Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rizalit
Rizalit və ya rezalit - binanın bir hissəsi, binanın ana gövdəsində çıxıntı şəklində olan və tam hündürlüyü ilə gedən hissəsidir. Bu memarlıq elementləri, binanın mərkəzi hissəsi ilə ümumilikdə simetrik olur . Orta, yan və künc rizalitləri də vardır . Rizalit fasadın məkan təşkilinə müxtəliflik gətirir. Yan gövdələrdən fərqli olaraq, binanın əsas həcmi ilə bütünlük təşkil edirlər. .
Ribekit
Ribekit Na2 Fe32+Fe23+ [(OH, F) | Si4 O11]2; Maqnezioribekit – Na2Mg3Fe23+[(OH,F)|Si4 O11]2. — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Krokidolit (yaxud mavi asbest) və rodusit – uyğun olaraq ribekit və maqnezioribekitin asbestəbənzər növ müxtəliflikləri. == Xassələri == Rəng – açıq- və tünd-göydən qöyümtül-qarayadək; krokidolitin – mavi, göyümtül-yaşıl, sarımtıl, bozumtul, yaşılımtıl, qızılı-qəhvəyi; Mineralın cizgisinin rəngi – göyümtül-qara, tünd-göydən açıq-göyədək, bəzən rəngsiz; krokidolitin–poladı-boz, qızılı-qəhvəyidən sarıyadək; Parıltı – şüşə, asbestəbənzər əmələgəlmələrdə – ipəyi; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,0-3,4; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; krokidolitdə – yoxdur; Bölünmə – qeyri-hamar, asbestəbənzər növ müxtəlifliklərində – tikanlı; Morfologiya – kristallar: iynəvari, üzlərin uzunu istiqamətdə cizgilənmiş prizmatik; Mineral aqreqatları: püruzlar, lifli kütlələr. == Mənşəyi və yayılması == Maqmatik ribekitə natriumla zəngin intruziv və effuziv süxurlarda – qranit, siyenit, riolit, traxit, komenditlərdə və b. rast gəlinir. Habelə qranit peqmatitlərində qeyd edilir. Bu mineralların metamorfik əmələgəlmələri dəmirli kvarsitlərdə, maqnezioribekitinkilər isə həmçinin qlaukofan şistlərində tez-tez müşahidə olunur. Kvars və kalsit damarlarında bəzən hidrotermal mənşəli ribekitə rast gəlinir.
Riolit
Riolit — yüksək silikat midarına sahib turş tərkibli maqmatik süxur. Qranitlərin effuziv analoqudur. == Adlandırılması == Termini 1860-cı ildə alman geoloqu Baron von Rixtofen (Birinci Dünya Müharibəsi aviatorunun babası, Qırmızı Baron kimi tanınır) işlətmişdir. Yunan dilində "rhyo", "rhyax" sözündən götürülüb və lavanın axını mənası verir. == Mineraloji tərkib == Riolit əsasən kvars, plagioklaz və sanidin, az miqdarda hornblend və biotitdən ibarət olur. Matriksdə şüşə materiallarının olması riolitə məsaməlilik verir. Həmin şüşə materialları müxtəlif kristallar və opaldan ibarət olur. Afir və porfir quruluşlu olur. Püruzləri plagioklazdan (adətən oliqoklaz, bəzən albit), kalium-natriumlu çöl şpatından (sanidin, ortoklaz), rəngli minerallardan-biotit və piroksendən (adətən avgit), qonuru hornblenddən, vulkan şüşəsindən ibarətdir. Əsas kütləsi şüşəli və ya mikrofelzitli, az hallarda sferolitli, çox vaxt flüidal olur.
Ageratina rivalis
Ageratina rivalis (lat. Ageratina rivalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Bernoullia rivalis
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
Caryophyllata rivalis
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
Potentilla rivalis
Potentilla rivalis (lat. Potentilla rivalis) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Rıbaçi yarımadası
Rıbaçi yarımadası (Ş.saam. Giehkirnjárga, fin Kalastajasaarento, norv. Fiskerhalvøya) — Rusiyanın şimalında yerləşən yarımada. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Barens dənizi və Motovski körfəzinin sahillərində yerləşir. Yarımada öz növbəsində bir platodur. Əsaaən gil, qum, əhəng daşından təşkil olunmuşdur. Ən hündür nöqtəsi 299 metrdir (Eyna). Tundra bitkiləri ərazisində geniş ərazini tutur. Yaxınlıqdan keçən isti Nordkap cərəyanı sayəsində sahilləri qışda donmur.
Oman rialı
Oman rialı - Omanın pul vahidi. Oman sultanlığı 1974-cü ilin martından rialı rəsmi pul kimi istifadə edir.
Qətər rialı
Qətər rialı — 100 dirhəmə bərabər olan Qətər əmirliyinin pul vahididir. Rialın məzənnəsi ABŞ dolları ilə əlaqədədir. 1 ABŞ dolları 3,64 Qətər rialına bərabərdir. == Tarixi == 28 aprel 1959-cu ilə qədər ölkədə Hindistan rupisi dövriyyədə idi. Daha sonra Fars körfəzinin ölkələri üçün buraxılmış Fars körfəzi rupisi onu əvəz etdi. Fars körfəzi rupisi Hindistan rupisi ilə əlaqədar idi. Hindistan rupisi 1965-ci ildə qiymətdən düşəndə Fars körfəzi rupisi də dəyərdən düşdü və Fars körfəzinin başqa ölkələriylə yanaşı Qətər də öz şəxsi pul vahidini buraxmağa qərar verdi. Bu hadisədən əvvəl 1966-cı ildə ölkə Səudiyyə rialına keçdi. 1 rial o vaxt ki məzənnəyə görə 1,065 rupiyə bərabər idi. Sentyabrda Qətər və Dubay mübadiləyə ümumi valyutanı daxil etdi və onu Qətər və Dubay rialı adlandırdı.
Yəmən rialı
Yəmən rialı — Mübadilədə 1990-cı ildə ölkənin birləşməsi anından istifadə edilən Yəmənin pul vahididir. 1 rial 100 filsə bərabərdir, hərçənd belə nominallı heç bir sikkə mübadiləyə buraxılmamışdı. == Tarixi == 1990-cı ildə Yəmən Ərəb Respublikasının və Yəmən Xalq Demokratiya Respublikasının birləşməsindən sonra mübadilədə, ölkənin bütün ərazisində Şimali Yəmənin rialı istifadə edilməyə başladı. Cənubi Yəmən dinarı isə valyuta ilə əlaqələndi və 1 rial 26 dinara bərabər oldu. 1993-cü ildə birinci yeni sikkələr buraxılmışdır. 1996-cı ildə dinar mübadilədən çıxarılmışdı və rial ölkənin yeganə valyutası elan edilmişdir. Köhnə pul nişanları yeniləri ilə tədricən əvəz edilmişdi. Hal-hazırda mübadilədə 50, 100, 200, 250, 500 və 1000 riallıq əsginaslardan və 1, 5, 10, 20 riallıq sikkələrdən istifadə olunur.
İran rialı
İran rialı (fars. ریال‎) — İranın pul vahidi. == Tarixi == ==== 1932–1943 ==== Pəhləvilər sülaləsinin ilk şahı Rza Pəhləvinin şəkli İranın bütün növ əskinaslarının üzərində əks olunub (1928-ci ildən Tüməndə, 1943-cü ildən rialda). ==== 1944–1979-un əvvəlləri ==== Pəhləvilər sülaləsinin ikinci şahı Məhəmməd Rza Pəhləvinin şəkli 1941–1979-cu illərdə İranın bütün növ əskinaslarının üzərində əks olunub. Onun əskinaslardakı şəkilləri özü ilə bərabər yaşa dolur və qocalırdı. ==== İslam inqilabından sonra (1979) ==== Ayətulla Xomeyninin islam inqilabı qələbə qazanandan sonra Məhəmməd Rza Pəhləvinin bütün əskinaslarda olan şəkillərinin üzərinə adətən qırmızı rəngli bir və ya iki xətt çəkib çap edirdilər. ==== Düzəliş 1979/1980 illər ==== 1980-ci ildə iran şahı Pəhləvinin əskinaslardakı şəkli onun siluetini təkrarlayan "bədii" qara şəkillə örtülür Bu, İranın mərkəzi bankında çap olunan amma hələ dövriyyəyə buraxılmayan, üzərində yeni hakimiyyətin qəddar düşməni sayılan şahın şəkli əks olunan çoxlu sayda əskinasın qaldığı üçün belə edilmişdir. == Xarici keçidlər == İranın tarixi qəpik pulları Arxivləşdirilib 2007-10-08 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.