Proşek

Proşek butulkaları

Proşek (xorv. Prošek) — şirin desert şərabı. Şərab Xorvatiyada və ölkənin cənub hissəsindəki Dalmasiya regionunda ənənəvi olaraq istehsal edilir.

Adının mənşəyi tam məlum deyilş Amma güman olunur ki, ad xorvat sözü olan prošli (son) sözündən götürülmüşdür. Bu adın qoyulmasına səbəb şərab üçün istifadə edilən üzümün çox gec qıcqırmasıdır.

Şərab üzüm giləmeyvələrinin kollarından passito (həsir şərabı) üsulu ilə qıcqırmasından alınır və istehsal edilir. Proşek çox keyfiyyətli şərab hesab olunur. Ona görə də, digər şərablara nisbətən daha bahalıdır. Buna səbəb onun istehsalına orta hesabla digər şərablardan yeddi dəfə daha çox üzüm tələb olunmasıdır.

İstehsalçılar şərab istehsalı zamanı spirtin yüksək həddindən istifadə edirlər. Proşekin sertifikatlaşdırmaq üçün onun tərkibində ən azı 15% spirt olmalıdır.

Şərab istehsal edən zaman istehsalçılar üzümün qədim regional ağ növlərindən olan Boqdanuşa (xorv. Bogdanuša), Maraştina (xorv. Maraština, İtaliyanın malvaziya növü ilə genetik yaxın olan), Vuqava (xorv. Vugava, Fransanın Vione növünün yabanı forması), ən yüksək keyfiyyətli şərab növləri sayılan ağ Blendom və qırmızı Plavak Mali (xorv. Plavac Mali, qırmızı rəngli regional xorvat növü) növlərindən istifadə edirlər.[1]

Başqa şərablarla oxşarlığı

[redaktə | mənbəni redaktə et]

Bəzi fərziyyələrə görə, proşek İtaliyanın köpüklənən şərab növü olan prosekko şərabı ilə qohumdur. Lakin onların nə istehsal prosesində, nə növündə (birincisi — desert, ikincisi - köpüklənən), nə üzümün istifadə edilən növlərində, həmçinin qohumluqlarında və iki adın mənşəyində oxşarlıqları yoxdur.

Buna baxmayaraq, adların səslənməsinin oxşarlığına görə İtaliyanın şikayətinə əsasən 2013-cü ilin 1 iyulundan Avropa İttifaqı bütün üzv ölkələr üçün "proşek" adından istifadəni qadağan etdi. Xorvatiya isə rəsmi şikayət etdi. Çünki "proşek" adı ən azı 2000 il idi ki, istifadə olunurdu.[2]

  1. «Defining Prošek» Arxivləşdirilib 2016-05-13 at the Wayback Machine VI
  2. J., J. "Nov Hrvaški "kulinarični poraz": EU jim je prepovedal uporabo imena prošek". Siol. 6 May 2013. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 November 2013.
  • Stephen Brook: Liquid Gold: Dessert Wines of the World. Constable 1987, ISBN 978-0-09-466920-8.
  • Horst Dippel (Hrsg.): Das Weinlexikon. Fischer-Taschenbuch-Verl., Frankfurt am Main 1989, ISBN 3-596-24501-X.