kimi müxtəlif maddələrdən hazırlanır. Protezləri vücuda tutdurmağın bu kimi yolları var: Orqan ziyanının olduğu qisimdə protezin girib tutuna biləcəyi bir mexaniki mühafizəkar sahəsində mexaniki mühafizəkarlıqla, Mexaniki mühafizəkarlığın az olduğu vəziyyətdə sap, klemp, məngənə, qarmaqlar, kroşe kimi köməkçi vasitələrlə, Bəzi toxuma vasitələri ilə.
Korrez
Korrez (fr. Corrèze, oks. Corresa) — Fransanın mərkəz hissəsinin cənubundakı Akvitaniya regionunun departamentlərindən biri. Sıra nömrəsi — 19. İnzibati mərkəzi — Tül şəhəridir. Əhalisi — 252.235 nəfər (departamentlər arasında 80-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi — 5857 km². Departament üç hissəyə bölünür - dağ (ən yüksək nöqtə - Bessu dağı, 978 m), düz və Briv çayının vadisi. == Tarix == Korrez, 1790-cı ilin mart ayında qurulan ilk 83 departamentlərdən biridir. Keçmiş Limuzin əyalətinin ərazisində yerləşir.
Prorva
Dalğalı (əvvəlki adı: Prorva) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi vahidi tərkibindəki Prorva kəndi Dalğalı kəndi adlandırılmışdır.
Proses
Proses (lat. processus) — obyektin zaman çərçivəsində vəziyyətin kəmiyyət və keyfiyəət baxımından tədricən dəyişməsi; bir birinə bağlı olan hərəkətlərin cəmi, hansısa bir işin gedişi. == Fizika və riyaziyyatda == Termodinamik proses Təsadüfi proses == Geologiyada == Relyefəmələgəlmə prosesi == İnformatikada == İnformatikada proses abstrakt anlayışdır. Kliyent prosesi Server prosesi Sinxron proses Asinxron proses Фоновый процесс == Hüquqda == Məhkəmə prosesi — hüquqi termin, prosessual qanunvericiliyə uyğun olaraq məhkəmədə məhkəmə işinin baxılması.
Protea
Proteya (lat. Protea) — proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Proteza
Proteza — Azərbaycan dilinin əlamətdar xüsusiyyətlərindən biri budur ki, söz daxilində saitlər, sözün başında və sonunda isə samitlər yanaşı gəlməz. Buna görə də qrammatik dəyişmədə və alınma sözlərdə səs yanaşmaları olduqda yanaşı həmcins səsləri bitişdirmək üçün müəyyən səs əlavə olunur. Beləliklə də, dilin fonetik sistemində səsartımı adlanan hadisə yaranır. == Təsnifatı == Səsartımı hadisəsi məqamına və vasitəsinə görə 2 cür formalaşır: Müxtəlif məqamda yanaşı düşən saitləri bitişdirmək üçün vasitəçi halında saitlər arasına müəyyən samit əlavə olunur. Samitartımı iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən. Yazıda sabitləşən samitartımı əsasən saitlə bitən sözə saitlə başlanan şəkilçinin bitişdirilməsi üçün istifadə olunan səsartımıdır. Yazıda sabitləşmiş samitartımı qanununun formalaşmasında, əsasən, üç bitişdirici samitdən istifadə olunur. N:aşağıdakı məqamlarda işlənir: 1)Saitlə bitən sözlərə təsirlik və yiyəlik hal şəkilçiləri bitişdiriləndə: ata-n-ı, ata-n-ın, güzgü-n-ü, güz-gü-n-ün və s. 2)Üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərə hal şəkilçiləri bitişdiriləndə: onun qardaşı-n-a onun qardaşı-n-ı və s. 3)Bu, o əvəzliklərinə hər cür şəkilçi bitişdirildikdə: bu-n-a, o-n-a, bu-n-dan, o-n-da və s.
Proşek
Proşek (xorv. Prošek) — şirin desert şərabı. Şərab Xorvatiyada və ölkənin cənub hissəsindəki Dalmasiya regionunda ənənəvi olaraq istehsal edilir. Adının mənşəyi tam məlum deyilş Amma güman olunur ki, ad xorvat sözü olan prošli (son) sözündən götürülmüşdür. Bu adın qoyulmasına səbəb şərab üçün istifadə edilən üzümün çox gec qıcqırmasıdır. == Təsviri == Şərab üzüm giləmeyvələrinin kollarından passito (həsir şərabı) üsulu ilə qıcqırmasından alınır və istehsal edilir. Proşek çox keyfiyyətli şərab hesab olunur. Ona görə də, digər şərablara nisbətən daha bahalıdır. Buna səbəb onun istehsalına orta hesabla digər şərablardan yeddi dəfə daha çox üzüm tələb olunmasıdır. İstehsalçılar şərab istehsalı zamanı spirtin yüksək həddindən istifadə edirlər.
Parez
Parez — nevroloji sindrom olub , müəyyən bir əzələ qrupunda əzələ gücünün azalması ilə büruzə verir.
Pоreç
Pоreç (xorv. Poreč) — Xorvatiyanın İstriyskaya vilayətində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 2011-ci ildə 16,696 nəfərdir. Şəhərin əsas əlamətdar yeri 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş 6-cı əsr Euphrasian Bazilikasıdır.
Rodez
Rodez (fr. Rodez, oks. Rodés) — Fransa cənubunda yerləşən şəhər, Averon departamentin paytaxtı. 26 min əhalisi, şəhərətrafı əhalisi - 50 minə qədər. == Tarix == Şəhər Averon çayına baxan bir təpədə yerləşir. Böyük Fransız inqilabından əvvəl Rodez Rueq əyalətinin paytaxtı idi. == Görməli yerlər == Əsas görməli yeri Notre Dame kafedralıdır. == İqtisadiyyat == Rodez ənənəvi kənd təsərrüfatı məhsullarının ticarət mərkəzidir. == Qalereya == == Xarici keçidlər == "La mairie de Rodez". 2007-06-16 tarixində orijinalından arxivləşdirilib.
Abrazion proses
Abraziya (geomorfologiya)
Adiabat proses
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Adiabatik proses
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Bioloji proqres
Bioloji proqres — taksonun tarixi inkişafında arealını genişləndirib sayını artırması üçün yeni-yeni uyğunlaşmalar qazanması. == Bioloji proqres == Üzvi aləmdə növlər fərdlərin miqdarına və yaşama arealına görə bir-birindən fərqlənir. Ümumiyyətlə, ibtidai orqanizmlərin müəyyən yaşayış yerində miqdarı ali orqanizmlərə nisbətən çox olur. "Yüksək" mütəşəkkil varlıqlar, daha təkmilləşmiş uyğunlaşmalara malik olduqlarından, öz tərəqqisini fərdlərin miqdarını artırmaq yolu ilə deyil, ayrıca götürülmüş fərdlərin həyat qabiliyyətinin yüksəlməsi ilə təmin edir. Lakin bu xüsusiyyət ancaq böyük qruplardan olan orqanizmləri müqayisə etdikdə aydın görünür. Konkret bir növün yaşamaq uğrunda mübarizədə nailiyyəti isə hər şeydən əvvəl populyasiyada fərdlərin miqdarının və onun populyasiyalarınınmiqdarının artması, eləcə də növün arealının genişlənməsindən asılıdır. A. N. Seversova görə bioloji proqres bir sıra dəqiq yollarla, aramorfozlar, idioadaptasiyalar və ümumi degenerasiya kimi morfofizioloji dəyişikliklər vasitəsilə baş verir. Bioloji proqres orqanizmlərin mütəşəkkilliyinin həm mürəkkəbləşməsi, həm də sadələşməsi yolu ilə baş verir. Məsələn, sahibin daxilində özünəməxsus şəraitdə yaşayan orqanizmlərin əksər orqanlar sistemi faydasız olur. Bu zaman orqanizmlərdə aktiv fəaliyyət göstərməyən orqanlar reduksiya olunur, lakin sormaclar, qarmaqlar, cinsiyyət sistemi kimi orqanlar isə yaxşı inkişaf edir.
Coğrafi proses
Coğrafi proses təbii və ya təbii-antropogen səbəblərin təsiri altında ərazinin landşaft xassələrinin tədricən, lakin bəzən kəskin dəyişməsi. Dəyişkənlik fiziki-coğrafi ola bilər və ya iqtisadi və sosial coğrafi hadisələrə toxuna bilər. Coğrafi proses təsərrüfat və cəmiyyətin həyatı üçün pozitiv və neqativ ola bilər. Ora həmişə bir sıra geosistemlərdə, iyerarxiyanın aşağı səviyyələrində baş verən dəyişikliklər daxil olur, böyük ərazilərdə inkişaf etdikdə isə bütün təbii sistemlərə təsir göstərə bilər. Coğrafi prosesin gedişində həm dağıdıcı dəyişikliklər, həm də bərpaedici suksessiyalar baş verir, belə ki, Coğrafi proses bir-birinə zidd olan qarşılıqlı təsir transformasiyası, özününizamlayıcı və özünübərpaedici təbii sistemlər kimi təzahür olunur.
Denudasion proses
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. == Denudasion proses == Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Kriogen proses
Kriogen proses - torpağın mənfi dərəcəyə qədər soyuması, donması və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və bioloji proseslərin məcmusu. == Xüsusiyyəti == Torpağın çat verməsi Torpaq donarkən torpaq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası Çınqıl və daş qırıntılarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması və strukturu-oliqonal törəmələrin çoxkünclü daşlar, tor və s.-nin formalaşması Şaxta - don qabarmaları və s.
Politrop proses
Politrop proses - xüsusi istilik miqdarı dəyişməz qalan termodinamik prosesə deyilir.
Protea comptonii
Protea comptonii (lat. Protea comptonii) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea coronata
Protea coronata (lat. Protea coronata) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea curvata
Protea curvata (lat. Protea curvata) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü. == İstinadlar == Hilton-Taylor, C. et al. 1998. Protea curvata. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 23 August 2007.
Protea cynaroides
Protea cynaroides (lat. Protea cynaroides) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea eximia
Protea eximia (lat. Protea eximia) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protey amöbası
Protey amöbası (lat. Amoeba proteus ) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. === Haqqında === Protey amöbası Amoebina dəstəsinə aid olub, sərbəstyaşayan Sarkodinlərin ən iri nümayəndəsidir. Onlar durğun, çürümüş bitki qalıqları və yarpaqla çirklənmiş sularda yaşayırlar. Bunların ölçüsü 0,5 mm -ə yaxındır. Bədən örtüyü olmadığından sitoplazma yavaş-yavaş bu və ya digər istiqamətdə doğru axır və bunun nəticəsində fərdin bədən forması daima dəyişilir. Amöbdə sitoplazma iki qata diferansasiya etmişdir. Xarici qat - ektoplazma şəffaf, qatı, homogen quruluşa malik olub, amöbün bütün bədənini əhatə edir və onu xarici təsirlərdən mehafizə etmək funksiyasını yerinə yetirir. Daxili qat - endoplazma tutqun, duru və dənəvər quruluşa malikdir. O daim hərəkətdə, yaxud axma vəziyyətində olur.
Proven (rayon)
Proven (fr. Provins) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Proven. Rayon əhalisi 2006-cı ildə 154 269 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 93 nəf / km². Rayon sahəsi — 1651 km².