Rıbaçi yarımadası (Ş.saam. Giehkirnjárga, fin Kalastajasaarento, norv. Fiskerhalvøya) — Rusiyanın şimalında yerləşən yarımada. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Barens dənizi və Motovski körfəzinin sahillərində yerləşir. Yarımada öz növbəsində bir platodur. Əsaaən gil, qum, əhəng daşından təşkil olunmuşdur. Ən hündür nöqtəsi 299 metrdir (Eyna). Tundra bitkiləri ərazisində geniş ərazini tutur. Yaxınlıqdan keçən isti Nordkap cərəyanı sayəsində sahilləri qışda donmur. Cənubunda Srednıy yarımadası yerləşir. Şimaldan isə yarımadanın daxilinə Zubov körfəzi 3,5 km məsafədə daxil olur.
Rıbaçi yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Ən yüksək nöqtəsi | 299 m |
Yerləşməsi | |
69°44′00″ şm. e. 32°30′00″ ş. u.HGYO | |
Akvatoriya | Barens dənizi |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəllər yarımadanın sahil ərazilərində pomorlar balıq ovlayırdılar. XVI əsrdə yarımada Motka adlanırdı[1]. XVII əsrdə isə burada 16 balıqçı düşərgəsi vardı. XVI əsrdən yarımada Rıbaçiy adlandırılır. Holland səyyahı Qyuyqen van Linsxoten 1594-cı ildə yarımadanı gördüyünü ildirmişdir. Stiven Berrou 23 iyun 1576 Rusiyanın şimal sahilləri boyu səyahət edərkən Kiqorda olduğunu yazır. 1555-ci ilə aid gündəlikdə isə Keqor burnunun adını çəkir (hazırda Nemes burnu). burada inkişaf edən yaşayış məntəqəsi vardı ki, buradan Avropaya Rusiya malları daşınırdı[2]. 1826-ci ildə Rusiya imperiyası və Norveç arasında sərhənlərin müəyyənləşməsi ilə əlaqədar anlaşma imzalanır. Yarımada Rusiyaya verilir. Halbuki yarımadada XX əsr əvvəllərində norveçlilərdən və finlərdən ibarət 9 koloniya vardı. Burada ümumilikdə 500 nəfər yaşayırdı. Yarımadanın qərb hissəsi 1920-1939 cı illərdə Finlandiyaya məxsus olmuşdur. 1939-1940 cı illərdə baş verən SSRİ-Finlandiya müharibəsi (1939-1940) zamanı yarımada bütünlüklə Sovet tərəfindən işğal edilir. 1941-ci ilin iyul ayında Alman birləşmələri yarımadada görünməyə başlayır. 1944-ci ilin oktyabrında Şimal donanması və SSRİ 14-cü ordusunun həmləsi nəticəsində almanlarım 20-ci dağ ordusu darmadağın edilərək yarımdada azad edilir.
Müharibə bitdikdən sonra güçlü şəkildə silahlaşdırılmış bölgəyə çevrilir. Səbəb isə Norveçin NATO üzvü olması olur. Hazırda hərbi bazalar bağlanmışdır. Yarımada ziyarətçilərin üzünə açılmışdır. Yarımadada üç yaşayış məntəqəsi vardır: Zubovka, Sıpnavolok və Vayda-Quba.
Rıbaçiy yarımadası və 1944-cü ilin payızında baş vermiş döyüş Valentin Pikulyanın «Okean Patrulu» kitabında təsvir edilir.